Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin Sumqayıt şəhəri “Məişət zorakılığına məruz qalmış uşaqların reabilitasiyası” Mərkəzi “Uşaqların Müdafiə Şurası”nın (UMŞ) yaradılması məqsədilə təsis iclası keçirib. Tədbirdə Sumqayıt Polis İdarəsi, Bələdiyyə, SOS uşaq kəndləri, ƏƏSMM-nin əməkdaşları iştirak edib. Tədbir zamanı görülmüş işlərin hesabatı və məişət zorakılığına məruz qalmış uşaqların problemlərə dair müzakirələr təşkil olunub. Sumqayıt şəhər polis idarəsinin Azyaşlılar üzrə bölmə rəisi Yaqub Baxşəliyev belə qurumun yaradılmasını alqışlayıb. Tədbir zamanı Uşaqların Müdafiə Şurası”nın məqsəd və vəzifələri, görüşlərin təşkili ,şuranın əsanaməsinin müzakirəsi və təsis edilməsi,“ Uşaqların Müdafiə Şurası”na 1 il müddətinə sədrin seçilməsi, “Uşaqların Müdafiə Şurası”nın aylıq görüşlərin təşkilin istiqamətində müzakirəsi aparılıb. Sonda SOS uşaq kəndlərin koordinatoru Gülgəz Abasquliyeva səs çoxluğu ilə 1 il müddətinə UMŞ-nın sədri seçilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?