“Qərbin mövqeyi xalqın mövqeyi əsasında müəyyənləşəcək” “Qərbin Azərbaycanda keçiriləcək seçkilərlə bağlı mövqeyi xalqın demokratik kəsiminin bu seçkilərə olan münasibətindən asılı olacaq”. Bu sözləri Moderator.az saytına açıqlamasında AXP sədri Pənah Hüseyn söyləyib. Partiya sədrinin bildirdiyinə görə, Qərbin seçkilərlə bağlı sərgiləyəcəyi mövqe xalqın mövqeyindən əhəmiyyətli dərəcədə asılıdır: “Qərbin və digər beynəlxalq təşkilatların mövqeyini xalqın mövqeyi formalaşdıracaq. Əgər Qərb görsə ki, xalq ədalətli və demokratik seçki uğrunda həqiqətən də ciddi şəkildə mübarizə aparır, o zaman Qərb özü də demokratik düşərgəyə ciddi dəstək verəcək. Yox əgər demokratik dairələrin seçki və seçki saxtakarlığına münasibəti arzulanan səviyyədə olmasa, o zaman Qərbin və beynəlxalq təşkilatların da mövqeyi buna adekvat olacaq”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?