"Rusiya qonşu və dostlarının Qərbdə, Şərqdə, Şimalda və Cənubda öz tərəfdaşları ilə yaxşı əlaqələr qurmaq istədiklərinə heç vaxt şübhə etməyib".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov şənbə günü Belarusun STV telekanalına müsahibəsində deyib.
XİN rəhbəri bildirib ki, Avropa İttifaqına daxil olan bəzi ölkələrin "Şərq tərəfdaşlığı"ndan anti-Rusiya məqsədləri üçün istifadə etmək istədiyini görürlər: “Düzdür, onlar çox deyillər, lakin özlərini kifayət qədər aqressiv aparırlar".
Rusiyalı nazir "Şərq tərəfdaşlığı"nda iştirak edən Azərbaycanla bağlı da fikir bildirib: "Belarus, Ermənistan və Azərbaycanla bağlı heç bir şübhəmiz yoxdur. Əlbəttə ki, ukraynalı, moldovalı və gürcüstanlı həmkarlarımızın necə davrandığını görürük".
MDB-yə üzv olan ölkələrlə hər hansı bir təmasda Rusiyaya qarşı mübarizə aparmağın səmərəsiz və faydasız olduğunu deyən nazir əminliklə bildirib ki, "Şərq tərəfdaşlığı"nın Rusiyaya qarşı yönləndirilməsi mümkün olmayacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?