GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Biz Sovet ittifaqından miras qalmış inzibati idarəetmə sistemi ilə vidalaşmalıyıq”

“Biz Sovet ittifaqından miras qalmış inzibati idarəetmə sistemi ilə vidalaşmalıyıq”

Tarix: 22-02-2016, 17:39 Bölmə :Ölkə Baxış: 0
“Biz Sovet ittifaqından miras qalmış inzibati idarəetmə sistemi ilə vidalaşmalıyıq”

Asim Mollazadə: “Türkiyə qardaş olan ölkədir, orada olan bütün təhlükələr bilavasitə Azərbaycana da mənfi təsirini göstərir”

Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ilə müsahibəni təqdim edirik.

- İsraildə səfərdə oldunuz, bir çox görüşlər keçirdiniz. Əsasən, hansı məsələlər ətrafında müzakirələr apardınız?

- İlk dəfə idi ki, Azərbaycan Parlamentinin nümayəndə heyəti İsrail Knessetinin dəvəti ilə bu ölkəyə səfər etdi. Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası münasibətlər komitəsinin rəhbəri Səməd Seyidovun başçılığı ilə komitənin sədr müavini Sevinc Fətəliyeva, komitə və Azərbaycan-İsrail dostluq qrupunun üzvü kimi mən və bu dostluq qrupunun rəhbəri Yevda Abramov İsrail parlamentində oldu. İlk növbədə İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, “İsrail bizim evimizdir” partiyasının rəhbəri Aviqdor Libermanla görüşdük. Sonra beynəlxalq əlaqələr və təhlükəsizlik məsələləri üzrə komitə sədri Tzaçi Haneqbi və digər üzvlərlə görüş keçirdik. Həmin komitənin üzvləri bir çox tanınmış nazirlər, İsrail siyasətində nüfuzlu rol oynayan siyasətçilərdir. Knessetin sədri Yuli-Yoel Edelşteynlə də görüşümüz oldu. Bizi eyni zamanda İsrail Prezidenti Ruvi Rivlin qəbul elədi. İkitərəfli münasibətlər, dünyadakı proseslərlə bağlı fikir mübadiləsi apardıq. Bütün görüşlərdə Azərbaycanın multikulturalizm ənənələri yüksək qiymətləndirildi. Azərbaycan xalqının ölkəmizdə yaşayan yəhudilərə göstərdiyi dəstəyə görə təşəkkür edildi. Vurğulandı ki, tarixi proseslər, xalqımızın ənənələri dövlətlərimizin əməkdaşlığının gələcəkdə də çoxşaxəli istiqamət almasına, iqtisadiyyat, siyasət, təhlükəsizlik sahəsində əməkdaşlıq üçün zəmin yaradır. Biz də fürsətdən istifadə edərək İsrail prezidentinə BMT-nin Baş Assambleyasında Xocalı qətliamını xüsusi vurğuladığına görə öz minnətdarlığımızı bildirdik. Səfər zamanı İsrailin yeni texnologiyalarının inkişafını müəyyənləşdirən mərkəzlərində olduq, gənclər üçün yaradılmış, yüksək texnologiyaları cəlb etmək üçün təşkil edilən mərkəzləri də ziyarət etdik. Əminəm ki, bu təcrübəni Azərbaycan universitetləri və müvafiq mərkəzlərində tətbiq etsək, bu əməkdaşlıq yüksək texnologiya sahəsində biliyin artmasında çox xeyirli ola bilər.

- Tarixdə ilk dəfə idi ki, Azərbaycan parlamentinin nümayəndə heyəti İsrail parlamentində olurdu ?

- Bəli, birinci dəfə idi ki, rəsmi parlament heyəti İsrailə səfər edirdi. İsrail Prezidenti Azərbaycana və onun dəyərlərinə öz hörmətini ifadə etdi. Biz də Azərbaycanda “Holokost”la Xocalı qətliamının birgə yad edilməsini xüsusi vurğuladıq. Bildirdik ki, insanlığa qarşı cinayətlərin qarşısını almaq üçün mütləq ədalətli hökm olmalıdır. Azərbaycanda “Xocalıya ədalət” kampaniyasının məhz gələcəkdə belə faciələrin baş verilməməsi üçün keçirildiyini söylədik, bildirdik ki, mülki insanlar, qadınlar, uşaqlara qarşı vəhşilik nümayiş etdirən cinayətkarlar beynəlxalq ədalətin hökmü ilə cəzalandırılmalıdır. Bu istiqamətdə İsrailin müvafiq təcrübəsindən istifadə etməliyik.

- Artıq bu il Xocalı soyqırımının 24-cü ildönümüdür. Tez-tez xarici səfərlərdə olursunuz, diasporumuzun xarici ölkə parlamentlərində Xocalı qətliamı ilə bağlı qərarların qəbulu istiqamətində gördüyü işləri qane edici sayırsınızmı?

- Bu istiqamətdə parlament diplomatiyasının rolunu qiymətləndirmək istərdim. Bir sıra dövlətlər, federal ölkələrin parlamentlərində, məsələn, ABŞ-ın 19 ştatında Xocalı ilə bağlı müvafiq sənəd imzalanıb. Zənnimcə, Azərbaycan bu istiqamətdə çox ciddi iş aparmalıdır. Çox istərdim ki, həm Azərbaycan, həm də Türkiyə diasporu daha fəal olsun və yaxşı təşkilatlansın. Çünki diasporun gücü olmasa, sadəcə olaraq diplomatik və parlament əməkdaşlığı çərçivəsində çox şeyə nail olmaq olmur. “Xocalıya ədalət” şüarı azərbaycanlılar və türklərlə yanaşı sülhü, əmin-amanlığı istəyən bütün qüvvələri birləşdirməlidir. Beynəlxalq yəhudi təşkilatları ilə əməkdaşlığımız məhz ortaq dəyərlərdən irəli gəlir. “Holokost”la, Xocalı ilə bağlı eyni mövqeyimiz, həmin təşkilatlarla əməkdaşlıqda yeni nəticələr verə bilər.

- Yeri gəlmişkən, Türkiyə ilə İsrail münasibətlərində yumşalma hiss edilir. Bu istiqamətdə İsrail görüşlərində müzakirələriniz oldumu?

- Bu məsələ, demək olar ki, bütün görüşlərimizdə vurğulandı. Türkiyə Azərbaycana qardaş ölkədir, münasibətlərimiz “bir millət, iki dövlət” düsturu ilə inkişaf edir. Türkiyə-İsrail münasibətlərində problemlərin aradan qaldırılmasında maraqlıyıq. Çox istərdik ki, Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı sistemində İsrail-Türkiyə əməkdaşlığı da öz bəhrəsini versin. Son vaxtlar Türkiyə ilə İsrail arasında müvafiq danışıqlar nəticəsində çox ciddi irəliləyiş var. Ümidvarıq ki, xoşagəlməz hadisələrə son qoyularaq yeni mərhələ başlayacaq. Görüşlərimizdə həm Azərbaycan, həm də İsrail üçün narahatlıq doğuran bir məsələ də xüsusi vurğulandı, dünyanın bir sıra ölkələrində yenidən ksenefobiya, antisemitizm, islamafobiyanın yayılması, onların orta əsr təfəkkürünə, səlib yürüşü düşüncəsinə qayıtmasının bizləri narahat etdiyi bildirildi. Bunun qarşısının alınmasında həm tolerantlıq, həm də Azərbaycanın yüksək dəyəri olan multikulturalizmin böyük önəm daşıdığını qeyd etdik. Ölkəmiz öz imkanlarından istifadə edərək dünyanı bu istiqamətdə müzakirələrə, dialoqa dəvət edir, bir sıra forumlar, konfranslar təşkil edir. Qeyd şərtsiz bir məsələyə inanıram ki, Azərbaycanın hətta enerji imkanlarından və strateji coğrafi məkanda yerləşməsindən daha önəmli olan onun yüksək dəyərləridir. Türk və islam dünyasının birinci dünyəvi ölkəsi olan Azərbaycan multikulturalizm, fərqli mədəniyyətlərin əməkdaşlığı, qarşılıqlı hörmət ənənələrinə malikdir, ölkəmiz bu proseslərə təkan verərsə, dünyada çox təhlükəli proseslərin qarşısını almaq olar.

- Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri gözlənilsədə son anda məlum terror aktı ilə bağlı təxirə salındı. Bu baqda nə deyə bilərsiniz?

- Terror hadisəsi ilə əlaqədar qardaş ölkəyə başsağlığı veririk. Terror bütün hallarda pislənməli və ona qarşı ciddi mübarizə aparılmalıdır. Azərbaycan və Türkiyə strateji tərəfdaşlıq nəticəsində bir neçə istiqamətdə irəliləyişə nail ola bilib. Azərbaycan Gürcüstan vasitəsilə Türkiyə ilə birgə dünya və Avropanın enerji təhlükəsizliyi proseslərinə böyük təkan verib. Bu gün Azərbaycanın bilavasitə investisiyaları nəticəsində İpək yolu sistemi formalaşıb. Artıq Azərbaycan üzərindən Çindən Ukraynaya və geri qatarlar hərəkət edir. Ümidvaram ki, yaxın müddətdə Türkiyə vasitəsilə Avropanın bir sıra ölkələrində nəqliyyat dəhlizini yekunlaşdıracağıq. Bu, zənnimcə, uzun prosesdir. Bölgədə çox təhlükəli hadisələr cərəyan edir. Təbii olaraq Azərbaycan və Türkiyə iki qardaş ölkə kimi həm layihələrimizin təhlükəsizliyi, bölgədə sabitlik, əmin-amanlığın bərpa olunması istiqamətində ciddi əməkdaşlıq etməlidir. Azərbaycanla Türkiyənin iqtisadi əməkdaşlığının inkişafı üçün böyük potensialı var.

- Azərbaycan Türkiyə ilə Rusiya arasında yaşanan gərginliyə görə öz narahatlığını ifadə edib. Sizcə, iki qonşu ölkə arasında qarşıdurmanın Dağlıq Qarabağ münaqişəsinə hansı təsirləri ola bilər?

- Təbii olaraq Azərbaycan bu hadisələrdən çox narahat olur. Rusiya Azərbaycanın tərəfdaşı və qonşusudur. Biz Rusiya-Türkiyə münasibətlərinin yenidən bərpa olunmasında çox maraqlıyıq. Türkiyə Azərbaycana qardaş olan ölkədir, orada olan bütün təhlükələr bilavasitə Azərbaycana da mənfi təsirini göstərir. Düşünürəm ki, bu prosesə sadəcə Rusiya-Türkiyə qarşıdurması kimi baxmamalıyıq. Fikrimcə, bu qarşıdurma Rusiya-NATO qarşıdurmasının tərkib hissəsidir. Türkiyə NATO-nun ən önəmli ölkələrindən biridir. İstənilən üzvə qarşı hansısa bir təcavüz bilavasitə NATO-nun bütün ölkələrinə qarşı olan hücum kimi qiymətləndirilir. Rusiya hər zaman diqqət mərkəzindədir. Bu gün Türkiyə NATO təmsilçisi kimi terrorla mübarizədə öz müttəfiqləri ilə birgə hərəkət edir. Rusiya ilə yaranan qarşıdurma bütün NATO ölkələri, təbii olaraq ABŞ-ın müdaxiləsi üçün də təhlükəli şərait yaradır. Bu da əslində dünya üçün böyük təhlükə kəsb edir. Burada müəyyən çıxış yolunun axtarılması üçün nüfuzlu ölkələrinin ciddi diplomatik və siyasi işləri olmalıdır. İstəməzdik ki, terrorla mübarizə ciddi qarşıdurmalara səbəb olsun. Rusiya və dünya liderlərindən məsuliyyətli davranış gözləyirik.

- Azərbaycan bu gərginliyin səngiməsi üçün yardım təklifləri irəli sürülüb. İndiki situasiyada bu təklif müzakirə edilə bilərmi?

- Bütün istiqamətlərdə məsələlər müzakirə mövzusu olacaq. Azərbaycanın bu proseslərdə rolunu böyük hesab etmirəm. Zənnimcə, Türkiyə-Rusiya münasibətləri bilavasitə Rusiya-NATO gərginliyinin bir formasıdır. Ona görə də bu prosesdə Azərbaycanın rolu çox da böyük deyil. Ölkəmiz nə Rusiya ilə hərbi müttəfiqdir, nə də NATO-nun üzvüdür. Xatırlatmağa ehtiyac var ki, Azərbaycan 100 milyon əhalisi olan ölkə deyil, nüvə sila- Devalvasiya sonrası Azərbaycanda yaranmış situasiya ilə bağlı müxtəlif partiyalar öz təkliflərini irəli sürür. Sizin təklifləriniz olubmu?

hları yoxdur ki, dünya proseslərində böyük rolu olsun.

- Neft və enerjinin qiymətlərinin kəskin surətdə dəyişməsi bizim partiyanın müəyyən etdiyi proqramın tələblərinə yaxınlaşıb. Biz hər zaman demişik ki, hər bir ölkənin iqtisadiyyatının inkişafı azad orta və xırda sahibkarlıq mühitinin inkişafı, liberal iqtisadiyyatın formalaşması və şaxələnməsi ilə bağlıdır. Bu gün Azərbaycanda bu istiqamətdə sürətli islahatlar keçirilməlidir. Ümidvarıq ki, ölkə iqtisadiyyatına təkan verə bilən iş adamlarına dövlət tərəfindən dəstək verilməsi gələcəkdə Azərbaycanın çoxşaxəli iqtisadiyyatının və stabil iqtisadi inkişafının əsasını qoya bilər. Vaxtilə ölkənin əsas investisiya sahələri infrastruktur investisiyaları idi. Bu gün bir neçə iqtisadiyyat sahələrinin inkişafı üçün təməl baza formalaşıb. Xidmət sahəsində olan turizm, kənd təsərrüfatı, yüksək texnologiyalar, innovasiyalı kommunikasiya texnologiyaları sahələrində ciddi irəliləyiş gözləyirik. Bu sahələrin inkişafı üçün müvafiq zəmin yaradılıb. Biz artıq Sovet ittifaqından miras qalmış sosialist inzibati idarəetmə sistemi ilə tam vidalaşmalıyıq. Ölkə iqtisadiyyatının sürətli inkişafı üçün liberal iqtisadiyyat çıxış yoludur.

Hüseyn Abbasoğlu

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Səməd Seyidovun İsrailə gizli səfəri

    Səməd Seyidovun İsrailə gizli səfəri ...

    20-11-2013, 17:25

  • 
  • Absurdun son həddi: erməni diasporu azərbaycanlı deputatların səfərinə etiraz etdi

    Absurdun son həddi: erməni diasporu azərbaycanlı ...

    2-02-2017, 23:07

  • 
  • Milli Məclisin deputatı Yevda Abramov vəfat edib

    Milli Məclisin deputatı Yevda Abramov vəfat edib ...

    6-12-2019, 22:09

  • 
  • “İsrail Azərbaycana mesaj verdi: Seçin

    “İsrail Azərbaycana mesaj verdi: Seçin ...

    21-11-2013, 15:25

  • 
  • Milli Məclisin deputatından Facebookla bağlı - XƏBƏRDARLIQ

    Milli Məclisin deputatından Facebookla bağlı - ...

    11-06-2013, 12:00


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (38)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu