Türkiyədə sürət qatarının lokomotivlə toqquşması nəticəsində ölənlərin sayı 7-yə, yaralıların sayı isə 46-ya çatıb. Gundemxeber.Az xəbər verir ki, xəsarət alanlardan 3-nün vəziyyəti ağırdır. Ölənlərdən biri sürətli sərnişin qatarının maşinisti, 6-sı isə sərnişindir.
Qatarda ümumilikdə 206 sərnişin olub. Hadisə ilə bağlı Ankara Prokurorluğu cinayət işi başlayıb, araşdırma aparılır.
***09.46
Türkiyənin paytaxtı Ankarada Konyaya doğru hərəkət edən sürət qatarı şəhərətrafı səfər həyata keçirən qatarla toqquşub.
Qəzadan sonra yerüstü keçid qatarların üzərinə çöküb. Marşandiz stansiyasında baş verən hadisə zamanı 2 vaqon aşıb. Ankara valisi Vasip Şahin 4 nəfərin öldüyünü, 43 nəfərin yaralandığını açıqlayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?