Hörmətli oxucular” Məhəmməd Gəncəvi “Gündəm Xəbər” qəzetinin çoxsaylı oxucularından biridir. Belə bir səbəb üzündən də o, daim bizim redaksiya ilə əlaqə saxlayır, üzləşdiyi problemləri, düşündüyü ideyaları, digər təklif və arzularını bizimlə bölüşməyə də çalışır. Yəqin ki, “Gündəm Xəbər”in çoxsaylı oxucuları bilirlər ki, onun gənc yaşlarında ikən üzləşdiyi problemlərlə bağlı həbs olunmasından, həbsdən azad olunduqdan sonra, onun bir çox vəzifə sahiblərinə qarşı mübarizə aparmasından bəhs edən bir neçə açıqlaması, bu günədək qəzetimizin səhifələrində işıq üzü görüb.Ona görə də, Məhəmməd Gəncəvinin fəryadına aidiyyəti qurumlar nə qədər ki, cavab verməyiblər, biz də hər sayımızda onun fəryadını dərc edəcəyik ki, qoy hər kəs əksər mətləblərdən xəbər tuta bilsin.
Məhəmməd Gəncəvi redaksiyamıza ünvanladığı növbəti açıqlamasında yazır ki, “ölkə rəhbəri cənab İlham Əliyev, Azərbaycan torpaqlarının azadlığı uğrunda gecə-gündüz düşündüyü halda, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab E.Vəliyev, şəhər prokuroru cənab F.Həsənəliyev, polis idarəsinin rəisi cənab F. Şabanov, səhiyyə idarəsinin müdiri "professor"cənab Ə.Məmmədov və digər vəzifə sahibləri, ulu öndər mərhum prezidentimiz Heydər Əliyevin və ölkə rəhbəri cənab İlham Əliyevin plakat-şəkillərini təhqir edən, cıran, məzxərəyə qoyan bir qrup dələduzları müdafiə etməklə məşğuldurlar. Onların belə bir addımları cənab İlham Əliyevə qarşı xəyanət deyil, bəs nədir?
Cənab Prezident!
Nəzərinizə onu çatdırmaq istəyirəm ki, 2005-ci il tarixdə bəzi qüvvələr dövlət çevrilişinə cəhd etdikləri bir vaxtda, mənim başıma gətirilməyən müsibətlər qalmadı. Əgər bəzi şəhər və rayon icra hakimiyyətlərinin başçıları, prokurorları, polis rəisləri dövlət başçısını, baş prokurorluğu aldadırlarsa, ifşa olunurlarsa, deməli onları tənqid atəşinə tutmaq lazımdır. Əgər həmin vəzifə sahibləri Prezidentin və xalqın şərəf və ləyaqətini layiqincə qorumurlarsa, yəqin ki, onların fəaliyyətlərinə lazımi qiymət verməyin də zamanı çatıb.
Cənab Prezident! Mən Sizdən yenə də xahişim edirəm ki, ünvanladığım şikayət ərizələri ilə bağlı tədbir görülməsi üçün, mənim ərizələrimi səlahiyyətli nümayəndəniz E.Vəliyevə, şəhər prokuroru F. Həsənliyevə, polis idarəsinin rəisi
F.Şabanova, rəis müavini İ.Balakişiyevə, Kəpəz rayon Polis Şöbəsinin rəisi A.Tağıyevə və şəhər səhiyyə idarəsinin müdiri, "professor" cənab Ə. Məmmədova göndərməyin. Ona görə ki, adı çəkilən vəzifə sahibləri Sizi eşitmirlər və həm də xəyanət edirlər. Sanki E. Vəliyev Sizə demək istəyir ki, mərhum polis rəisi R. Musayev kabinetimə daxil olaraq mənə kəllə zərbəsi vurdu və siz də onunla bağlı heç bir ölçü götürmədiniz. Ona görə mən də, ulu öndər mərhum prezidentimiz Heydər Əliyevin plakat-şəkillərini təhqir edən, cıran, məsxərəyə qoyanlar barəsində heç bir ölçü götürmürəm və hətta onları vəzifə başında da saxlayıram.
Əgər bu belə olmasaydı, o halda ulu öndər mərhum prezidentimiz Heydər Əliyevin sırf düşməni olmuş Füzuli Məmmədovun (Frenk Elkaponi) adamı, uzun illər insan alveri ilə məşğul olan, ailəvi yataqxanada qanunsuz komendant işləyən, vəzifəsindən sui-istifadə edən, dələduzluqla məşğul olan, sadə sakinləri "yataqxana plana düşüb, sökülən kimi hökumət sizə təzə evlər verəcək" adı altında 50-dən çox yataqxana evlərini, özü əqidədə olan qadınlara köhnə tarixə olan orderlərlə satan, ulu öndərə qarşı təxribatlar aparan, dördotaqlı yataqxana evlərini F.Məmmədovun ofis-fahişəxanasına çevirən və orada partiya sənədlərini gizlədən, partiya sıralarına özü əqidədə olan şəxsləri toplayan, 1990-cı illərdə Türkiyədən gələn bəzi kürdlərlə əlaqələr saxlayan və buna görə də, naməlum şəxslər tərəfindən Xalça Kombinatının qarşısında güllələnərək ayaqlarından xəsarətlər alan, orta məktəbdə oğlunun kamal attestatına yaxşı qiymətlərin yazılması üçün, "MDB" ləqəbli, Əhməd adlı sürücünün vasitəsilə məktəb direktoruna rüşvət verən, müxtəlif keçici xəstəliklərə tutulan, anası erməni Fəridə Abdullayeva olan, giriş qapısının sağ və sol tərəflərinə asdığım ulu öndər Heydər Əliyevin, ölkə başçısı cənab İlham Əliyevin, yazıçı-dramaturq Mir-Cəlal Paşayevin plakat-şəkillərini sakinlərin gözləri qarşısında təhqir edən, cıran, “telefonda" prezidentlərin şəkillərini hərləmirəm" deyən, 2 saylı poliklinikada məni ölümlə hədələyən, üstümə bıçaq çəkən, fahişə adını qazanan N.Məmmədova, sabiq daxili işlər naziri İ.Həmidovun qohumu, anası erməni, qoyun oğrusu adı ilə məşhurlaşan Zaur adlı şəxs "onsuz da hökumət yoxdur ha", "mən heç kimdən qorxmuram, mənim dayım N.Əfəndiyevdir" deyən cinayətkar (N.Əfəndiyev vaxtilə Gəncə şəhər Polis İdarəsinin rəisi olub) Qubadan Gəncə şəhərinə basqına gələn, Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı cənab E.Əzizovun, ləzgi millətindən olan yaxınları- 2 bacı, onlardan biri dələduzluq edərək özünü Prezident Aparatının əməkdaşı, digəri isə özünü Milli Məclisin deputatı kimi təqdim etdikdən sonra, prezidentlərin şəkillərini təhqir edərək, qışqıraraq, yumruqlayaraq mənə bildirdilər ki, "bunlaramı arxalanırsan, bizə də ləzgi bacıları deyərlər".
Mən hal-hazırda Baş Prokurorluqda vəzifə daşıyan cənab A.Vəliyevə və Gəncə şəhər prokurou cənab F.Həsənəliyevə sual verirəm ki, əgər bir azərbaycanlı
qadın Dağıstanda ölkə rəhbərinin şəkillərini təhqir etsəydi, qışqıra-qışqıra "bunlaramı arxalanırsan" desəydi, həmin qadına hansı cəza verərdilər?
Diqqətinizə onu da çatdırmaq istəyirəm ki, mən cinayətkarlar barəsində "Səs" qəzetinin baş redaktoru cənab Bəhruz bəyə şikayət ərizəsi təqdim edərkən, həmin redaksiyada çalışan jurnalistlərdən biri üstümə acıqlanaraq bildirdi ki, "sənin nəyinə gərəkdir ki, prezidentləri söyüb təhqir edirlər? Sən onların vəkilisən, nəyisən?" dedi.
Keçirilən məhkəmə proseslərində cinayət-axtarış müvəkkili V.Hümbətov kimlərinsə göstərişi əsasında, özünün və “dost”larının əməllərini ört-basdır etmək üçün, eyni zamanda mən də həbs olunum deyə, utanmadan, qızarmadan, abır-həya etmədən, mənə, prezidentlərin plakat-şəkillərini təhqir edərək, hökümətdən, hətta prezident İlham Əliyev cənablarından çəkinməyərək, "möhtərəm hakim, Məhəmməd dəli olub, prezidentlərin şəkillərini qadınlar tualetinə o, vurmuşdu, üstümə bıçaq çıxararkən, onun qolunu burub, yerə yıxıb bıçağı əlindən aldım" deyən, “dezerti həyat” tərzi keçirən, dələduz V.Hümbətov və həbsxanalarda ulu öndər Heydər Əliyevin ünvanına nalayiq sözlər danışan narkoman cinayətkarlar və onları müdafiə edən həbsxana əməkdaşları, hələ də azadlıqdadırlar. Belə bir cinayət əməllərindən sonra Gəncə şəhər prokuroru cənab F.Həsənəliyev də, hökümətdən, hətta prezident İlham Əliyev cənablarından çəkinmədən, Baş Prokurorluğa saxta arayış təqdim edərək bildirir ki, "Məhəmməd Gəncəvinin sadaladığı faktlar öz təsdiqini tapmadığından, onun ünvanladığı şikayətin qeydiyyatı aparılmamışdır”. Belə bir addım, məhz Sizə qarşı xəyanət deyil, bəs nədir?
Mövcud qanunvericiliyə əsasən, səhiyyə müəssisələrində adı pis əməllərdə hallanan N.Məmmədova adlı bir kimsənin, səhiyyə ocaqlarında çalışması qəti qadağandır. Çünki, onun hər bir pis addımı, həm həkim heyyətinə, həm də ora gələn xəstələrə qarşı hörmətsizlikdir desək, yəqin ki, yanılmarıq.
Mən mətbuat vasitəsilə Gəncə şəhər prokuroru cənab F.Həsənəliyevə, şəhər Polis İdarəsinin rəisi F.Şabanova, rəis müavini İ.Balakişiyevə, Kəpəz rayon Polis Şöbəsinin rəisi A.Tağıyevə sual verirəm ki, adını çəkdiyim şəxsin səhiyyə ocaqlarında çalışması, səhiyyəmizin üzqaralığı deyilmi? Prokuror cənab F.Həsənəliyevə təkrar sual verirəm ki, harada görünüb ki, ailəvi yataqxanada uzun illər insan alveri ilə məşğul olan və polisə "suka" işləyən bir şəxs, komendant vəzifəsində işləsin?
Onu da qeyd edim ki, mən cinayətkarlar barəsində şəhərin sabiq icra başçısı cənab E.Əzizova şikayət ərizəsi təqdim edərkən, o məni dolamaq adı altında, küçədə tum çırtlayan, bir gözü kor olan gözətçiyə tapşırdı. Şəhərin prokuroru cənab A. Vəliyevə isə şikayət ərizəsi verərkən o, E. Əzizovdan fərqli addım ataraq bildirdi ki, "Sən nə danışırsan! Heç Əliyevləri, mənim əziz müəllimim Mir Cəlal
müəllimi təhqir etmək olarmı? Arxayın ol, bu işə şəxsən özüm nəzarət edəcəm" dedi. Amma, çox keçmədi ki, cənab A.Vəliyev və hakim S.Babayev, ulu öndər mərhum prezidentimiz Heydər Əliyevin və ölkə rəhbəri cənab İlham Əliyevin şəkil və plakatlarını təhqir edən, dələduzluqla məşğul olan cinayət-axtarışın müvəkkili V.Hümbətovun ayağına verərək, mənə 5 il cəza verdilər.
Bu gün də mən üzümü V.Hümbətova tutaraq deyirəm ki, “Gəncə şəhəri heç də, sənin düşündüyün şəhərlərdən deyil. Burada kiminsə kəbinli arvadına, 14 yaşlı yetim qız uşağına kəm baxan şərəfsizin dilini, boğazının dalından dartıb çıxardırlar. Lazım gəlsə, "ağ dağlar"da aparırlar”. Mən mətbuat vasitəsilə üzümü dələduzluqla məşğul olan V.Hümbətova tutaraq deyirəm: “yalan danışan kim olar? Deyirəm ki, kişinin gərək ləyaqəti, dəyanəti olsun. Əsas da "üzdəniraq" olmasın.
Azərbaycan torpaqlarının azadlığı uğrunda dar ağacından asılan, şəhidlik zirvəsinə ucalan və Vətənimizin ərazi bütövlüyünün qorunması yolunda bir neçə şəhid vermiş inqilabçı ailəsinin üzvü Məhəmməd Gəncəvi
Sorğu
Yeni dizaynımız necədir?