GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Gəncə məmurları ittiham olundu

Gəncə məmurları ittiham olundu

Tarix: 22-02-2016, 13:14 Bölmə :Ölkə Baxış: 0
Gəncə məmurları ittiham olundu

Məhəmməd Gəncəvi: “Mən həmin şəxslərə bildirirəm ki, istədiyiniz qədər yalan danışın, böhtan atın. Ancaq unutmayın ki, tərcümeyi-halı təmiz olan hər kəsə atılan ləkə, dərhal bumeranq effekti də verəcək”
Gəncə şəhər sakini Məhəmməd Gəncəvi “Gündəm Xəbər” qəzetinin çoxsaylı oxucularından biridir. O, bildirir ki, “bu günədək üzləşdiyim haqsızlıqlarla bağlı ayrı-ayrı dövlət qurumlarına yüzlərlə şikayət ərizələri ünvanlamışam, teleqramlar vurmuşam, amma haqqımın bərpasına heç cür nail ola bilməmişəm. Çünki, məni olmazın müsibətlərlə üz-üzə qoyanların tam əksəriyyəti, yüksək çinli vəzifə sahibi olanlar olduğundan, onlar məni hətta həbs də etdirə biliblər. Amma, daxili qürurum, əyiləməz iradəm, məni bu gündə mübarizə aparmağa sövq edir. Çünki, nəslim-əcabətim Gəncəli olub və bu gün də mən nəslimin ad-sanını yaşadanlardanam”. Sözsüz ki, bütün bunlar ahıl yaş həddinə çatan, amma bugünkü iradəsi ilə heç də gənclərdən geri qamlmayan Məhəmməd Gəncəvinin açıqlamalarıdır. Odur ki, onun bir daha redaksiyamızın elektron poçtuna göndərdiyi və üzləşdiyi problemlərin həllinə kömək məqsədilə ölkə rəhbəri cənab İlham Əliyevə ünvanladığı müraciəti, çoxsaylı oxucularımızın da diqqətinə çatdırırıq.
Möhtərəm prezident! Mənim Sizdən xahişim oudur ki, ünvanınıza yazmış olduğum şikayət ərizəsini səlahiyyət verdiyiniz şəxsə, yəni Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab E.Vəliyevə göndərilməsinə imkan verməyin. Ona görə ki, o, Sizi eşitmir, Sizə xəyanət edir və məni də, dələduzluqla məşğul olan cinayətkarların ayaqlarına verir. Əgər bu belə olmasaydı, o halda cinayətkarlar hələ də azadlıqda gəzməzdilər. Mən bundan əvvəlki açıqlamamda da bildirmişdim ki, 2005-ci ildə, Gəncə şəhərində bəzi qüvvələrin dövlət çevrilişinə cəhd etdikləri zaman, başıma gətirilməyən müsibətlər qalmadı. Başda Dövlət Təhlükəsizliyi Xidmətinin bugünkü rəisi M.Quliyev olmaqla, Gəncə şəhər Polis İdarəsinin sabiq rəisi, mərhum R.Musayev (Allah-Təala ona rəhmət eləsin), şəhərin sabiq prokuroru A. Vəliyev (hal-hazırda Baş Prokurorluqda vəzifə daşıyır), Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı E. Əzizov (o, hal-hazırda Səbail rayon İcra Hakimiyyətinin başçısıdır), Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi, professor, “əməkdar həkim” adlarını daşıyan Ə. Məmmədov, 2 saylı Poliklinikanın baş həkimi, "əməkdar həkim" İ.Babayev, təhqiqat şöbəsinin rəisi F.Ağayev və.s kimiləri, görəsən hansı fəaliyyətlərinə görə general rütbələri, əməkdar həkim fəxri adları və.s kimi titullara sahib görülüblər?
Mən cəzaçəkmə müəssisəsində olarkən bu çox cənayətlərə görə də səsimi ucaltdım və heç bir əsas olmadan da, cəzamın 2 il 9 ayını Qobustan Ciddi Rejimli Həbsxanada da çəkdim. Həbsxanada mərhum prezidentimiz Heydər Əliyevin və ölkə rəhbərimiz cənab İlham Əliyevin plakat-şəkillərini qanım hesabına qorudum. 2008-ci ildə 16 saylı həbsxanada dustaqlardan yalnız mən, İTV kanalında ölkə rəhbərimizin ünvanına xoş sözlər deyə bildim. O vaxt Qobustan həbsxanasına göndərilməyimə səbəb, Pentensiar Xidmətdə işləyən Elçin müəllimin vermiş olduğu göstəriş oldu. (O, hal-hazırda 16 saylı cəzaçəkmə müəssisəsində rəis müavinidir). Bakı şəhər Apelliyasiya Məhkəməsində üstümdən 2 il 6 ay iş götürülsə də, o, mənimlə qəddarcasına davrandı və məndən heyf çıxmaq üçün, məni 14 saylı cəzaçəkmə müəssisəsinə də göndərdi.
Onu da qeyd edim ki, 1995-ci ildə cənab Mədət Quliyev Gəncə şəhər Polis İdarəsində idarə rəisi idi. Həmin vaxt sabiq Daxili İşlər Naziri İ.Həmidovun yaxını olan Zaur adlı şəxs, yoldaşımla mübahisə edərkən demişdi: "ay Ema xala, onsuz da hökumət yoxdur, mən heç kimdən qorxmuram. Dayım N.Əfəndiyevdir". Həmin vaxt yoldaşım onun danışdıqlarına dözmür və Zaurun sifətinə bir sillə də vurur. Mən də əlimdəki armaturla Zauru döyə-döyə şöbəyə apararkən o, trolleybusdan düşüb qaçdı. Həmin vaxt Mədət Quliyev baş verən olay barədə məlumatlı olsa da, nədənsə Zaurla bağlı heç bir tədbir görmədi. Mən isə, heç bir əsas olmadan Gəncə təcridxanasına salındım. İstədilər ki, həyat yoldaşımı da həbs etsinlər, o vaxt Milli Məclisdə İnsan Haqları Komissiyasının sədri olan və mərhum prezidentimiz Heydər Əliyevə rəğbət bəsləyən Aslan Abbasov, bizim həbs olunmağımızın qarşısını ala bildi. Əfsuslar olsun ki, belə bir millət vəkilini kimlərə görəsə işindən də azad etdilər. Mən mətbuat vasitəsilə Aslan müəllimə salamımı yetirirəm, ona uzun ömür və can sağlığı da arzulayıram. Bu gün mən cənab Mədət Quliyevə sual verirəmki, “o vaxt Milli Qəhrəman fəxri adı sizə düşürdü, yoxsa həyat yoldaşıma?”
Mən dəfələrlə mərhum prezidentimiz Heydər Əliyevin, ölkə rəhbəri cənab İlham Əliyevin və daxili işlər naziri Ramil Usubovun şəkillərini təhqir edənlər haqda, türk dünyasının lideri Mustafa Kamal Atatürkün və hökumətimizin ünvanına təhqiramiz ifadələr işlədənlər barədə Prezident Aparatına, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə və Milli Təhlükəsizlik Nazirliyinə şikayət ərizələri yazmışam. MTN-dən mənə bildirirlər ki, “sənin şikayət ərizənə mütləq baxılacaq”. Altı ay bundan əvvəl isə, nazirlikdən mənə bildirdilər ki, “biz elə işlərlə məşğul olmuruq”. Görəsən Milli Təhlükəsizlik Nazirliyi hansı işlərlə məşğul olur? Mən cinayətkarlar barəsində və Milli Təhlükəsizlik Nazirliyindən verilən cavablarla əlaqədar baş prokurorun I müavini cənab Rüstəm Usubova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Mədət Quliyevə şikayət ərizələri ünvanlasam da, onlar heç bir tədbir görmədilər. Ona görə ki, cinayətkar F.Abdullayeva mərhum prezidentimiz Heydər Əliyevin sırf düşməni olmuş F.Məmmədovun, (Frenk Elkaponi) Gəncə şəhər Polis İdarəsinin sabiq rəisi N.Əfəndiyevin, sabiq şəhər prokuroru A. Vəliyevin və Gəncə şəhər icra hakimiyyətinin sabiq başçısı E.Əzizovun adamıdır. V.Hümbətovun əmisi isə, Gəncə şəhər Dövlət Təhlükəsizliyi Şöbəsinin rəisi olub. Sabiq Milli Təhlükəsizlik naziri E. Mahmudovun da dostudur.
M.Quliyev Pentensiar Xidmətin rəisi olarkən demişdi: "Prezdient İlham Əliyev mənə etimad göstərib, mən də bu etimadı doğrultmağa çalışacağam”. Artıq şəhərin prokuroru F.Həsənəliyev, şəhər prokurorluğunu təmsil edə bilmir. Qanunu pozanlar, mənəviyyatını itirənlər, dələduzlar həmişə ifşa olunublar, bundan sonra da olacaqlar. Mən mətbuat vasitəsilə üzümü dələduzluqla məşğul olan V.Hümbətova tutaraq deyirəm ki, “şər atan kim olar?” Deyirəm kişinin gərək ləyaqəti, dəyanəti olsun. Əsas da "üzdəniraq" olmasın. Deyirəm ki, mənə, mərhum prezidentimiz Heydər Əliyevin, ölkə rəhbərimiz cənab İlham Əliyevin plakat-şəkillərinə şər və böhtan atan, məsxərəyə qoyan dələduzun arvadı fahişə, özü isə "üzdəniraq" olur. Cinayətkarları da müdafiə edən hüquq-mühafizə orqan əməkdalarına ayıb olsun deyirəm. Allah-Təala Gəncə şəhər İcra Hakimiyyətinin başçısı, prezidentimizin səlahiyyətli nümayəndəsi E.Vəliyev cənablarına bir az insaf versin ki, bəlkə ona arxa-dayaq olan Bəylər müəllimə bir az hörmət qoya bildi.
Son hadisələr bir daha sübut edir ki, “zəhmli fərman”ların vaxtı-vədəsə çoxdan çatıb. Bu hadisələrdə əli olan insanlar elə cəza almalıdırlar ki, gərək yeddi nəslə örnək olsun. Mən ölkə Prezidentinin bu məsələni nəzarətinə götürəcəyinə inanıram. Mən o hala da inanıram ki, Gəncə şəhər hüquq-mühafizə orqan rəhbərləri mənə heç bir halda zərbə vura bilməyəcəklər. Əslində ən böyük zərbəni, elə onlar özlərinə vururlar. Mən həmin şəxslərə bildirirəm ki, “istədiyiniz qədər yalan danışın, böhtan atın. Ancaq unutmayın ki, tərcümeyi-halı təmiz olan hər kəsə atılan ləkə, dərhal bumeranq effekti verəcək. Üzünüzə sıçrayan ləkəni silməyə cəhd etməyin, çünki su bütün ləkələri yumağa heç də qadir deyil. Ardı var...

Məhəmməd Gəncəvi
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Qaçqın ailəsi yaşamağa yer tapmır

    Qaçqın ailəsi yaşamağa yer tapmır ...

    14-04-2015, 22:10

  • 
  • Qaçqın ailəsi yaşamağa yer tapmır

    Qaçqın ailəsi yaşamağa yer tapmır ...

    31-03-2015, 18:42

  • 
  • “Euronews” Nizami Gəncəvi ilə bağlı səhvini düzəltdi

    “Euronews” Nizami Gəncəvi ilə bağlı səhvini ...

    11-06-2013, 15:13

  • 
  • Məhəmməd Gəncəvinin qürurlu iradəsi, yəqin ki, “nahaqqa” qalib gələcək

    Məhəmməd Gəncəvinin qürurlu iradəsi, yəqin ki, ...

    25-04-2016, 15:04

  • 
  • Məhəmməd Gəncəvinin qürurlu iradəsi, yəqin ki, “nahaqqa” qalib gələcək

    Məhəmməd Gəncəvinin qürurlu iradəsi, yəqin ki, ...

    25-04-2016, 14:59


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu