Rusiya hakimiyyətinin aqressiv siyasəti yalnız Avropa ilə olan münasibətlərini dağıtmağa doğru yönəlib.
gundemxeber.az axar.az-a istinadən bildirir ki, bunu Polşa mətbuatına müsahibəsində Polşanın xarici işlər naziri Vitold Vaşikovski söyləyib. Onun sözlərinə görə, Rusiya bütün dünya ilə siyasi oyun aparır:
"Bu hökumətin aqressiv, imperial iddiaları artıq prosesləri Üçüncü Dünya Müharibəsinə doğru aparır. Gürcüstan və Ukraynadan sonra onlar Suriyada hərbi əməliyyatlara başladılar. Belə bir situasiyada əməkdaşlıq atmosferini qurmaq çox çətindir. Polşa heç vaxt öz mövqeyindən əl çəkməyəcək. Sülhün, beynəlxalq normaların, sərhədlərin pozulması cəzasız qala bilməz. Qoy Rusiyaya qarşı sanksiyaların ləğvini istəyən siyasətçilər XXI əsrdə Avropa sərhədlərinin güclə dəyişdirilməsini leqal hesab edən norma qəbul etsinlər".
Sorğu
Yeni dizaynımız necədir?