GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Pənah Hüseyn bir cümlə ilə neçə hədəfi vurub?

Pənah Hüseyn bir cümlə ilə neçə hədəfi vurub?

Tarix: 1-07-2013, 19:27 Bölmə :Siyasət Baxış: 751
Pənah Hüseyn bir cümlə ilə neçə hədəfi vurub?
AXP sədrinin müsahibəsi ölkə siyasətinin gündəmində zəlzələ effekti yaradıb


Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin “Yeni Müsavat” qəzetinə son müsahibəsindəki açıqlamalar geniş ictimai müzakirəyə səbəb olub. P.Hüseynin ictimai müzakirə hədəfinə çıxan açıqlamalarından biri “İlk dəfədir rejissoru özümüz olmadığımız oyunda rol almaq zorunda qalmışıq” fikridir.
Pənah Hüseyn bir cümlə ilə neçə hədəfi vurub?Milli Şuranın komissiya sədri Eldəniz Quliyev həmin fikirlə bağlı “Qafqazinfo”ya deyib ki, Pənah Hüseyn ağıllı siyasətçidir, amma bəzən lazım olduğundan çox ağıllılıq nümayiş etdirir: “Pənah bəyin həmin sualına cavab olaraq ondan soruşmaq lazımdır ki, ssenari müəllifi, rejissoru olduğunuz tamaşalarda, rolları payladığınız əsərlərdə hansı nailiyyətləri əldə etmisiniz? Vahid namizədin seçildiyi ərəfədə ağıllı siyasətçi ehtiyatlı davranmalı və bu həssaslığı nəzərə almalıdır”.

P.Hüseyn isə onun fikirlərinə bildirilən rəylərə, cavablara heç bir münasibət bildirmək istəmədi: “Mən fikirlərimi müsahibəmdə bildirmişəm. Mənim fikirlərim barədə digərlərinin fikri bildirmək hüququ var. Mən onlara şərh verməyə ehtiyac duymuram”.

Pənah Hüseyn bir cümlə ilə neçə hədəfi vurub? ADP sədri Sərdar Cəlaloğlu isə “Yeni Müsavat”a açıqlamasında Pənah Hüseynin narahatlığını bölüşdüyünü və bu narahatlığa əsas olduğunu bildirdi: “Pənah bəy narahatdır ki, ssenari Rusiyada yazılıb. Rusiyada demokratiya yoxdursa, orada yazılan ssenari nə dərəcədə Azərbaycan xalqının istəklərinə uyğun olacaq? Həmin müsahibədə Pənah Hüseyn etiraf edir ki, müxalifət bu ssenariyə daxil edilib. Bu ssenarinin nəticələrinə görə məsuliyyət müxalifətin, İsa Qəmbərin, Əli Kərimlinin üzərində qalacaq. Orada iştirak edən digər qüvvələrin elə bir məsuliyyəti yoxdur. Yəni sabah nəticəyə görə məsuliyyəti Eldəniz Quliyev kimi adamlar daşımayacaqlar. Çünki Eldəniz Quliyev kimdir ki?! Eldəniz Quliyev siyasətçi olmayıb və bu gün də siyasətçi deyil. O, ictimai-siyasi hadisələrin mahiyyətinə vara bilmir. Sadəcə ona bir rol ayırıblar və həmin rolu oynayır. Xalq həqiqəti net şəkildə bilsə, bir nəfər də olsun Milli Şuranın arxasınca getməz. Xalqın bir dənə müstəqilliyi qalıb əlində. Müstəqillik də əldən gedəndən sonra Eldəniz Quliyev kimi adamlar öz rollarını oynayıb bitirmiş olacaqlar və kənara çəkiləcəklər. Məsuliyyət isə qalacaq Müsavat və AXCP-nin, onların liderlərinin üzərində. Biz heç olmasa verdiyimiz qərarları bilirdik ki, özümüz veririk, bilirdik ki, təklif kimindir, necə müzakirə olunub, hansı nəticələri ola bilər. İndi Moskvadan bir dənə paket gəlir və təkliflər, nə edilməli olan məsələlər orada olur. Burdakı liderlər isə sanki icraçı məmurlar kimi onu icra edirlər. Pənah Hüseyn də, bax, bundan narahatdır”.

ADP sədri qeyd etdi ki, demokratik qüvvələr bu 20 ildə əksər seçkilərdə xalqın səsini qazana biliblər. Bunun özü uğurdur. Qələbəni rəsmiləşdirmək isə beynəlxalq dairələrin Azərbaycanda siyasi hakimiyyətin dəyişməsinə xeyir-dua verməməsi səbəbindən mümkün olmayıb: “Ona görə də biz uzun illər Azərbaycan iqtidarı ilə yanaşı həmin beynəlxalq dairələrlə üz-üzə durmalı olmuşuq. Hamı başa düşür ki, dünya gücləri demokratik dəyişimə dəstək vermədiyi halda daxili güclər heç bir şey edə bilmirlər. Azərbaycanda məhz belə olub. Buna görə demokratik qüvvələrin heç bir uğurunun olmadığını iddia etmək düzgün deyil”.

Bir sıra siyasi şərhçilər isə hesab edir ki, Pənah Hüseyn Milli Şura ilə bağlı ifrat ağıllılıq nümayiş etdirməkdə haqlıdır. Bu ölkənin müstəqilliyi uğrunda savaşmış, buna görə məhrumiyyətlər yaşamış bir şəxsin müstəqillik üçün əndişələnməsi təbiidir. Müstəqillik uğrunda savaşın nə olduğunu bilməyənlər üçünsə əlbəttə Pənah Hüseynin narahatlığını başa düşməməsi təbiidir. Demokratik qüvvələrin özlərinin ssenari müəllifi və rejissoru olduqları proseslərdə heç bir uğura imza atmadığını iddia edənlərin nəzərinə isə bir faktı xatırlatmaq yerinə düşür. Pənah Hüseynin də daxil olduğu demokratik qüvvələr özlərinin ssenari müəllifi və rol aldığı proseslərdə ən böyük uğura nail olub Azərbaycanı müstəqil dövlət ediblər. Və 20 ildir bu müstəqil dövlətin müstəqilliyinə zərər gətirəcək heç bir addıma getməyiblər. Bir qüvvənin 20 ildə heç bir sapmaya yol verməməsi ssenarini məhz özlərinin yazmasının nəticəsidir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Pənah Hüseyn “Milli Şuranın rejissoru biz deyilik” sözünü şərh etmək İSTƏMƏDİ

    Pənah Hüseyn “Milli Şuranın rejissoru biz ...

    5-07-2013, 15:14

  • 
  • Pənah Hüseynin anası vəfat etdi

    Pənah Hüseynin anası vəfat etdi ...

    24-12-2013, 11:37

  • 
  • “Milli Şura seçkiyə Rüstəm İbrahimbəyovla gedəcək” - Pənah Hüseyn

    “Milli Şura seçkiyə Rüstəm İbrahimbəyovla ...

    15-06-2013, 16:16

  • 
  • Pənah Hüseyn 7 qohumunun həbs ediləcəyini deyir

    Pənah Hüseyn 7 qohumunun həbs ediləcəyini deyir ...

    23-11-2015, 17:52

  • 
  • Pənah Hüseyn Qərbin seçkiyə münasibətindən danışdı

    Pənah Hüseyn Qərbin seçkiyə münasibətindən danışdı ...

    26-08-2013, 11:18


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu