Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən dəstəyə hökm oxunub.
gundemxeber.az Trend-ə istinadən bildirir ki, məhkəmənin hökmü ilə Bakı şəhər sakini Ayaz Səmədov, Sumqayıt şəhər sakinləri Ruslan Əhmədov və Ceyhun Muxtarlının hər biri 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Baş Cinayət-Axtarış İdarəsi və Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mobil rabitə operatorlarından birinin Xırdalan şəhərində, Qobu kəndində, Novxanı, Masazır və Güzdək qəsəbələrinin ərazisində yerləşən radiobaza stansiyalarından ümumilikdə 50 ədəd akkumulyator oğurlamış Bakı şəhər sakini Ayaz Səmədov, Sumqayıt şəhər sakinləri Ruslan Əhmədov və Ceyhun Muxtarlı tutulublar.
Sorğu
Yeni dizaynımız necədir?