Paytaxtda təmir-tikinti işlərinə ümumi rəhbərliyi həyata keçirən Əli Əsədov yeni mənzillərin də onun “kurasiyasında” olmasını istəyir
Paytaxtda təmir-tikinti, yenidənqurma və binaların restavrasiyası işləri zamanı yüksək çinli məmurların maraqları bir çox hallarda toqquşur. Bu, özünü hazırda paytaxtın mərkəzi yerlərində “Xuruşşovka” deyilən beşmərtəbəli binaların təmir-tikintisində də özünü göstərir. Qeyd edək ki, Bakının bir çox mərkəzi yerlərində — Heydər Əliyev prospektində, “Gənclik” metrostansiyasının ətrafında, Hökumət Evinin yaxınlığında və s, yerləşən beşmərtəbə binaların restavrasiyası zamanı əlavə altıncı mərtəbə — “mansard” da tikilir. Bununla da beşmərtəbələr olur altımərtəbə. Beləliklə, paytaxtın mərkəzi yerlərində mənzillərin ən baha olduğu ərazilərdə yüzlərlə yeni mənzillər ortaya çıxır. Lakin, problem də bu mənzillərin kimə məxsus olmasıdır. Moderator.az saytına verilən məlumata görə beşmərtəbələrə əlavə edilən altıncı mərtəbə uğrunda yuxarı dairələrdə qızğın mübarizə gedir. Bu mübarizə isə özünü daha çox Baş nazirin müavini Əli Əsədovla, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov arasında göstərir. Paytaxtda təmir-tikinti işlərinə ümumi rəhbərliyi həyata keçirən Əli Əsədov yeni mənzillərin də onun “kurasiyasında” olmasını istəyir. Hacıbala Abıtalıbovsa yeni “altıncı mərtəbələri” öz balansına saldırmaqla, onlardan istədiyi kimi yararlanmaq niyyətindədir. Altıncı mərtəbələrin dövlətin mənzil fonduna daxil edilib-edilməməsi isə hələ ki, açıq qalır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?