Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq paytaxt ərazisində sürücülərə müraciət edib.
Gundemxeber.Az-ın məlumatına görə, İdarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, bəzi ərazilərdə yenə də buzlaşma və sürüşmə ehtimalı var:
“Bugünkü hava şəraiti ilə əlaqədar olaraq bir daha avtomobil sürücülərindən xahiş edirik ki, vəziyyəti və şəraiti düzgün təhlil etsinlər. Mümkün qədər şəxsi avtomobillərindən istifadə etməsinlər. Mərkəzə doğru bütün küçə və prospektlərdə təmizlik işləri davam etdirilir. Təhlükəsizliyi təmin etmək üçün əməkdaşlarımız gücləndirilmiş iş saatı ilə xidmətlərini davam etməklə yanaşı, enişli-yoxuşlu, sərt döngələr tərəfimizdən nəzarətə götürülüb, nizamlayıcı qismində ərazilərdə xidmət aparırıq. Avtomobillərin sürət həddini aşağı salmağı, ara məsafəsini normadan artıq götürməyi və yol boyu qoyulmuş yol nişanlarına uyğun hərəkət etməyi tövsiyə edirik. Həmçinin dövlət nömrə nişanlarının və işıq cihazlarının təmiz olması da vacibdir”.
Sorğu
Yeni dizaynımız necədir?