Dünya şöhrətli müğənni Meraya Keri çox bahalı nişan üzüyünü yenidən üzə çıxarıb.
Adim.az anspress-ə istinadən bildirir ki, ifaçı ötən ay o, avstraliyalı biznesmen Ceyms Parkerlə nişanlanıb. Nişanlısı ona olduqca böyük brilyant qaşı olan üzük hədiyyə edib.
Nişandan sonra bir dəfə üzüyü ilə jurnalistlərin qarşısına çıxan müğənni yenidən obyektivlərə tuş gəlib.
Keri Los-Ancelesdə keçirilən bir partiyə qatılıb. Əynində gümüşü rəngli mini geyimi olan müğənni obrazını eyni rəngli ayaqqabı ilə tamamlayıb. Amma nəhəng qaşlı üzük onun geyimini kölgədə qoyub.
45 yaşlı Keri uzun müddət üzüyünü göstərərk kameraların onu görüntüləməsinə icazə verib. Avstraliyanın ən varlı dördüncü insanı olan Ceyms Parkerin verdiyi nişan üzüyü 7,5 milyon dollar dəyərindədir. 35 karatlıq bu üzük Kerinin yaxın dostu olan dizayner Vilfredo Rosado tərəfindən hazırlanıb.
Meraya Kerinin qısa müddətdə təmtəraqlı toy edəcəyi gözlənilir.
M.Keri ilk evliliyini gənc yaşlarında - 1999-cu ildə Tommi Mottola ilə edib. 2002-ci ildə boşanan ifaçı daha sonra Nik Cannon ilə ailə qurub. Bu evlilikdən iki övladı var. Ailə 2013-cü ildə dağılıb.
Onun yeni nişanlısının adı isə bir neçə il öncə həyat yoldaşından boşanan, dünyanın ən cazibədar modeli olan Miranda Kerr ilə çəkilirdi. Parker 4.5 milyard dollarlıq sərvətə malikdir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?