Amerika Birləşmiş Ştatlarının gələn ilki dövlət büdcəsi layihəsində Dağlıq Qarabağdakı işğalçı rejimə yardım üçün vəsait nəzərdə tutulmayıb. Bu fakt prezident Barak Obama tərəfindən 2017-ci maliyyə ili üzrə dövlət büdcəsi layihəsi dərc edildikdən sonra məlum olub. Bundan əvvəlki büdcələrdə isə hər il Dağlıq Qarabağ rejiminə 1,5 milyon dollar ayrılırdı. Bu,Amerika Ermənilərinin Milli Komitəsinin (ANCA) təlaşına səbəb olub. ANCA-nın icraçı direktoru Aram Ambaryan ABŞ tərəfindən Dağlıq Qarabağdakı işğal rejiminə 5 milyon dollar yardım ayırmağı tələb edib. Ambaryanın iştahı bununla bitmir və o, Gürüstanda ermənilərin yığcam yaşadığı Axalkalaki bölgəsinə də 6,3 milyon dollar ayırmağı tələb edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?