GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bir həbsin tarixçəsi: GƏNC QIZIN BAŞINA HANSI MÜSİBƏTİ AÇIBLAR?

Bir həbsin tarixçəsi: GƏNC QIZIN BAŞINA HANSI MÜSİBƏTİ AÇIBLAR?

Tarix: 19-02-2016, 12:36 Bölmə :Ölkə Baxış: 0
Bir həbsin tarixçəsi: GƏNC QIZIN BAŞINA HANSI MÜSİBƏTİ AÇIBLAR?

«Sultan Travel» adlı şirkətlə müstəntiqin birgə «əməliyyatı» günahsız Aysel Kazımovanı həbsxanalıq edib, Mircavad Mirsultanovun vəzifə başında olan qohumlarına güvəndiyi ortaya çıxıb

Azərbaycanda məhkəmə və hüquq sisteminin hansı problemlər içində olduğunu görmək elə də çətin deyil. Hər gün məhkəmələrdə onlarla insanın qanuni hüquqlarının tapdandığı, günahsız yerə həbs edildiyi və ya heç bir əsas olmadan cəzalandırıldığı da sirr sayılmır. Elə bu səbəbdəndir ki, son illər ən çox şikayət edilən məsələlər sırasında da hakimlərin çıxardığı qeyri-qanuni hökmlər və qərarlardır.

İKİ İL SONRA AYLIMIŞ MÜDİR

Məlumatlara görə, istintaq orqanlarında da durum faciəvi şəkildədir. Müstəntiqlərin apardıqları cinayət işlərindəki qüsurlar isə o qədər ciddidir ki, hətta hüquqi savadı olmayanlar belə bunu açıqca sezə bilirlər.

Söhbət açacağımız mövzu isə gənc bir qızın haqsızlığa düçar olması və günahsız yerə həbs edilməsindən bəhs edir. Məsələ belədir ki, 27 yaşlı Aysel Kazımova «Sultan Travel» adlı turizm şirkətində işə düzəlir. Onun vəzifəsi sadəcə, avia biletlərin satışından ibarət olub.

Bu illər ərzində işlər yaxşı gedib. Lakin 2014-cü ildə «Sultan Travel»in rəhbəri Mircavad Mirsultanov Aysel Kazımovadan şikayətçi düşür və polisə müraciət edir. Şikayətinin məğzində dayanan məqam isə ondan ibarət olur ki, guya, Aysel Kazımova 2013-2014-cü ildə müştərilərə avia biletlər sataraq, onların pullarını mənimsəyib. Məbləğ isə 2013-cü il üçün 10 min manat, 2014-cü il üçün isə 11 min manat olub. Və iki il ərzində Mirsultanov qətiyyən səsini çıxarmır və iki il sonra polisə üz tutur. Elə ilk şübhə də buradan başlayır.

Əlimizdə olan istintaq materiallarından aydın görünür ki, Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Ceyhun Rəhimovun apardığı iş bərbad haldadır və ümumiyyətlə, məsələ yalnız şahidləri dindirib, onların ifadələrini almaqdan ibarət olub. Əslində isə müstəntiq həmin ifadələri aldıqdan sonra onların həqiqiliyini yoxlaya da bilərdi. Amma…

Qeyd edək ki, Aysel Kazımovadan ilk dəfə şikayət Yasamal rayon Polis İdarəsinə edilib. Lakin orada aydınlaşıb ki, sözügedən şəxs Yasamal rayonunda yaşamır və bu səbəbdən də işi Nəsimi rayon Polis İdarəsinə ünvanlayırlar. Bundan sonra isə ötür-ötür oyunu başlayıb. Əldə olunan faktlara əsasən, Aysel Kazımovadan edilən şikayətlə əlaqədar aparılan istintaq düz 16 dəfə açılıb və bağlanıb. Sonda Nəsimi polisinin müstəntiqi Ceyhun Rəhimov Aysel Kazımova ilə bağlı apardığı «istintaqı» yekunlaşdıraraq, onu CPM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilərək, işi Nəsimi rayon Məhkəməsinə göndərib. Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahov da müstəntiqin yazdığı ittiham aktını «bəyənərək», Aysel Kazımovanı 1 ay 6 gün müddətinə azadlıqdan məhrum edir. Xanım Kazımova hazırda da həbsdədir və barəsində çıxarılmış hökmlə bağlı apelyasiya şikayəti verilib. Faktiki olaraq məhkəmə prosesi gedir.

İndi isə istintaqa verilən ifadələrin bir çoxunda yol verilmiş ciddi qüsurlara və yalan ifadələrə diqqət yetirək. Eyni zamanda, Aysel Kazımovadan şikayətçi olan Mircavad Mirsultanovun yaxın qohumları, etdiyi təzyiqlər və bir sıra hərəkətlərindən də bəhs edəcəyik.

BİRİNCİ YALAN

Aparılan araşdırmalarda məlum olub ki, iş üzrə istintaqa ifadə vermiş Şəhla Bababəyli bildirib ki, o, Aysel Kazımova ilə «Sultan Travel»də görüşüb və ailə üzvləri ilə Barselonaya istirahətə getmək istədiyini bildirib. 11 nəfərlik bir qrupla İspaniyaya getmək üçün onlardan 5060 manat pul istənildiyini və bunun yarısı veriləcəyi təqdirdə həmin ölkəyə gediş üçün bilet bron etməyin mümkünlüyü çatdırılıb. Şəhla Bababəyli də həmin pulun yarısını verdiklərini, lakin Barselonaya gedə bilmədiklərini vurğulayıb. Amma istintaqa verdiyi ifadəsində şikayətçi onu da qeyd edib ki, otel və qalmaqla bağlı məsələlərə «Sultan Travel»in Zərqələm adlı işçisi baxdığından onunla məsləhətləşiblər. Aysel Kazımova isə yalnız aviabilet sifarişləri edib.

Amma Şəhla Bababəyli məhkəmədə etiraf edib ki, o, Aysel Kazımovayla ümumiyyətlə, görüşməyib. Yalnız telefonla danışaraq, ondan məsləhətlər alıb. Üstəlik, ona hər hansı bir məbləğdə pul verməyib.

İKİNCİ YALAN

İstintaqın araşdırmadığı və nəticədə yalan olduğu ortaya çıxan ikinci məqam isə Nərmin Hümbətovanın verdiyi ifadədən bəlli olub. Qeyd edək ki, Hümbətova Şəhla Bababəyli ilə birlikdə Barselonaya getmək istəyib. Bunun üçün 1380 manat pul ödədiyini istintaqa bildirib. Amma sonradan məlum olub ki, Nərmin Hümbətova Aysel Kazımovaya bilet sifariş etsə də, sonradan ödədiyi pullarını geri alıb.

ÜÇÜNCÜ YALAN

Araşdırma zamanı məlum olub ki, Aysel Kazımovaya qarşı ifadə verənlərdən biri də Aygün Əliyeva olub. Aygün Əliyeva verdiyi ifadəsində bildirib ki, o, anası ilə birlikdə Barselonya getmək istəyib və bu məqsədlə «Sultan Travel» turizm şirkətiylə anlaşıb. Lakin bizim araşdırmalarımızdan məlum olub ki, Aygün Əliyeva ümumiyyətlə, Barselonaya istirahət üçün getməyib. Əksinə, o, 04.07.2014-07.07.2014-cü il tarixlərində anası ilə deyil, Natiq adlı bir oğlanla birlikdə Türkiyənin Bələk şəhərində yerləşən məşhur otellərdən birində qalıblar. Hətta məhkəmədə şahid qismində xanım Əliyevanın anası dəvət olunsa da, Aygün bununla razılaşmayıb. Və işin üstü açılacaq deyə ifadəsindən imtina etməyə başlayıb.

DÖRDÜNÇÜ YALAN

İşin unikal tərəflərindən biri isə belədir: Firuzə Əsgərova adlı qadın Aysel Kazımovadan Sankt-Peterburqa uçmaq üçün bilet alıb. Həmin qadın Rusiyanın sözügedən şəhərinə uçduqdan sonra orada Hava Limanında polis tərəfindən saxlanılıb və Rusiya Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən deportasiya olunub.

İstintaqa verdiyi ifadəsində Füruzə Əsgərova bunu belə əsaslandırıb ki, guya, onun adına yazılmış bilet doğru olmadığından deportasiya olunub. Müstəntiq isə ümumiyyətlə, məsələni araşdırmayıb. Axı, necə ola bilər ki, vətəndaş bilet alsın, Bakıdan uçsun, lakin başqa ölkədə bilet səbəbindən deportasiya olunsun? Həqiqətən də bilet onun adına yazılmasaydı və ya yanlışlıq olsaydı, onun Bakıdan təyyarə ilə uçmasına ümumiyyətlə, icazə verməzdilər.

BEŞİNCİ YALAN

Daha bir yalan isə dünən keçirilən məhkəmədə üzə çıxıb. Belə ki, məhkəməyə şahid qismində dəvət olunmuş kuryer verdiyi ifadəsində hamını çaş-baş vəziyyətə salıb. Çünki onun dəvət olunmasının səbəbi guya, Aysel Kazımovaya hansısa bir müştərinin pulunu gətirməsiylə bağlı olub. Lakin həmin yaşlı kuryer məhkəmədə bildirib ki, o həqiqətən də müştərilərdən birinin pulunu alaraq, «Sultan Travel»ə gətirib. Amma həmin şəxsin Aysel Kazımova olduğunu təsdiqləməyib. Hətta həbs edilmiş qıza baxaraq, onu ümumiyyətlə, tanımadığını bildirib.

ALTINCI YALAN

Qeyd edək ki, işin içində o qədər yalan var ki, saymaqla qurtarmaq bilmir. Onlardan daha biri isə 6 şikayətçidən 3-nün pulunun geri ödənilməsi, digər üçünün isə istədikləri ölkəyə gedib-gəlmələri ilə bağlıdır. Belə ki, «Sultan Travel»dən bilet almış müştərilərdən 3-ü istədikləri ölkəyə səfər edib, geri döndüklərini təsdiqləyiblər. Digər 3 müştəri isə pullarını geri almaqla, məsələni bağlayıblar.

Müstəntiqin hazırladığı ittiham aktından isə belə məlum olur ki, o, ümumiyyətlə, prosesə diqqət etməyib. Hətta belə bir təsəvvür yaranır ki, adları şahid qismində ittiham aktında keçənlərin heç biri dindirilməyib və ifadələr də onların adından yazılıb.

YEDDİNCİ YALAN

İşdəki növbəti yalan Aysel Kazımovanın əmək haqqısından hər ay tutulmuş 25 manatın DSMF-yə ödənilməsi və əmək müqaviləsinin tərəflər arasında bağlanmasıyla bağlıdır.

Əldə olan məlumatlara görə, ümumiyyətlə, «Sultan Travel»lə Aysel Kazımova arasında heç bir əmək müqaviləsi bağlanmayıb. Onun əmək haqqısından hər ay tutulmuş 25 manatın DSMF-yə ödənilməsi məsələsi də yalan çıxıb. Və o da məlum olub ki, «Sultan Travel» turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyaya malik olmayıb və nazirlik bu şirkəti hətta 25 min manat cərimə edib.

MƏHKƏMƏ MURADI NİYƏ TAPA BİLMİR?

Bildirək ki, istintaqda adı keçənlərdən biri isə «Sultan Travel»in əməkdaşı Murad Əlihüseynovdur. Bu şəxs istintaqa verdiyi ifadəsində qeyd edib ki, 2011-ci ildən Aysel Kazımovanı tanıyıb. Lakin 2014-cü ilin martında aralarında şəxsi zəmində yaranmış problemlər üzündən münasibətləri korlanıb. Sonra isə işdən çıxıb.

Murad Əlihüseynovdan edilən şikayətlərə rəğmən, o, yalnız istintaqa ifadə vermək üçün çağırılıb. Ondan sonra isə bu şəxsi tapmaq mümkün olmayıb. Elə bu günə kimi məhkəmə onu taparaq, ifadə vermək üçün prosesə gətirdə bilmir.

Maraqlıdır ki, sözügedən şəxslə bağlı gələn xəbərlərdə onun haqqında heç də xoşagələn sözlər işlədilmir. Bəzi iddialara görə, Murad Əlihüseynov əvvəllər də dələduzluqla məşğul olmuş, dəfələrlə polis tərəfindən saxlanılmışdır.

MİRCAVADIN 18 MİN MANAT DƏRDİ

Qaldırılan iddiada bir xeyli məqam daha var. Həmin maraqlı məqamlardan biri budur ki, Mircavad Mirsultanov etdiyi şikayətində Aysel Kazımovanın ona və şirkətinə zərər vurduğunu qeyd edib. Başqalarına dəyən «zərər» qismində 16 min manat göstərilsə də, Mircavad Mirsultanov şəxsən özünə 18 min manat ziyanın dəydiyini vurğulayıb. Amma bu 18 min manatın haradan çıxdığı, necə yarandığı barədə heç bir əsas yoxdur.

TƏHDİD

İşin sifarişli olduğu və Aysel Kazımovanın «qurbanlıq» seçildiyi elə Mirsultanovların davranışlarından da aydın şəkildə sezilir. “Gündəm Xəbər” bildirir ki, JAM.AZ-ın araşdırmaları zamanı məlum olub ki, Mircavad Mirsultanovun anası, hazırda «Sultan Travel» şirkətinin direktoru olaraq çıxış edən Güldanə Mirsultanova mütəmadi olaraq Kazımovanın valideynlərinə zəng edərək, onlardan pulların ödənilməsini tələb edir.

Bu azmış kimi, onları təhdid etməkdən çəkinmir. Telefonla zəng vuraraq, SMS göndərərək təcili olaraq pulların ödənilməsini istəyən Güldanə Mirsultanova, əks təqdirdə, onlardan yuxarı dairələrə şikayət edəcəyi, qızının həbsdən çıxa bilməyəcəyiylə təhid edib.

Maraqlıdır ki, bu təhdid təkcə Kazımovlar ailəsinə deyil, eləcə də Aysedl Kazımovanın vəkilinə də qarşı edilib. Belə ki, Səbayel rayon Polis İdarəsində baş müstəntiq işləyən Vüqar Nəsirov (Mircavad Mirsultanovun xalası oğlu-red.) Aysel Kazımovanın ilk vəkili Mehman Əliyevi hədələyərək, ondan müdafiədən çəkilməsini tələb edib.

MİRSULTANOVLAR KİMLƏRƏ ARXAYINDIRLAR?

İşin sifarişi olduğunu təsdiqləyən bir başqa məqam isə ondan ibarətdir ki, Mirsultanovlar sözün həqiqi mənasında kimlərəsə ciddi şəkildə güvənirlər. Bu güvəncin əsas səbəbkarları sırasında vəzifə başında dayanan qohumların olduğu isə artıq sirr deyil.

Daxil olan məlumatlara görə, Mircavad Mirsultanov hal hazırda Şirvan Polis İdarəsinin əməkdaşıdır. Qanunla polis əməkdaşının bizneslə məşğul olması qadağan edilsə də, bunun Mircavad üçün keçərli olmadığı məlum olur.

Onun bir qardaşı isə hazırda XİN-də aparıcı postlardan birində əyləşib. Onun təsir imkanlarının az olmadığı deyilir.

Xalası oğlu Vüqar Nəsirov isə hal hazırda Səbayel rayon Polis İdarəsində baş müstəntiq vəzifəsində çalışır.

Bundan başqa, Mircavad Mirsultanovun digər yaxın qohumlarının da vəzifə başında olduğunu vurğulanır. Bununla bağlı araşdırmamız davam edir.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Məhkəmə istintaqı jurnalistin günahsız olduğunu isbat edir, amma...

    Məhkəmə istintaqı jurnalistin günahsız olduğunu ...

    5-04-2016, 14:53

  • 
  • Ərdoğan: “Biz Qərb kimi günahsız insanları öldürmürük”

    Ərdoğan: “Biz Qərb kimi günahsız insanları ...

    15-03-2018, 21:14

  • 
  • Xalq artistinin keçmişində Rəsul Quliyev izi

    Xalq artistinin keçmişində Rəsul Quliyev izi ...

    20-12-2012, 13:28

  • 
  • Xalq artistinin keçmişində Rəsul Quliyev izi

    Xalq artistinin keçmişində Rəsul Quliyev izi ...

    20-12-2012, 13:27

  • 
  • Xalq artistinin keçmişində Rəsul Quliyev izi

    Xalq artistinin keçmişində Rəsul Quliyev izi ...

    20-12-2012, 12:29


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (38)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu