Ucarın Məlikbalı kənd məktəbində maliyyə yoxlaması olub.
Bu barədə rayondan xəbər daxil olub. Yoxlamadan sonra məktəbin direktoru Gülbəs Məmmədova müəllimlərdən maaşlarının 60%-ni tələb edib. Məlumatda deyilir ki, maliyyəni yola salmaq üçün xərci çıxdığını və ona görə onlardan istədiyini bildirib. İndi müəllimlər maaşlarını alır və 60% nə qədər edirsə o məbləği tamamlamağa çalışır. Mənbə bildirib: "Qiymətlərin qalxıb milllətin çətin dolandığı və Cənab prezidentin yenicə bu kimi halların aradan qalxmağı üçün məmurlara müraciət elədiyi vaxtda məmur özbaşınalığını ictimailəşdirməyi xahiş edirəm. Ucar rayon Təhsil idarəsinin rəisi Fuad İsrafilov nəqliyyat naziri Ziya Məmmədovun qardaşının yaxın dostudur. Gülbəs Məmmədova nazirin uzaq qohumudur”.
Sorğu
Yeni dizaynımız necədir?