"Mikayıl Cabbarovun vəd etdiyi dəyişikliklərin heç biri Sumqayıtda baş tutmur."
Redaksiyamıza Sumqayıt şəhər “İstedad” litseyinin müəllimi Mehdi Cəfərov tərəfindən Sumqayıt təhsilində baş verən özbaşnalıqı barəsində şikayət məktubu daxil olmuşdur. Şikayət məktubunda bildirilir: “Sizə yazıb bildirmək istəyirəm ki, Təhsil naziri Mikayıl Cabbarovun vəd etdiyi dəyişikliklərin heç biri Sumqayıtda baş tutmur. Belə ki,Sumqayıt Təhsil Şöbəsində dəhşətli korrupsiya hökm sürür. Təhsil şöbəsinin müdir əvəzi, keçmiş təhsil naziri Misir Mərdanovun yaxın qohumu Vaqif Ələkbərov seçki adı altında pul yığır. Onun tapşırığı ilə direktorlar müəllimlərdən 50 manat, şagirdlərdən isə 20 manat tələb edirlər, deyirlər ki, kim bu pulu verməsə deməli müxalifətçidir,prezidentin əleyhinədir. Mətbuat vasitəsilə təhsil nazirindən xahiş edirik bu cür neqativ hallara son qoymaq üçün bir tədbir görsün”.
Sumqayıt şəhər “İstedad” litseyinin müəllimi, Mehdi Cəfərov
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?