Bakının Parlament prospektində böyük təhsil müəssisəsi - 20 saylı ümumtəhsil məktəbi tikilir.
gundemxeber.az Day.Az-a istinadən bildirir ki, Bakı Dövlət Layihə İnstitutundan verilən məlumata görə, layihə Təhsil Nazirliyinin müraciəti əsasında hazırlanıb. Layihəyə görə, inşaat sahəsi 614 m2, zirzəminin sahəsi 5605,4 m2, birinci mərtəbənin sahəsi 4886,7 m2, ikinci mərtəbə - 4999,9 m2, 3-cü mərtəbə - 3551,5 m2, 4-cü mərtəbə - 3526,9 m2, 5-ci mərtəbə - 3534,4 m2, idman zalları - 669,5, 333,8 və 264,5 m2, akt zalı - 2116,5 m2 sahəli olacaq. Məktəb ərazisində idman meydançaları, hər biri 200 kubmetrlik iki yeraltı su anbarı və qazanxana da olacaq. 3 mərtəbədəki F blokunda 1-4-cü siniflər və hazırlıq sinifləri yerlşədiriləcək. Binanın bu hissəsinə giriş ayrı olacaq və nəticədə ibtidai sinif şagirdləri yuxarı sinif şagirdəri ilə qarşılaşmayacaqlar. A blokunda idman zalına, paltardəyişmə otaqlarına, məşqçilər otaqlarına giriş olacaq. G blokunda birinci mərtəbədə 335,6 m2-lik gimnastika zalı və 262,6 m2-lik kiçik idman zalı olacaq. İkinci mərtəbədə 677,1 m2-lik böyük idman zalı yerləşəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?