GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Arif Hacılı gülümsədi və səhəri günü tədbirə gəlmədi”

“Arif Hacılı gülümsədi və səhəri günü tədbirə gəlmədi”

Tarix: 8-02-2016, 19:03 Bölmə :Ölkə Baxış: 0
“Arif Hacılı gülümsədi və səhəri günü tədbirə gəlmədi”

Sərdar Cəlaloğlu: “Sabah Pənah liderlik etsə, demək mən o prosesdə olmayacağam”

- Sərdar bəy, müxalifətdə yeni birlik yaradırsınız, bu məqsədlə toplaşırsınız. Proses necə gedir?

- Söhbət müxalifət düşərgəsində birlik yaratmaqdan və ya konsolidasiyadan getmir. Sadəcə olaraq dünyada qlobal böhran yaşanır və bunun Azərbaycana təsirləri var. Bizdə toplaşaraq kollektiv şəkildə mövqe bildirmək üçün müəyyən cəhdlər edirik. Gələcəkdə prosesin hansı istiqamətdə gedəcəyi, müxalifətin birləşib-birləşməyəcəyi haqqında nəsə demək indidən tez olardı. İndi sadəcə olaraq müxalifət kollektiv şəkildə qlobal böhrana ilkin reaksiyalar verir. Məsələni bu cür qiymətləndirmək və qəbul etmək lazımdır.

- Yeri gəlmişkən, siz o zaman Pənah Hüseynin və gənclərin ideyasına qarşı çıxmışdınız. Amma indi Pənah Hüseynin ideyası əsasında toparlanma prosesində iştirak edirsiniz...

-Pənah Hüseynin hansı təkliflərini deyirsiniz ki?

- Pənah Hüseyn təklif edirdi ki, müxalifət bir araya gəlsin, unutmuşunuz?

- Bilirsinizmi, indi bir qrup partiya birgə tədbir keçirib. Hərədə bura öz ağlı və təklifləri ilə gəlib. Pənah Hüseyn bu, mənsə başqa ideya ilə bura gedirəm. Digər təşkilatlarda fərqli ideya və təkliflərlə gəlir. Ancaq bu o demək deyil ki, bura toplaşanların hamısı mənim və ya Pənah Hüseynin fikrinə görə bura gəlir. Şəxsən mənim üçün indiki mərhələdə müxalif partiyaların mövqeyi əhəmiyyətlidir. O mənadakı onlar nə düşünürlər, hansı təkliflərlə gəlirlər. Pənah Hüseynə tamam başqa şey lazımdır, yəqin onu müəyyən etmək istəyir və s. Bura gələnlər fərqli mövqedə və yanaşmalarda olur.

- Pənah Hüseyn bir müddət əvvəl bəyan etmişdi ki, bu mərhələdə liderlik etməyə iddialıdır...

- Biz burada kiminsə liderlik etməsinin qəti əleyhinə deyilik. Pənah Hüseyn də, niyə liderlik etməsin ki?

- Demək Pənah Hüseynin liderliyi ətrafında toplaşmısınız?

- Gərək liderlik üçün bir şey olsun ki, Pənah da liderlik etsin. Əvvəlcə lider, sonra isə proses yaranmır ki...

- Ancaq özünüz elan etmişdiniz ki, Pənah Hüseyn çılğın siyasətçidir, bu da liderlik üçün xarakterik deyil...

- Bu o deməkdir ki, mən Pənah Hüseyni lider olaraq qəbul edə bilmərəm. Amma Pənah Hüseyni lider kimi qəbul etmək istəyən bəlkə də, çoxlu sayda insanlar var. Hər şey mənim fikrimlə deyil axı. Tutaq ki, mən demişəm ki, Pənah Hüseynin liderlik üçün kifayət qədər xüsusiyyəti yoxdur. Sabah Pənah liderlik etsə, demək mən o prosesdə olmayacağam. İndi söhbət ondan gedir ki, hər şey reallıqdan asılıdır, sənin və ya mənim subyektiv fikirlərimdən asılı deyil. Mənim fikirlərim, bizim partiyanın yanaşmalarına uyğun həmin prosesdə işlər getməyəcəksə, demək bizdə orada olmayacağıq.

- Hazırda işçi qrupunda liderliyi Pənah Hüseyn edir?

- Hələlik heç bir liderlik yoxdur. Rotasiya qaydasına uyğun olaraq tədbirlərimizi keçiririk. Böyük tədbir bizdə keçirilib. Bundan sonra bir dəfə Ümid Partiyasının qərargahında görüşmüşük. Növbəti tədbir VİP-in qərargahında olacaq. Hələlik burada liderlik məsələsi yoxdur. İclasda konsensus tətbiq edilir, irəli sürülən ideya və təkliflər müzakirə edilir. Mən bilmirəm ki, siz hansı səbəblərə görə, liderlik məsələsini qabardırsınız. Amma hələlik ortada lider yoxdur.

- İşçi qrupun toplantısı ADP-də keçiriləndə siz, VİP-də keçiriləndə Əli Əliyev sədrlik edir. Pənah Hüseynin, İxtiyar Şirinin və digərlərinin qərargahları yoxdur. Bəs onlar işçi qrupuna necə moderatorluq edəcək?

- Biz demişik ki, kimin ofisi varsa, toplantıları ora salıb keçirəcəyik. Kimin ki, ofisi yoxdursa, demək onlarda keçirilməyəcək. Mütləq deyil ki, orada olan adamların hamısının ofisində mütləq tədbir keçirilsin. Ofis və şərait yoxdursa, deməli tədbirdə olmayacaq da.

- Sizcə, bu ədalətlidirmi, kimin qərargahı varsa sədrlik edəcək, kimin qərargahı yoxdursa etməyəcək. Pənah Hüseyn və digər partiya sədrləri elə gəlib ancaq sizin sədrliyinizlə keçirilən iclaslara qulaq asacaqlar...

- Ofisi olan əziyyət çəkir, iclası təşkil edir, gələn qonaqlara çay verir. Guya mənim qərargahımda iclası keçirdiklərinə görə, mənə medal verirlər? Ya mən nəsə qazanıram? Ötən həftə İqbalın ofisində toplaşdıq. Bəyəm buna görə, ona medal verdik? Əksinə, onu əziyyətə saldıq, çay təşkil etdi, məsuliyyəti daha çox oldu və s. Özü də, nəzərə alın ki, biz konkret təşkilat yaratmamışıq ki, belə məsələlər prinsipiallıq təşkil etsin. Bəlkə elə bu gün tədbirə qatılanlar sabah qatılmayacaq. Hələ bilmirik ki, bu ilkin cəhdlərin sonunda təşkilat yaranacaq, ya yaranmayacaq. Odur ki, bu məsələlər vaxtından qabaq ki, məsələlərdir.

- Ümid Partiyası ilə müttəfiqliyə son verdiniz. Amma indi yenidən müttəfiqliyə başlamısınız. Bu doğru siyasətdir?

-Bu platformada çoxlu partiyalar iştirak edir. İkitərəfli əməkdaşlıq məsələsi deyil. İkincisi, biz bu mərhələdə öz töhvəsini verən, böhrandan güclü çıxmaq arzusunda olan bütün qüvvələrlə bir yerdəyik. İstər Ümid olsun, istərsə də Müsavat. İndi bəzi partiyalar radikal hərəkətlərin tərəfindədir. Təbii ki, biz onlarla birgə ola bilmərik. Radikal islahatlar istəyən qüvvələrlə isə əməkdaşlıq edə bilərik.

- Fevralda daha geniş tədbir keçirmək istəyirsiniz?

-Mən öz fikrimi demişəm. Tədbir niyə keçirilməlidir, məqsəd nədir? Bu sual aydın olmalıdır. Bu platformada çoxlu partiyalar və təşkilatlar iştirak edir. Münasibətlər və təkliflərdə fərqlidir. Bəziləri hesab edir ki, tədbirləri çoxaltmaq lazımdır. Mən isə hesab edirəm ki, çoxluğu səhnəyə çıxarmaq doğru deyil. Mən bunun əleyhinəyəm. Biz deyirik ki, dialoq olmalıdır, hakimiyyət-müxalifət danışıqları müsbət olardı. Bəziləri isə hesab edir ki, indiki məqamda xalqı oyuna qatmaq lazımdır. Odur ki, fikir ayrılıqları var. Net qərar qəbul olunan zaman baxacağam, əgər düzgün hesab etmədiyimiz yol seçiləcəksə, biz bu prosesdə olmayacağıq.

- Milli Şura, AXCP və Müsavat tədbirlərinizdə nəyə görə, iştirak etmir?

- Hesab edirəm ki, siyasətdə əvəzedilməzlik deyilən bir şey yoxdur. Kim istəsə iştirak edə, kim istəsə iştirak etməyə bilər. Müsavatın bu tədbirdə iştirakı nə bizə böyük üstünlük qazandırır, nə də iştirak etməməsi. Sadəcə olaraq bəzi qüvvələrin kənarda qalması, qeyri müəyyən mövqe tutması bizim üçün maraqlıdır. Məsələn, Müsavat hansı təklifləri irəli sürür, bizim bəzi dostlarımız yanlış yol tutmurmu? Müxalifətdə olan qüvvələrin bəzi fikirləri milli maraqlara zidd ola bilir. Bu baxımdan mövqelər maraqlıdır. Yoxsa, guya AXCP və Müsavatın olub-olmamasının nə mənası. Biz onsuzda tədbirimizi keçirdik, lazım olsa AXCP və Müsavatdan daha böyük tədbirlər keçirə bilərik. Bunlar boş-boş şeylərdir. Onların burada olması və ya olmaması xüsusi əhəmiyyət daşımır. Əhəmiyyətlisi indiki vəziyyətdə düzgün qərarların qəbuludur. Düzgün qərarların qəbul edilməsi üçün də, ağıllı adamlar bir yerdə olmalıdır.

- Müsavat və AXCP-nin konkret mövqeyi nədən ibarətdir?

- Revanişist yanaşması var. Çünki bunlar vaxtı ilə hakimiyyətdə olublar. Mən görürəm ki, Pənah Hüseyn nə qədər əziyyət çəkir. Vaxtı ilə o da AXC hakimiyyətində təmsil olunub. Odur ki, bunun da, revanş hissləri var. Əli Kərimlinin, Arif Hacılının kənarda durması, bizim tədbirlərimizə gəlməməsi, bizə başqa ad qoyması anlaşılandır. Onlar 25 il əvvəl hakimiyyətdə olublar. İndi də, əvvəlki mövqeləri əldə etmək üçün revanşist əhval-ruhiyyədədirlər. Bu əhval ruhiyyə nə qədər ki, onlarda var, vəziyyətə bizim kimi baxa biləməyəcəklər. Yəni bir yerə ola bilməyəcəyik. Üstəlik bizimdə hərəkət və davranışlarımız onların təəbrincə “satılmaq” kimi görünəcək. Bunlar bizim bir araya gəlməməyimiz üçün ən ciddi səbəbdir.

- Sizə niyə “cib” müxalifəti, “satqın” təşkilatlar deyirlər?

- Biz heç kəsə müxalifətin bir arada olduğunu göstərmirik. Bunlar sadəcə böhranla bağlı ilkin reaksiyadır. Guya indi Əli Kərimli və ya Müsavat cib müxalifəti olmayıb nə iş görüblər ki? Əksinə, bu cürə mövqe müxalifətin daxilində çəkişmə yaratmaqdır. Yəni mənə deyəndə ki, cib müxalifətisən, mən də məcbur olub deyəcəyəm ki, sən də satqınsan. Beləcə çəkişmə gedir və xalqda müxalifətdən uzaqlaşır. Ola bilsin ki, onlar düşüncəsizlikdən bu addımı atırlar. Yaxşı, tutaq ki, biz cib, Müsavat və AXCP isə xalqın “qəhrəman” müxalifətisən. Yaxşı bəs bunlar qəhrəman müxalifətdirsə, nədən AXCP ilə Müsavat bir araya gələ bilmir, birgə tədbir keçirib vahid mövqedən çıxış etmirlər? Bunu müəyyən edin. Bu müxalifətə də deyirəm ki, indiki halda sizin revanşist ab-havada olmağınız, bu üslubda mübarizə aparmağınız Azərbaycan xalqına heç nə vəd etmir.

- Son günlər Müsavat başqanı Arif Hacılı ilə müzakirələriniz olubmu?

- Yanvarın 23-də Müsavat başqanı Arif Hacılı ilə bizim partiyanın qərargahında görüşdüm. Özüm ondan xahiş etdim ki, yanvarın 24-də keçiriləcək toplantıda iştirak etsin, birgə mübarizə aparaq. Arif Hacılı da gülümsədi və səhəri günü tədbirə gəlmədi.

- Əli Kərimli və Milli Şura ilə kontakt qurmusunuzmu?

- Əli Kərimli ilə heç bir kontaktım yoxdur və yaratmaq niyyətində də deyiləm.

- Ancaq Razi Nurullayevin cəbhəsi tədbirə qatılıb...

- Bu barədə təklif irəli sürüləndə, mən bunun əleyhinə çıxış etdim.

- Ancaq Razi Nurullayevin müavini həmin tədbirdə iştirak edib...

- Bizim tədbirdə müsavatçılarda, cəbhəçilər də var idi. Kütləvi tədbirdə insanların iştirakı normaldır. Dedik ki, kim maraqlanırsa, fikrimizi bilmək istəyirsə, buyurub gəlsin.

HÜSEYN ABBASOĞLU

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Pənah Hüseynin anası vəfat etdi

    Pənah Hüseynin anası vəfat etdi ...

    24-12-2013, 11:37

  • 
  • “Milli Şura seçkiyə Rüstəm İbrahimbəyovla gedəcək” - Pənah Hüseyn

    “Milli Şura seçkiyə Rüstəm İbrahimbəyovla ...

    15-06-2013, 16:16

  • 
  • Pənah Hüseyn bir cümlə ilə neçə hədəfi vurub?

    Pənah Hüseyn bir cümlə ilə neçə hədəfi vurub? ...

    1-07-2013, 19:27

  • 
  • Pənah Hüseyn 7 qohumunun həbs ediləcəyini deyir

    Pənah Hüseyn 7 qohumunun həbs ediləcəyini deyir ...

    23-11-2015, 17:52

  • 
  • Pənah Hüseyn Qərbin seçkiyə münasibətindən danışdı

    Pənah Hüseyn Qərbin seçkiyə münasibətindən danışdı ...

    26-08-2013, 11:18


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (38)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu