“Taleh çox ağrıyır, ən çoxda baş və sinir ağrılarından əziyyət çəkir. Bizimlə söhbət etməyə halı yox idi. Söhbətimiz zamanı ağrıkəsici dərmanlar da qəbul edirdi”.
Həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədovun anası Gülbuta Xasməmmədovanın ictimaiyyətə müraciətində belə deyilir.
Şənbə günü ailə üzvləri ilə birgə Penitensiar Xidmətin Müalicə Müəssəsində T.Xasməmmədovla görüşən anası oğlunun zob xəstəliyindən əziyyət çəkdiyini bildirir. Ananın deməsinə görə, oğlunun qanında zəhərlənmə gedib və, təcili əməliyyata ehtiyac var:
“Bu əməliyyatın həbsxana şəraitində, Penitensiar Xidmətin Müalicə Müəssisəsində həyata keçirilməsi həm risklidir, həm də güvənli deyil” - deyə müraciətdə vurğulanır.
Mürarciətdə iki həftə əvvəl T.Xasməmmədovun bir neçə dustaq tərəfindən döyüldüyü, xəsarətlər aldığı, həmin xəsrarətləri gizli tutmaq üçün “kars”a salındığı bildirilir.
“ Necə ki, Talehi çöldə olarkən mənim gözlərimin önündəcə şərlədilər, eləcə də həmən sifarişi verənlər həbsxanada da onu rahat buraxmırlar. Bütün baş verən hadisələr məni bir ana kimi çox narahat edir. Onun həyatından çox narahatam. Mən bir ana kimi başda dövlət başçısı olmaqla bütün adiyyatı orqanlardan oğlumun günahsız olaraq həbsxanada məhv edilməməsi, onun azad olunması üçün köməklik göstərmələrini xahiş edirəm” - deyə müraciətdə bildirilir.
Penetensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsi isə məhkumların cəza yerlərində döyülüb, işgəncələrə məruz qalmaları ilə bağlı səslənən fikirləri təkzib edirlər.
Taleh Xasməmmədov ötən il iyulun 22-də Göyçay rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib. O, xuliqanlıqda ittiham olunurdu.
Hüquq müdafiəçisi, bundan əvvəl də bir dəfə həbsdə olmuşdu. Onda prezidentin əfv fərmanı ilə vaxtından əvvəl azadlığa çıxmışdı.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?