GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Rusiya Səfər Əbiyevi yıxır

Rusiya Səfər Əbiyevi yıxır

Tarix: 25-03-2013, 10:45 Bölmə :Ölkə Baxış: 1 259
Rusiya Səfər Əbiyevi yıxır

NATO-nun kadrı sayılan müdafiə nazirinin devrilməsi
Kremlin planlarına daxildir; son aksiyanın zorakılıqla
dağıdılması Əliyevin Putinə “əzələ nümayişi”dir


“Son günlər əsgər ölümlərinin qabardılması və buna görə Müdafiə Nazirinin istefasının ciddi şəkildə tələb edilməsi Rusiyanın Azərbaycandakı planlarının tərkib hissəsidir”.
Bu barədə Avropa.info-ya hakimiyyət dairələrindəki mənbədən məlumat verilib. Mənbənin dediyinə görə, NATO-nun kadrı sayılan Səfər Əbiyevin devrilməsi Rusiyanın əsas planlarındandır. “Rusiya hakimiyyəti hesab edir ki, Azərbaycan ordusunda NATO sisteminin tətbiq olunması və getdikcə ordunun Rusiyadan uzaqlaşması Səfər Əbiyevin adı ilə bağlıdır. Məhz bu səbəbdən də, Azərbaycanda təsir imkanlarını artırmaq istəyən qonşu dövlət ilk növbədə Azərbaycan ordusunun rəhbərliyinə Rusiyaya tanış olan bir ismi gətirmək istəyir” - deyə mənbə vurğulayır.
Onun sözlərinə görə, bütün bunlara baxmayaraq “Əsgər ölümlərinə son” şüarı ilə keçirilən aksiyaların Rusiyaya heç bir bağlılığı yoxdur: “Azərbaycandakı müxalifətin və bütövlükdə protest elektoratın Rusiya ilə uzaq məsafə saxlamaları məlumdur. Sadəcə son dövrlər əsgər ölümləri çoxaldığından müxalif gənclərin buna sərt reaksiya verməsindən Rusiya yararlanmaq fikrindədir. Çünki Rusiyanın Azərbaycan müxalifəti içərisində elə bir ciddi dayaqları yoxdur. Məhz Rusiyanın Azərbaycanda protest elektoratı olmadığı üçün qonşu dövlətə bu prosesi daha da qızışdırmaq qalır”.
Hakim dairənin Səfər Əbiyevə münasibətinə gəlincə, müdafiə nazirinin yarıtmaz kadr olduğu fikri həm hakimiyyətdə, həm də ictimaiyyətdə birmənalıdır deyə mənbə bildirir: “20 ildir nazir olan Səfər Əbiyevdən artıq hamı bezib. Hakimiyyət daxilində də onun istefaya göndərilməsini istəyənlər var. Müəyyən hakimiyyətdaxili klanlar da onun vəzifəsindən uzaqlaşdırılmasını istəyirlər.
Lakin prezident İlham Əliyev NATO-nun müdafiə etdiyi Səfər Əbiyevin Rusiyanın hərbi təhdidləri qarşısında tab gətirə biləcək şəxs olmasını və ölkə başçısına sadiqliyini nəzərə alaraq onu vəzifəsində saxlayır. Eyni zamanda dövlət başçısı müdafiə nazirinin devrilməsinin Rusiyanın planlarına aid olduğunu nəzərə alaraq onu istefaya göndərmir. Lakin son 20 ildə olan əsgər ölümlərinin başlıca müqəssirinin Səfər Əbiyev olmasını da heç kim təkzib etmir”.
Martın 10-da əsgər ölümləri ilə bağlı Bakıda keçirilən aksiyanın su şırnaqları, rezin güllələr, gözyaşardıcı qaz vasitəsi ilə dağıdılmasına gəlincə, mənbə bildirir ki, bu hakimiyyətin Rusiyaya güc nümayişi idi: “Bundan əvvəl də əsgər ölümləri ilə bağlı aksiya keçirilmişdi. Lakin o zaman hakimiyyət bu aksiyaya ciddi müdaxilə etməmişdi. Bu dəfə isə etirazçıların Rusiya ilə heç bir bağlılığı olmamasına baxmayaraq, hakimiyyət qonşu dövlətə güc nümayiş etdirdi. Bununla da Rusiyadan gələn bütün təhlükələrə adekvat reaksiya verəcəyini diqqətə çatdırdı”.
Ancaq gedişat S.Əbiyevin xeyrinə işləmir və vəziyyət onu deməyə əsas verir ki, Rusiya onu yıxmağa hazırlaşır. Bu istiqamətdə zəmin hazırlayıb və gec-tez Kreml məqsədinə çatacaq. Çünki Moskvanın arzuları həmişə gerçəkləşir. Orduda əsgər ölümlərinin səngiməməsi də bir tərəfdən prosesin daha da qızışmasına təkan verir.
Müdafiə Nazirliyi daxilində də xeyli dərəcədə ruspərəst qüvvələr var. Başda Nəcməddin Sadıqov olmaqla ordu içində Moskvanın yanında olan generallar, komandanlar işləyir. “Qurd ağacı içindən yeyər” deyiminə uyğun olaraq həmin qüvvələr Əbiyevin axırına çıxmaq üçün budaqlarını silkələyirlər. Eyni zamanda Elçin Quliyev də nazirə qarşı olan qüvvələrdən biridir. Lakin S.Əbiyev geri çəkilənə oxşamır. NATO-nun dəstəyinə güvənən nazir arxayınlaşıb ki, onu postundan kimsə tərpədə bilməz. İlham Əliyev isə seçki ilində fors-major vəziyyət yaranarsa nəinki Əbiyevi istefaya göndərər, hətta həbs belə etdirər.

Aslan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səfər Əbiyevin vəzifədən çıxarılmasının sirri

    Səfər Əbiyevin vəzifədən çıxarılmasının sirri ...

    22-10-2013, 21:54

  • 
  • Səfər Əbiyevin hədəf seçilməsinin pərdəarxası

    Səfər Əbiyevin hədəf seçilməsinin pərdəarxası ...

    27-12-2012, 09:04

  • 
  • Səfər Əbiyevin hədəf seçilməsinin pərdəarxası

    Səfər Əbiyevin hədəf seçilməsinin pərdəarxası ...

    27-12-2012, 08:00

  • 
  • NATO-nun baş katibindən Rusiya ilə bağlı açıqlama

    NATO-nun baş katibindən Rusiya ilə bağlı açıqlama ...

    16-08-2014, 13:06

  • 
  • Brüsseldə Azərbaycan-NATO iclası keçiriləcək

    Brüsseldə Azərbaycan-NATO iclası keçiriləcək ...

    30-05-2016, 12:24


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu