GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycanda internatlar ləğv edilir – uşaqlar ailələrə verilir

Azərbaycanda internatlar ləğv edilir – uşaqlar ailələrə verilir

Tarix: 17-02-2016, 14:34 Bölmə :Ölkə Baxış: 0
Azərbaycanda internatlar ləğv edilir – uşaqlar ailələrə verilir

Təhsil Nazirliyi sistemində olan dövlət uşaq müəssisələrindəki uşaqların vəziyyəti, yaradılmış imkanlar, onların ailələrə qaytarılması və ya verilməsi istiqamətində atılan addımlarla bağlı qurumun De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi suallara cavab verib.

– İdarə tərəfindən uşaqların internatlara düşməsinin və həmin müəssisələrdəki uşaqların sayının azaldılması istiqamətində hansı addımlar atılıb?

– “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”nın Tədbirlər Planının 9-cu bəndinin icrasına müvafiq olaraq, uşaqlarına qayğı göstərə bilməyən ailələrin və onların övladlarının rifahının yaxşılaşdırılması, uşaqların müəssisələrə düşməsinin qarşısının alınması məqsədi ilə yerlərdə dəstək xidmətləri yaradılıb. Eyni zamanda risk qrupundan olan uşaqlar və ailələr arasında sistemli preventiv tədbirlərin görülməsi, qarşıya çıxan problemlərin həllinə kompleks yanaşma ilə onların operativ aradan qaldırılması üçün uşaqların belə müəssisələrə daxil olmasına ciddi nəzarət təmin edilib. Bunun nəticəsi olaraq ölkə üzrə ümumilikdə 604 uşağın, 2015-ci ildə isə 12 nəfər uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb..

– Uşaq evləri və internat tipli dövlət uşaq müəssisələrinin sayının azaldılması və bunların ailə əsaslı sosial xidmət mərkəzlərinə çevrilməsi üçün nələr edilib?

– 2012-ci ildə Təhsil Nazirliyinin valideyn himayəsindən məhrum olmuş və daim müəssisədə yaşayan 10 nəfər qız uşağı üçün Ailə tipli kiçik qrup evi tikilib istifadəyə verilib. Eyni zamanda Təhsil Nazirliyinin 17 noyabr 2015-ci il tarixli əmrinə əsasən, Lənkəran şəhərində oğlanlar üçün tikilən Ailə tipli kiçik qrup evi istifadəyə verilib. Qeyd olunanlara yanaşı, dövlət uşaq müəssisələrinin transformasiya üzrə Baş Planın icrası olaraq, 12 internat məktəbi transformasiya olunub, 2 internat məktəbi isə ləğv edilib. 2015-2016-cı tədris ilində daha 16 internat məktəbinin transformasiya olunması ilə bağlı müvafiq tədbirlər görülür.

– Uşaqların bioloji və ya alternativ ailələrə verilməsi ilə bağlı işlər nə yerdədir?

– Bildiririk ki, Dövlət Proqramı çərçivəsində 6 nəfər sosial işçi tərəfindən Xəzər və Suraxanı rayonlarında yerləşən valideyn himayəsindən məhrum uşaqlar üçün müəssisələrdəki uşaqların və onların ailələrinin fərdi qiymətləndirilməsi həyata keçirilib. Uşaqların ailələrinin himayəsinə qaytarılması üçün onların ailələri və ya qohumlarının yaşadığı rayonlara səfərlər edilərək, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın iclasında qeyd olunan məsələyə baxılıb. Uşaqların ailələrə qaytarılması üçün ailələrin mənzil şəraitinə baxış keçirilib və ailənin gəliri araşdırılıb. Ailələrə qaytarılan uşaqların vəziyyətinin monitorinqi aparılması və nəticələri barədə mütəmadi olaraq nazirliyə məlumatların verilməsi ilə yerli icra hakimiyyətlərinə məktublar ünvanlanıb. Görülmüş işlərin nəticəsi olaraq, 2010-cu ildə 15 nəfər, 2011-ci ildə 105 nəfər, 2012-ci ildə 123 nəfər, 2013-cü ildə 51 nəfər, 2014-cü ildə 33 nəfər və 2015-ci ildə 37 nəfər uşaq isə rayon və şəhər icra hakimiyyətlərinin sərəncamı ilə həmin müəssisələrdən bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb.

– Ailələrə verilmiş sağlamlıq imkanları məhdud uşaqların bu gün ümumtəhsil məktəblərində sağlam uşaqlarla birgə təhsillərinin davam etdirilməsi istiqamətində işlər nə yerdədir? Bu reallaşdırılıbmı və bu günə qədər neçə belə uşaq sağlam uşaqlarla birlikdə təhsil alır?

– Bütün təhsil pillələri üzrə sağlamlıq imkanları məhdud şəxslərin öz yaşadıqları ərazidə təhsilə cəlb olunmasını və onların təhsil ala bilmələri üçün maneəsiz mühitin yaradılmasını təmin etmək məqsədilə “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” həyata keçirilir. Bununla əlaqədar hazırlanmış “Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” sənəd layihəsi baxılması üçün Nazirlər Kabinetinə təqdim olunub. Dövlət Proqramının baxılması və təsdiq olunması ilə bağlı müəyyən müddət tələb olunduğunu nəzərə alaraq, Təhsil Nazirliyi ilə BMT-nın Uşaq Fondu (YUNİSEF) arasında 2014-2015-ci illərə dair İllik Fəaliyyət Plana əsasən əlilliyi olan uşaqların ümumi təhsilə cəlb olunması məqsədilə “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlanıb.

Layihənin icrası olaraq Bakı şəhəri üzrə 220 və 138 nömrəli məktəb pilot müəssisə seçilib. Həmin məktəblər üzrə 2015-2016-cı tədris ilində birinci siniflər arasında eksperimental siniflər və orada təhsilə cəlb olunacaq sağlamlıq imkanları məhdud uşaqlar müəyyənləşdirilib. Seçim prosesindən öncə Xətai və Nizami rayonu ərazisində yaşayan əlilliyi olan uşaqların valideynlərinə xüsusi və inklüziv təhsil üzrə maarifləndirici seminarlar keçirilib. Pilot məktəblərin direktorları, eksperimental siniflərin müəllimləri, xüsusi təhsil üzrə mütəxəssislər Almaniyaya səfər edərək inklüziv təhsil modeli ilə əyani sürətdə tanış olub, həmçinin onlara Təhsil Nazirliyində Almaniyalı mütəxəssislər tərəfindən təlim keçirilib.

Layihənin icrası olaraq ibtidai təhsil səviyyəsində inklüziv təhsilin tətbiqi üzrə fəaliyyət planı hazırlanıb. Pilot seçilmiş məktəblərdə loqopedik xidmət yaradılıb. Layihə çərçivəsində ilk dəfə olaraq alman mütəxəssisləri, pilot məktəblər üzrə 2 nəfər xüsusi təhsil üzrə mütəxəssis və İdarənin əməkdaşı tərəfindən ICF-CY və SON-R 2 ½ – 7 qeyri-verbal testlərdən istifadə edilərək sağlamlıq imkanları məhdud uşaqların xüsusi təhsil ehtiyaclarının qiymətləndirilməsi həyata keçirilib. İnklüziv təhsilə cəlb edilmiş 8 uşaq üçün Fərdi Tədris Planı hazırlanıb. Hazırda yuxarıda qeyd olunan qiymətləndirmə testləri azərbaycan dilinə tərcümə edilir.

Bununla yanaşı, pilot məktəblərin infrastrukturunda müvafiq dəyişikliklərin edilməsi ilə bağlı təmir işləri aparılıb. Ümumilikdə nəzərdə tutulan tədbirlər sağlamlıq imkanları məhdud olan şəxslərin keyfiyyətli təhsillə əhatə olunmasına və cəmiyyətə inteqrasiyasına xidmət edəcək.

– Bu gün belə uşaqlar üçün necə reabilitasiya-qayğı mərkəzləri fəaliyyət göstərir? Və həmin mrəkəzlərdən neçə uşaq istifadıə edir?

– Təhsil Nazirliyinin tabeliyində müstəqil hüquqi şəxs qismində sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 reabilitasiya mərkəzi və xüsusi internat məktəblərinin nəzdində 3 reabilitasiya mərkəzi fəaliyyət göstərir. (Modern.az)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

    1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür ...

    1-06-2013, 00:35

  • 
  • Nazirlikdən uşaqlar üçün yeni xidmət

    Nazirlikdən uşaqlar üçün yeni xidmət ...

    3-03-2015, 17:29

  • 
  • Sumqayıtda “Uşaqların Müdafiə Şurası” təsis edilib

    Sumqayıtda “Uşaqların Müdafiə Şurası” təsis edilib ...

    25-11-2013, 12:58

  • 
  • 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

    1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür ...

    1-06-2018, 15:53

  • 
  • Çoxuşaqlı ailələrə pul veriləcək

    Çoxuşaqlı ailələrə pul veriləcək ...

    20-10-2014, 12:57


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu