Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən şəxslərin məhkəməsi başa çatıb. Məhkəmənin hökmü ilə Rəvan Əliyev 10 il, Əli Hüseynov 10 il, Samir Qurbanov 12 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki onlar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsinə əsasən ittiham ediliblər. Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin oktyabrın 4-də Məhəmməd Səfərzadəyə məxsus mağazadan quldurluq yolu ilə 190 manat aparmış Bakı şəhər sakinləri Əli Hüseynov, Samir Qafarov və Rəvan Əliyev müəyyən edilib. Hər 3 şəxs tutularaq məsuliyyətə cəlb edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?