GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Hakim istintaqın yazdığını hökmə köçürüb”

“Hakim istintaqın yazdığını hökmə köçürüb”

Tarix: 8-02-2016, 18:32 Bölmə :Ölkə Baxış: 0
“Hakim istintaqın yazdığını hökmə köçürüb”

Oğurluq və narkotik alverində təqsirli bilinən məhkumdan sərt ittihamlar

Oğurluq, narkotik vasitələri əkib-becərməkdə, satmaqda və digər cinayətlərdə ittiham olunan Şəki şəhər sakini, 1971-ci il təvəllüdlü Razin Teymurovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, Razin Teymurov 12 aprel 2015-ci il tarixdə, saat 02 radələrində Rəhman Məmmədova məxsus Şəki şəhəri, Şərbablar küçəsi ev 47 ünvanında yerləşən evinə girib. O, evdən hər birinin dəyəri 80 manat olan iki ədəd qaz balonu və dəyəri 25 manat olan su mühərriki, dəyəri 15 manat olan su mühərriki, dəyəri 10 manat olan hidrafor aparatını oğurlayıb.

Razin Teymurov növbəti cinayət əməlini həmin ilin aprelin 20-də törədib. O, həmin gün gecə saat 02.00-da Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 269 ünvanda yerləşən Gözdən Əlillər Cəmiyyətinin həyətində olan mebel sexinə gizli girib. O, oradan Nurməmməd İbrahimxəlilova məxsus 20 manat dəyərində bir ədəd laqonda və 20 manat dəyərində bir ədəd burğunu ələ keçirib.

Bundan başqa, Razin Teymurov satış məqsədilə istehlak miqdarından artıq miqdarda əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuananı özündə saxlayıb. O, həmin narkotik vasitə olan marixuanadan satış məqsədilə bir qismini 27 aprel 2015-ci il tarixdə Yevlax rayonu Xaldan dairəsində “Elçin” adlı şəxsə satmaq barədə razılığa gəlib. O, daha sonra Xaldan qəsəbəsində başqa bir nəfərdən 3 üç ədəd kağız bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,648 qram, 0,779 qram və 0,131 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib.

Razin Teymurov həmin gün Şəki şəhərinə gəlib və saat 12.50-də Şəki Şəhər-Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı Şəki şəhəri, Şərbablar küçəsində saxlanılıb. O, polis şöbəsinə gətirilərək, üstünə baxış

keçirilib. Baxış zamanı Razin Teymurovun əynindəki gödəkcəsinin sol yan cibindən heroin aşkar edilib.

Bundan sonra müəyyən olunub ki, Razin Teymurov 2014-cü il ərzində yaşadığı evin həyətində əkilib-becərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada xüsusi qulluq etməklə becərib. Buna görə də aprelin 27-də, saat 15.30-da Razin Teymurovun yaşadığı Şəki şəhəri, Şərbablar küçəsi ev 2/9 ünvanda baxış keçirilib.

Baxış zamanı qanunsuz olaraq təkrarən dibçəkdə əkərək kultivasiya etdiyi tərkibində narkotik maddələr olan 04 ədəd ümumi çəkisi 0,83 qram əkilib-becərilməsi qadağan edilmiş aqrotexniki qaydada xüsusi qulluq olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, yaşadığı evin yataq otağından, çarpayının altından qanunsuz olaraq satış məqsədilə əldə edib saxladığı təmiz çəkisi 401,58 qram olan qurudulmuş marixuana selofan torbada aşkar edilib.

Razin Teymurov Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü (təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 234.2-ci (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma), 237.2.2-ci (qanunsuz olaraq təkrar tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddələri ilə ittiham edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Razin Teymurov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmçinin narkomaniyada əziyyət çəkdiyi üçün onun barəsində narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması, cəza çəkdiyi müddətdə norkomaniyadan məcburi müalicə

olunması barədə qərar qəbul edilib. Hökmdən narazı qalan Razin Teymurov apelyasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.

Razin Teymurov apelyasiya şikayətini onunla əsaslandırıb ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü sərt və ədalətsizdir: “Məhkəmə ittiham aktında göstərilən ittihamlara düzgün yanaşmayıb və onun söylədiyi dəlilllərə məhəl qoymayıb. Hesab edirəm ki, barəmdə olan cinayət işinin ibtidaii istintaqı zamanı kobud səhvlərə yol verilib, ittiham mümkün hesab edilə bilməyən və qeyri-mötəbər subutlara əsaslandırılıb. Birinci instansiya məhkəməsi də bu səhvləri aradan qaldırmağa çalışmayıb. Mümkün hesab edilə bilməyən və qeyri-mötəbər sübutlara əsaslanaraq mənə qarşı ittiham hökmü çıxarılıb. Məhkəmə vaxtı verdiyim səmimi və azad ifadəm yox, istintaq zamanı hədə-qorxu və aldatma yolu ilə əldə edilən ilkin ifadəm mötəbər sübut hesab edilib. Qeyd edirəm ki, Şəki Ağır Cinayətlər Məhkəməsi ittihamın sübut olunmasında yaranan şübhələri təqsirləndirilən şəxsin xeyrinə həll etməli olduğu halda, qeyri-müəyyən səbəbdən bunu etməkdən çəkinib və ittiham tərəfinə olan mövqeyini açıq-aşkar nümayiş etdirib. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaqda çətinlik yarandıqda, onlar şübhəli sayılır və təqsirləndirilən şəxsin xeyrinə həll təfsir edilir. Şəki Ağır Cinayətlər Məhkəməsinin bu cür yanaşması Azərbaycan Respublikası Konstitutsiyası, Cinayət Məcəlləsi, Cinayət Prosessual Məcəlləsinin normalarına zidd olmaqla yanaşı, “İnsan Hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın nəzərdə tutuduğu hüquqların, xüsusilə də həmin müqavilənin 6-cı maddəsində nəzərdə tutulmuş məhkəmə araşdırması hüququnun kobud pozuntuları ilə müşayət olunan məhkəmə baxışı əsasında qəbul edilib. Ona görə də, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündə dəyişiklik edilməsini və mənə Cinayət Məcəlləsinin 234.1, 234.2 və 237.2.2-ci maddələri ilə məhkum edilməyimə dair hökmün ləğv edilməsini istəyirəm”.

Təqsirləndirilən şəxs daha sonra qeyd edib ki, onun ittiham olunduğu cinayət işi üzrə barəsində Cinayət Məcəlləsinin 70.3-cü (Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir) maddəsinə əsasən, təyin edilmiş cəzanın sınaq müddəti təyin edilsin.

Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı Vidadi Cabbarov hökmün qаnuni və əsаslı, təyin edilmiş cəzаnın isə ədаlətli olduğunu göstərib. O, bildirib ki, apelyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Tərəfləri dinləyən hakim kollegiyası sonda Razin Teymurovun apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Şəkidə akkumulyator oğruları saxlanılıb

    Şəkidə akkumulyator oğruları saxlanılıb ...

    18-11-2019, 12:29

  • 
  • Oğurluq edən gənc həbs edildi

    Oğurluq edən gənc həbs edildi ...

    18-05-2016, 01:18

  • 
  • Həbsdən çıxan kişi 8 ay azadlıqda qala bildi

    Həbsdən çıxan kişi 8 ay azadlıqda qala bildi ...

    4-12-2017, 12:58

  • 
  • Cəlilabadlı dostların oğurluq palanları

    Cəlilabadlı dostların oğurluq palanları ...

    13-09-2017, 17:00

  • 
  • Mövlam Şıxəliyevin istintaqdan yayındırdığı əmlakı - SİYAHI

    Mövlam Şıxəliyevin istintaqdan yayındırdığı ...

    8-06-2022, 14:42


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu