GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İKİ BAŞÇININ QORUDUĞU MƏMUR HAQDA ŞOK

İKİ BAŞÇININ QORUDUĞU MƏMUR HAQDA ŞOK

Tarix: 18-02-2016, 22:40 Bölmə :Ölkə Baxış: 0
İKİ BAŞÇININ QORUDUĞU MƏMUR HAQDA ŞOK

Laçın rayon Təhsil Şöbəsində korrupsiya və rüşvətxorluq pik nöqtəyə çatıb.

Bu barədə Laçın rayon Şeylanlı kənd sakini Xudayarov Baxşeyiş Salyan oğlu məlumat verib.
Onun sözlərinə görə, rayon Təhsil Şöbəsinin müdiri Malik Vəliyev yuxarı dövlət orqanlarında sözü keçən yaxın qohumları - Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcovun və Yardımlı rayon İcra Hakimiyyətinin Başçısı Sevindik Hətəmovun imkanlarından istifadə etməklə təhsil şöbəsini bazara çevirib:
"Təhsil Şöbəsinin müdrü Malik Vəliyev Laçın rayon Maliyyə şöbəsi ilə əlbir olub məktəblərdə olan texniki ştatları və pisxoloq ştatlarını məktəb direktorları vasitəsilə satırlar. Hətta Laçın rayon ümumtəhsil məktəblərinin və məktəbdənkənar tərbiyə müəssisələrinin texniki işçilərinin əksəriyyəti başqa ərazilərdə yaşayır və əməkhaqqı kartı M.Vəliyevin cibindədir.
Məsələn, Bakı şəhərində yerləşən Laçın rayon 9 № -li tam orta məktəbinin təssərrüfat işləri üzrə müdri İsmayıllı rayonunda,xadiməçisi isə Şəki rayonunda yaşayır, əmək haqqı kartı M.Vəliyevdədir.
M. Vəliyev fiziki qüsurlu uşaqlar üçün ayrılmış dərs saatlarını əlbir olduğu məktəb direktorları vasitəsilə direktorlara qohum olan müəllimlərin adına yazmaqla pulunu mənimsəyirlər. Qanunda nəzərdə tutulmuş qaydada əlil uşaqlara dərs keçirilmir. Həmin əlil uşaqları özləri üçün gəlir mənbəyinə çeviriblər. Bu uşaqlar arasında sorğu keçirilsə, uşaqlar onlara dərs keçəsi müəllimləri tanımadıqları aşkar olar. Hətta bir çox hallarda sağlam və yüngül fiziki qüsurlu uşaqlara məktəbə gələ-gələ saxta sənədlər düzəldərək ,fərdi dərs saatları yazaraq dövlət büdcəsini talan edirlər.
M.Vəliyev Təhsil Şöbəsini bazara çevrib. Belə ki, o, latın əlifbasını bilməyən məhdud hərbi xidmətə yararlı olan, hərbi xidmət keçmiş şəxslərdən küllü miqdarda rüşət alaraq daxili əmrlə hərbi hazırlıq müəllimi təyin edir.
M. Vəliyev Təhsil Şöbəsindəki vakansiyaları Prezident yanında Dövlət Qulluğu məsələləri üzrə Komsiyadan gizlədərək müsabiqəyə vermir, yüksək məbləğdə rüşvət alaraq satır. M.Vəliyev Laçın rayon idarə və müəssisə rəhbərlərindən yüksək məbləğdə rüşvət alaraq övladlarını Təhsil şöbəsində vəzifəyə təyin edib.
M.Vəliyevin verdiyi Əmirlər(müəllimlərin yerdəyişməsi və müəllimlərin işə qəbul musabiqəsindən keçməyən namizədlərin işə qəbulu) araşdırılsa, külli miqdarda rüşvət aldığı yoxlanılsa aşkar olar.
M. Vəliyevin əsas gəlir mənbələrindən biri də kağız üzərində mövcud olan məktəblərdir. Məsələn, Gəncə şəhərində və İsmayıllı rayonunda "saxladığı” doqquzillik məktəblər məhz bu qəbildən olan müəssisələrdir
Rayonun 13 saylı məktəbinin direktoru (Laçın RTŞ-nin müdri M.Vəliyevin bibisioğlu) Fizuli İbadov 2013-2014-cü tədris ilində Rusiyaya getmiş Təhminə Məmmədovanı işdən azad etməyib, onun adına dərs saatı yazdıraraq, əmək haqqısını M.Vəliyev ilə birlikdə mənimsəyiblər. Təhminə Məmmədova Rusiyaya gedərək orada bir müddət yaşayıb. Yalnız 18 aydan sonra geri dönüb.Ərazidə yaşamayan müəllimlərin adına əmək haqqı yazıb. Mənimsəmə hallarına rayonun bir çox məktəblərində rast gəlmək olar.
Məsələn, M.Vəliyev Goranboy rayonunda yaşayan müəllimin adına Bakı Yasamal rayonu Rabitə Kollecinin yataqxanasında yerləşən 35 № -li tam orta məktəbdə dərs saatları yazdıraraq pulunu mənimsəyir. Araşdırılma aparılsa, Laçın rayon Təhsil Şöbəsində yüzlərcə belə fakt aşkarlanar.
Ağcabədi rayon Taxtakörpü ərazisində Laçın obalarında yerləşən 30-dan çox məktəblərin cari və əsaslı təmirinə ayrılmış pulu, məktəblərin istilik sisteminə ayrılmış yanacaq pulu və satınalmalar üçün ayrılmış 100000 (yüz min) manatlarla vəsaiti M.Vəliyev Laçın rayon Maliyyə şöbəsi ilə əlbir olaraq saxta sənədlər düzəltməklə mənimsəyiblər.
Təhsil Nazirliyi tərəfindən rayon Təhsil Şöbəsinə verilən dərs vəsaitləri və məktəbli ləvazimatları M. Vəliyevin rəhbərliyi altında satılır. Laçın rayon ümumtəhsil orta məktəblərinin jurnal, tariff-kassa və əmək haqqı cədvəlləri üzləşdirilsə, dövlət büdcəsinin hansı yollarla talan edildiyi aşkar olar. M.Vəliyev dərs saatlarını alver predmentine çevrib. Beləki direktorlara qohum olan müəllimlər rüşvət verərək iki məktəbdə formal olaraq adına 36-48 dərs saatı yazdıraraq dövlət büdcəsini qeyri- qanuni talan edirlər.
M.Vəliyev hər il Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinə boş (vakant) yerləri vermir və müsabiqədə uğur qazanmayan namizədlərə qeyri-qanuni olaraq satır.
Azərbaycan Respublikası Prezidentinin verdiyi sərəncamdan öz şəxsi mənafeyi üçün istifadə etdiyi halda M. Vəliyev hansı tədrisdən danışa bilər? Cənab Prezidentin müvafiq sərəncamına əsasən yaşı 65-dən yuxarı olan müəllimlər zərurət olmadığı halda birmənalı şəkildə işdən azad edilməlidirlər. Lakin M. Vəliyev heç bir zərurət olmadığı təqdirdə həmin ixtisas müəllimlərindən rüşvət alaraq 1 (bir) illik müqavilə ilə müəllim və psixoloq işlədir.
M. Vəliyev saxta diplomları olan şəxslərdən külli-miqdarda rüşvət alaraq çox asan yollarla əvvəlcə məktəblərdə psixoloq vəzifəsinə təyin edir, sonradan qeyri-qanuni olaraq həmin şəxslərə dərs tədris etdirir və hətta bununla kifayətlənməyərək bu şəxsləri direktor, direktor müavini vəzifələrinə təyin edir. M. Vəliyev hər il qeyri-qanuni məktəb direktorlarına 2-3 uşağın adına şəbəkə tutdurub sinif komplektlərini süni surətdə artıraraq satır.
Ağcabədi rayon Taxta körpü ərazisində kənd icra nümayəndəsi işləyən dövlət qulluqçularının adına Bakı şəhəri ərazisində yerləşən LRTŞ-nə məxsus məktəblərində 12 saat dərs yükü yazaraq, əmək haqqı adı altında alınan vəsaiti qarşılıqlı mənimsəyirlər. Məsələn, Laçın rayon 35 saylı tam orta məktəbi buna əyani faktdır.
M. Vəliyev Təhsil Şöbəsində işləyən metodis və məsləhətçilərin adına ayrı- ayrı məktəblərdə 12 saat dərs yükü yazaraq, əmək haqqı adı altında alınan vəsaiti qarşılıqlı mənimsəyirlər.
M. Vəliyev müəllim və pedeqoji işçılərinin əməkhaqqısından tutulmuş pullar hesabına Təhsil Şöbəsinin nəzdində fəaliyyət göstərən Həmkarlar Təşkilatının büdcəsinə yığılmış pulları əlbir olduğu müəllimlərin adına yazdıraraq mənimsəyir.
Malik Vəliyevin təhsil şöbəsində yol verdiyi korrupsiya faktları və məmur özbaşnalığı haqqında Laçın rayon vətəndaşları tərəfindən təhsil naziri Mikayıl Cabbarova ünvanlanan mindən çox şikayət və ərizələri təhsil nazirliyinin daxili nəzarət şöbəsi ört-basdır edib.
Cənab Prezident
İnanıram ki, göstərdiyim faktların araşdırılmasına, Təhsil şöbəsinin korrupsiya girdabından xilas olunmasına və M.Vəliyevin Korrupsiya əməllərinin durdurulmasına dair aidiyati orqanlara lazımı göstərişlər verəcəksiniz.
M.Vəliyevin Təhsil Şöbəsində yol verdiyi ciddi korrupsiya faktları və məmur özbaşınalıqları haqqında Cənab Prezidentə və aidiyyatı dövlət orqanlarına edilən müracətlər baxılması üçün aidiyyatı üzrə Laçın rayon icra hakimyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə göndərilsə də, şöbə müdri Eldəniz Qasımov tərəfindən ört-basdır edilir.E.Qasımov Laçın rayon xeyriyyə fondundan küllü miqdarda dövlət vəsaitini yaxın qohumlarının adına yazaraq mənimsədiyinə görə, LRİH-inin sabiq icra başçısı tərəfindən işdən çıxarılsa da, yenidən həmin vəzifəni tutmağı bacarmışdı.
Cənab Prezidentə və aidiyati Dövlət orqanlarına Malik Vəliyevin Təhsil şöbəsində yol verdiyi korrupsiya faktları haqqinda etdyim müracətləri görə, M.Vəliyev məni və ailə üzvlərimi Laçın rayon Prokuroru və Laçın rayon Məkəməsi ilə hədələyir.\ VİZUAL.az\
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Korrupsiya yuvasına çevrilən təhsil şöbəsi

    Korrupsiya yuvasına çevrilən təhsil şöbəsi ...

    27-04-2016, 17:16

  • 
  • Korrupsiya yuvasına çevrilən Təhsil Şöbəsi

    Korrupsiya yuvasına çevrilən Təhsil Şöbəsi ...

    6-04-2016, 21:27

  • 
  • Laçın təhsilində görünməmiş korrupsiya: şok faktlar

    Laçın təhsilində görünməmiş korrupsiya: şok ...

    12-12-2016, 19:44

  • 
  • Laçın rayon Şeylanlı kənd sakini Xudayarov Baxşeyiş Salyan oğlu tərfindən “Gündəm Xəbər” qəzeti redaksiyasına daxil olan şikayət məktubunu oxucularımıza və aidiyyəti qurumlara təqdim edirik.

    Laçın rayon Şeylanlı kənd sakini Xudayarov ...

    20-04-2016, 23:18

  • 
  • Samir Şərifov Laçın təhsilini yoxladır: hər müəllimdən 10 manat tutulub

    Samir Şərifov Laçın təhsilini yoxladır: hər ...

    28-03-2017, 21:20


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu