Fevralın 19-da Azərbaycan müxalifətinin fəalları Türkiyənin Bakıdakı səfirliyinin qarşısına gələrək terror qurbanlarının xatirəsini anıblar. İnsanlar səfirliyin qarşısına qərənfillər düzüb və terror pisləyən bəyanatlarını təqdim ediblər.
Bəyanatda yazılır: «Biz PKK-ya, PJK-ya və PJD-yə qarşı mübarizədə Türkiyə ilə eyni cəbhədəyik».
Anım mərasimində AXCP, «REAL» Hərəkatı və bir sıra təşkilatların fəalları iştirak edib.
Fevralın 17-də Türkiyənin paytaxtı Ankarada terror hadisəsi törədilib. Bu hadisə nəticəsində 28 nəfər həyatını itirib. 60-dan çox adam yaralanıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?