GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Heydər Babayevin imperiyası - Çöküş başladı: II YAZI

Heydər Babayevin imperiyası - Çöküş başladı: II YAZI

Tarix: 19-02-2016, 14:13 Bölmə :Ölkə Baxış: 0
Heydər Babayevin imperiyası - Çöküş başladı: II YAZI

Ötən gün təqdim etdiyimiz "Babayevlər imperiyası" silsiləsindən birinci yazıdan sonra Babayevlərin daha bir qaranlıq işi ilə bağlı mediada xəbər yayıldı.

Məlum oldu ki, Heydər Babayevin illərdir ələ keçirdiyi "Çudo Peçka" mağazalar şəbəkəsi məhkəmə qərarı ilə keçmiş sahibinə qaytarılıb. Bu barədə obyektin əvvəlki sahibi Çingiz Cəlilovun oğlu Anar Cəlilov açıqlama yaymışdı.

Məlumat üçün bildirək ki, "Çudo Peçka" Babayevlər ailəsinə məxsus "Bank Standard" üzərindən qurulan oyun nəticəsində Çingiz Cəlilovun əlindən alınmışdı. Əvvəlcə bankdan Cəlilovalara kredit verilmiş, daha sonra isə mağazalar şəbəkəsi təzyiq nəticəsində mənimsənilmişdi. Nəticədə "Çudo peçka"ya nəzarət Babayevlərə yaxın olan və mediada adı bir sıra qalmaqallarda hallanan "Bakery Operating Company" MMC-nin və onun direktoru Azad Abdullayevin əlinə keçmişdi. Bu həmin adamdır ki, bir neçə gün əvvəl oğlu Rüfət Abdullayevin "Maserati"si Bakıda yanaraq kül olmuşdu.

Həm "Çudo Peçka" üzərində illərdir davam edən, heç bir nəticə verməyən məhkəmə çəkişməsinin məhz indi müsbət sonluqla nəticələnməsi maraqlı suallar yaradır. Bu obyektin ələ keçirilmə metodu bizə artıq mətbuatdan tanış olan "Akif Çovdarov metodu"nu xatırladır. Məhz bu cinayətkar dəstənin ifşa edilərək, həbsə atılmasından sonra "Çudo Peçka"nın həqiqi sahibinə geri qaytarılması haqlı olaraq şübhələrə yer açır. Bununla eyni anda Abdullayevin oğlunun "Maserati"sinin yanmış ( bəlkə yandırılmış?) halda tapılması, bir həftə sonra Abdullayevin şirkətində hüquq mühafizə orqanlarının araşdırmalara başlaması, hətta həbs olunması haqqında məlumatların mediada tirajlanması Babayevlərin ətrafında çəmbərin artıq daraldığını göstərir. Medianın yazdığına görə, ötən gecə "Bakery Operating Company" dünən şirkətinin 7-ci mikrorayon ərazisində yerləşən baş ofisində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları əməliyyat keçirib. Maskalı əməliyyatçılar ofisə daxil olaraq şirkətin icraçı direktoru Azad Abdullayevi qandallayıb. Məlumatda deyilir ki, onun həbsi gömrük nəzarətindən keçməyən 7000 ədəd "İphone" telefonunun ölkəyə gətirməsi ilə bağlıdır.

Bu məlumat Qaynar.info-ya daxil olan informasiyalarla üst-üstə düşür. Babayevlərin bu şirkətinin adı Dubaydan mobil telefonların və bir çox başqa məhsulların ölkəyə qanunsuz idxalında hallanır. Bu da təsadüfi deyil. Babayevlərin ən böyük işləri və hətta şəxsi həyatları da haradasa Dubayla bağlıdır. Bu barədə az sonra bəhs edəcəyik.

Yeri gəlmişkən, Babayev qardaşlarının adı bir vaxtlar bütün ölkəyə səs salan, hazırda ömürlük həbsdə olan qanqster Hacı Məmmdov işində də az hallanmamışdı. Belə ki, məhkəmədə Hacı Məmmədovun bir ara Heydər Babayevin atası Aydın Babayevi də oğurlamaq istədiyi, amma nədənsə bundan vaz keçdiyi versiyası səslənmişdi. Bundan başqa adı məhkəmədə ən çox keçən şəxslərdən biri olan Bakı Baş Polis İdarəsinin keçmiş rəis müavini Cavadağa Sultanov Heydər Babayevin qardaşı Yaşar Babayevin qudasıdır. Bu həmin Cavadağa Sultanovdur, məhkəmənin ilk dövrlərində Hacı Məmmədov israrla onun məhkəməyə gətirilməsini tələb edirdi: "Cavadağa Sultanovu məhkəməyə gətirin, mən hər şeyi açıb danışacağam".

H.Məmmədov öz məhkəməsində C.Sultanovun onun bütün cinayətlərindən xəbərdər olduğunu açıqlasa da, daha sonra şahid qismində məhkəməyə gətirilən Sultanov qeyri-səmimi ifadə verməsi ilə təqsirləndirilənlərin qəzəbinə tuş gəlib. O, məhkəmə ifadəsində bildirib ki, H.Məmmədovun qətlə yetirdiyi kriminalist Rövşən Əliyev bir neçə səs-küylü adam oğurluqlarından sonra onunla görüşündə bu işlərin arxasında dayanan polisləri tutacağını deyib: “Soruşdum ki, onlar kimdir, dedi ki, generallar”.

Şahid bildirib ki, Rövşən Əliyevin qətlə yetirilməsindən sonra ona inanıb. Hacı Məmmədov isə şahidi yalan danışmaqda ittiham edib. Niyə bu haqda hüquq-mühafizə orqanlarına məlumat vermədiyini soruşub.

C.Sultanovun adı Cahangir Hacıyevin həyat yoldaşının oğurlanması işində də çəkilib. O, hətta H.Məmmədovun məhkəməsində Zakir Nəsirovla bağlı ittihamlar səsləndirib, baş verən cinayətlərdən onun xəbərdar olduğunu bildirib.

H.Məmmədov isə C.Sultanovun çoxsaylı cinayətlərinin olduğunu söyləyib: “Bu məhkəmə prosesində baxılan işlər mənim törətdiyim cinayətlərin 30 faizi, burada oturan adamlar isə istifadə etdiklərimin yarıdan çoxu ola bilər. Dövlət ittihamçıları mənə üst-üstə 293 il iş istədi, ancaq qarşıda olan digər məhkəmələrdə də bu qədər cəza olacaq. Çünki paralel gedən istintaqda digər cinayətlərim və Cavadağa Sultanov haqda məlumat vermişəm. Əgər nə vaxtsa Cavadağanın məhkəməsi olsa, o bundan da səs-küylü olacaq. Mən imkanlı adamların pulunu almışam, ancaq Cavadağanın soyduğu adamlar ya qəbiristanlıqdadır, ya da kirayə qalır".

Qeyd edək ki, C.Sultanov Daxili İşlər nazirinin 23 mart 2005-ci il tarixli əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib. Bundan sonra isə milyonçuların cənnəti hesab olunan Dubaya üz tutub.

Dubay həm də Babayevlərin də sevdiyi cənnətdir. Burada Babayev qardaşlarının çoxsaylı villa və obyektləri, Cavadağa Sultanov və məxsus olduğu dəstə ilə ortaq işləri var. Yaşar Babayevin oğlu Niyaz isə Dubaydakı həyat tərzi artı sosial şəbəkələrin ən geniş müzakirə olunan mövzularından biridir.

Cavadağa Sultanovun Dubaydakı cinayətkar fəaliyyəti də bir neçə dəfə mətbuatın gündəminə gəlib. Belə ki, o, Dubayda biznes sövdələşmələri zamanı 7 milyon dollar öhdəliyini yerinə yetirmədiyinə, saxta çeklərdən istifadə etdiyinə görə BƏƏ polisi tərəfindən iki dəfə saxlanılıb. Sonuncu dəfə 12 gün həbsdə qalıb. Lakin sonradan ölkəmizin həmin vaxt Birləşmiş Ərəb Əmirliklərindəki səfiri olmuş Elxan Qəhrəmanovun müdaxiləsindən, külli miqdarda maddi girov quyulduqdan sonra azadlığa buraxılıb. Yeri gəlmişkən, E.Qəhrəmanov ötən ilin 25 noyabrında prezident İlham Əliyev tərəfindən geri çağırılıb və bu ilin 27 yanvarında Küveytə səfir təyin edilib.

E.Qəhrəmanovun S.Sultanovu azad etdirməsi ilə bağlı da ilginc iddialar var. Deyilənə görə, o, bunun müqabilində keçmiş polisdən 1 milyon dollar alıb. İddiaya görə, E.Qəhrəmanov ötən ilin noyabrında geri çağırılandan sonra C.Sultanov tərəfindən şantaj olunur. Belə ki, o, səfirə zəng edərək onu diplomat karyerasına son qoyacağı ilə hədələyir. Əlbəttə keçmiş səfir bu məsələni soyuqqanlı qarşılasa da, özünə yer tapa bilmir. C.Sultanovun da bundan xəbəri olduğundan o keçmiş səfirdən əl çəkmir və hər dəfə problemləri yarananda E.Qəhrəmanovun himayəsinə sığınır.

C.Sultanov işdən çıxarıldıqdan sonra axtarışda olsa da, bu günə qədər ölkəyə gətirilməyib. Bunun səbəbi isə bəlli deyil. Amma onun Babayevlər tərəfindən himayə edildiyi, qorunduğunu təxmin etmək üçün xüsusi istedada sahib olmaq lazım deyil. /qaynar.info

ARDI VAR

Heydər Babayevin imperiyası - Çöküş başladı: II YAZI
Heydər Babayevin imperiyası - Çöküş başladı: II YAZI
Heydər Babayevin imperiyası - Çöküş başladı: II YAZI
Heydər Babayevin imperiyası - Çöküş başladı: II YAZI
Heydər Babayevin imperiyası - Çöküş başladı: II YAZI
Heydər Babayevin imperiyası - Çöküş başladı: II YAZI
Heydər Babayevin imperiyası - Çöküş başladı: II YAZI
Heydər Babayevin imperiyası - Çöküş başladı: II YAZI
Heydər Babayevin imperiyası - Çöküş başladı: II YAZI
Heydər Babayevin imperiyası - Çöküş başladı: II YAZI
Heydər Babayevin imperiyası - Çöküş başladı: II YAZI
Heydər Babayevin imperiyası - Çöküş başladı: II YAZI
Heydər Babayevin imperiyası - Çöküş başladı: II YAZI
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Çudo Peçka”nın əti haradan aldığı bilinmir

    “Çudo Peçka”nın əti haradan aldığı bilinmir ...

    26-06-2013, 01:01

  • 
  • "Çudo Peçka"nın sahibi 12 il müddətinə azadlıqdan məhrum edilib

    "Çudo Peçka"nın sahibi 12 il müddətinə ...

    9-08-2018, 19:33

  • 
  • “Çudo Peçka”nın daha 2 mağazası bağlandı - İşçilər məhkəməyə müraciət edəcəklər

    “Çudo Peçka”nın daha 2 mağazası bağlandı - ...

    19-02-2017, 23:52

  • 
  • Cəlilovun mülkləri müsadirə edildi, Röyaya verdiyi villa da...

    Cəlilovun mülkləri müsadirə edildi, Röyaya ...

    26-07-2017, 15:03

  • 
  • Məşhur iş adamının oğlunu döydülər – Bakıda gecə klubunda dava, həbslər var

    Məşhur iş adamının oğlunu döydülər – Bakıda gecə ...

    15-07-2016, 00:30


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (38)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu