GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ərdoğanı Azərbaycana gəlməyə kimlər qoymadı - qanlı əngəlin sirri

Ərdoğanı Azərbaycana gəlməyə kimlər qoymadı - qanlı əngəlin sirri

Tarix: 18-02-2016, 15:05 Bölmə :Ölkə Baxış: 0
Ərdoğanı Azərbaycana gəlməyə kimlər qoymadı - qanlı əngəlin sirri

Ankara terrorunda “SU-24” kölgəsi...; Türkiyə liderinin Azərbaycana səfərinə öncə “dumanlı Gəncə” kölgə saldı, daha sonra isə Ankaradakı qətliam mane oldu; hərbçiləri hədəfə alan terroru bir çoxları “təyyarə revanşı” hesab edir; qardaş ölkə böyük güclərin təhdidi və hədəfində...
Ərdoğana Azərbaycana gəlmək imkanı vermədilər. Ankarada həyata keçirilən xain və qanlı terror Türkiyə prezidentinin mühüm bir missiyasını təxirə saldırdı.

Bəlkə də məqsəd elə bu idi? Bəlkə də daha qlobal məqsədlər var. Lakin bir gerçək ortadadır. Qardaş Türkiyə böyük güclərin və oyunların təhdid və hədəf nöqtəsi halındadır. Və bu, böyük təhlükədir.

Türkiyə Azərbaycanın əsas müttəfiqidir. Dünyada Türkiyə və Azərbaycan kimi maraqları 100 faizlə üst-üstə düşən başqa bir nümunə ikilik yoxdur...

Bu gün bu maraqlar Azərbaycanda kəsişəcəkdi. Gəncədə dünyaya və ən əsası da, dost-düşmənə görk olacaq bir toplantı planlaşdırılmışdı: Azərbaycan və Türkiyə dövlət başçılarının iştirakıyla Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçiriləcəkdi. Azərbaycan prezidenti də artıq bir gün öncədən Gəncə və ətraf bölgələrdə idi. Görüş, hələ baş tutmadan dünya mediasının, xüsusi ilə də Rusiya mətbuatının gündəmində idi. Kimlər nə yazır, nə deyirdi - bir azdan diqqətinizə çatdıracağıq. Lakin dünən qəflətən məlum oldu ki, Türkiyə prezidentinin təyyarəsi Gəncəyə deyil, Bakıya enəcək.

Ərdoğanı Azərbaycana gəlməyə kimlər qoymadı - qanlı əngəlin sirri

Türkiyə tərəfi bunu da Gəncə və çevrəsindəki hava şərtləri ilə əlaqələndirdi. Lakin “Yeni Müsavat”ın özəl məlumatları durumun fərqli olduğunu ortaya qoydu. Biz bu barədə qəzetimizin çap versiyasında fərqli manşetlə çıxış etmişik. Məlumat bu idi ki, Tayyib Ərdoğanın təyyarəsinin Gəncəyə enməməsi hər hansı bir duman-çənlə bağlı deyildi - burada özəl səbəb və ciddi təhlükə var idi... Eyni zamanda, Türkiyə mətbuatı yazırdı ki, Suriyadan Türkiyəyə, hava limanlarında bombalı qətliamlar törətmək üçün 14 canlı bomba keçib...

Ərdoğanı Azərbaycana gəlməyə kimlər qoymadı - qanlı əngəlin sirri

“Yeni Müsavat”ın manşetindən bir parça: “ Bəzi ehtimallara görə, səfər marşrutu Gəncədən Bakıya dumanlı havaya görə yox, əslində ali qonağın təhlükəsizliyi səbəbi ilə dəyişdirilib, sadəcə, əlavə suallar və mövzular çıxmasın deyə, bunu qabartmamaq qərara alınıb.

Söhbət ən əvvəl səfərə Rusiyanın yarada biləcəyi mümkün təhdidlərdən gedir. Məsələ ondadır ki, Gəncə Dağlıq Qarabağ münaqişəsi zonası ilə faktiki surətdə həmsərhəddir. Üstəlik, işğal altındakı yüksəkliklərdən şəhər “ovucun içindəki” kimi görünür...Nəzərə alanda ki, erməni işğalçı qüvvələri, ümumən bölgə və onun ətrafı Rusiya kəşfiyyatının güclü nəzarətindədir və Ankara ilə gərgin münasibətlərdə olan, “Su 24" insidentinə görə revanş istəyi ilə alışıb-yanan Moskva ”erməni kartı"ndan yararlanıb, onun arxasında gizlənə bilər, o zaman mənzərə daha da ciddiləşər. Hər necə olmasa, dünyanın barmaqla sayılacaq peşəkar təhlükəsizlik qurumlarından bir kimi Türkiyə Milli İstihbarat Təşkilatı hansısa güclü kontur-dəlillərə malik olub ki, belə bir qəfil qərar çıxarılıb.

***
Lakin Ankarada çıxan və əsasən də Türkiyə hərbçilərini hədəfə alan xain terror Ərdoğanın səfərini ümumilikdə gündəmdən çıxartdı. Qəzetlərin çap versiyası belədir - yazıya pozu olmur - o səbəbdən biz “Yeni Müsavat”ın elektron versiyası üçün manşetimizi yenidən yazdıq. Hesab edirik ki, Türkiyəni hədəfə alan və təhdid edən təhlükələr sırasında, o cümlədən də Ankara terrorunda T.Ərdoğanın Gəncə səfərini əngəlləyən amillər olduğu kimi yer almaqdadır...Bu , terror təşkilatlarının eyləmindən daha çox arxasında konkret dövlət və ya dövlətlər dayanan xain revanşa bənzəyir.

****

Terror hansı bir prosesi əngəllədi? Ərdoğan Azərbaycana niyə gəlirdi? Bu barədə dünya çaplı analitiklər nələr yazırdılar, nələri qabardırdılar?

****

“Yeni Müsavat”ın manşetindən: “Səfər ərəfəsində bu suala həm yerli (Türkiyə, Azərbaycan, Rusiya, Ermənistan, Gürcüstan), həm də Qərb mediası cavab tapmağa çalışdı ki, bu da bir daha ziyarətin önəmindən və gözləntilərin ciddiliyindən xəbər verir. Məsələn, bəzi Qərb analitiklərinə görə, prezident Ərdoğan Türkiyə-Gürcüstan-Azərbaycan hərbi ittifaqını gücləndirməyə, Rusiyanın Güney Qafqazdan sıxışdırılıb çıxarılmasına çalışacaq. Maraqlıdır ki, səfərin ertəsi gün - fevralın 19-da Tiflisdə Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçılarının görüşü planlaşdırılır.

Ərdoğanı Azərbaycana gəlməyə kimlər qoymadı - qanlı əngəlin sirri

Rusiyanın nüfuzlu gazeta.ru nəşri isə səfəri iki kontekstdə qiymətləndirib: “Ya Türkiyə prezidenti azərbaycanlı həmkarından onun Rusiya ilə danışıqlarını təşkil etməyi xahiş edəcək, ya da Bakıdan Qarabağda müharibəni aktivləşdirməsini istəyəcək. Çünki belə bir aktivlik Rusiyanın diqqətini Yaxın Şərqdən yayındıra bilər. Birinci variantda İlham Əliyev bütün səylərini işə salacaq. Lakin ikinci variant haqda bunu demək çətindir. Çünki bu həm də Putinlə müharibə aparmaqdır”, - nəşr iddia eləmişdi.

Ərdoğanı Azərbaycana gəlməyə kimlər qoymadı - qanlı əngəlin sirri

Bakıya vasitəçilik təklifi məsələsini türkiyəli ekspertlər də istisna etmirlər. Ancaq bunun necə, hansı formada və ya formatda ediləcəyi və reallaşacağı hələlik bəlli deyil. Səfər ərəfəsində Ankara və Moskva arasında gedən təbliğat-informasiya savaşının daha da sərtləşməsi, o sırada baş nazir Əhməd Davudoğlunun Kiyev bəyanatları və ona Kremlin kəskin reaksiyası, nəhayət, prezident Ərdoğanın Rusiyanı növbəti dəfə Suriyada antibəşəri cinayətlər törətməkdə suçlaması bu təşəbbüsün perspektivini qaranlıq edir.

Ərdoğanı Azərbaycana gəlməyə kimlər qoymadı - qanlı əngəlin sirri

Yeri gəlmişkən, Ərdoğanın ziyarəti öncəsi Suriya məsələsində Ankaranın Rusiyaya qarşı sərgilədiyi sərt və barışmaz mövqeyə ABŞ prezidenti Barak Obamadan dəstək xarakterli açıqlama gəlib. Cənub-Şərqi Asiya ölkələri birliyi (ASEAN) liderlərini bir araya gətirən zirvə görüşünün ardından keçirilən mətbuat konfransında Suriyada dinc insanların kütləvi qətlinə və Rusiyanın bölgədəki hərəkətlərinə dair sualı cavablandıran Obama rəsmi Moskvanın Bəşər Əsəd rejimini əvvəldən bəri dəstəklədiyini xatırladıb və əlavə edib:

“Rusiya özünü bir bataqlığa soxacaq demişdim və əminəm ki, bu mütləq olacaq. Suriyada savaşın bitəcəyini düşünənlər varsa, onlara xatırladım ki, ölkənin dörddə üçü hələ də Əsəd əleyhdarlarının əlindədir. Bu münaqişə yaxın zamanlarda da bitməyəcək”.

Ərdoğanı Azərbaycana gəlməyə kimlər qoymadı - qanlı əngəlin sirri

Bütün bunlar öncədən də vurğuladığımız kimi, səfər ərəfəsi Azərbaycanın həmsərhəd hesab olunduğu Yaxın Şərq bölgəsi və ətrafında qlobal-regionalı güclər arasında münasibətlərin nə dərəcədə gərgin, partlayış xarakterli olduğuna şübhə saxlamır. Qardaş ölkə liderinin ölkəmizə gəlişini əvvəlkilərdən fərqləndirən ən mühüm cəhət də elə budur”.

Ərdoğanı Azərbaycana gəlməyə kimlər qoymadı - qanlı əngəlin sirri

Ankarada əsasən hərbçiləri hədəf alaraq, həyata keçirilən terror aktı vasitəsi ilə verilən mesaj bəzilər üçün “Su-24” təyyarəsinin vurulmasına Rusiya və müttəfiqlərinin cavabı kimi qiymətləndirilib. Təbii ki, bu versiya üzərində birmənalı iddialar qurmaq mümkün deyil. Lakin onun yaşamaq haqqı da var. Hətta bir sıra azərbaycanlı analitiklər, media kapitanları sosial şəbəkələrdə bu terror aktının arxasında duranların kimliyi barədə mülahizələrini, Rusiyanı işarə edərək, bölüşürlər...

Görünənsə budur ki, Ankarada törədilən terror hələ son deyil. Bu xain və qanlı əyləmin arxasından PKK da, İŞİD də, başqa bir imza da çıxa bilər. Lakin burada əsas məsələ terroru həyata keçirən “maşalar” deyil, onu sifariş verənlərdir.

“Gündəm Xəbər” qəzeti olaraq “Yeni Müsavat”a qoşulub, qardaş Türkiyə dövlətində baş verən terror aktını lənətləyir və həlak olanların ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Analitik xidmət
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Türkiyə Azərbaycana uçuşları təxirə saldı

    Türkiyə Azərbaycana uçuşları təxirə saldı ...

    30-12-2015, 13:08

  • 
  • Türkiyə Prezidentinin Azərbaycana səfəri təxirə salınıb

    Türkiyə Prezidentinin Azərbaycana səfəri təxirə ...

    18-02-2016, 00:24

  • 
  • Türkiyə parlamenti Azərbaycana hərbi qüvvələr göndərilməsini təsdiqlədi

    Türkiyə parlamenti Azərbaycana hərbi qüvvələr ...

    17-11-2020, 20:31

  • 
  • Azərbaycan və Türkiyə prezidentləri telefonla danışıb

    Azərbaycan və Türkiyə prezidentləri telefonla ...

    29-10-2020, 14:44

  • 
  • “İndi birlikdə və güclü olmanın zamanıdır”

    “İndi birlikdə və güclü olmanın zamanıdır” ...

    14-03-2016, 22:43


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (38)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu