Beynəlxalq Bankın idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev və onun həyat yoldaşı Zamirə Hacıyeva ilə bağlı araşdırma aparan Britaniyanın hüquq-mühafizə orqanları 1 milyon funt sterlinq dəyərində olan brilyant üzüyü müsadirə edib.
Gundemxeber.az xəbər verir ki, bu barədə Britaniyanın “Teleqraf” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, müsadirə olunan 8.9 karatlıq üzük 8 il əvvəl Zamirə Hacıyeva tərəfindən Londonun məşhur “Harrods” mağazasından alınıb.
Üzük zərgərlik dükanında bərpa edilən zaman Britaniya Milli Kriminal Agentliyinin əməkdaşları tərəfindən götürülüb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?