Əməkdar artist Aybəniz Haşımovanın müğənni qızı Aynişan Quliyeva xanımlara məsləhətlər verib.
gundemxeber.az axşam.az-a istinadən bildirir ki, sənətçi saçına necə qulluq etdiyini açıqlayıb:
"Xanımlar həmişə saçıma necə qulluq etdiyimi soruşurlar. Mən saçımdan heç vaxt şikayətçi olmamışam, amma təbii ki, qorumasaydım, zədələnərdi.
Saçınızı tez-tez yumayacaqsınız, çünki baş dərisi quruyur, kəpək yaranır, saçın dibləri qidalanmır. Saç üçün ən önəmli yağ öz yağıdır. Qoyun saçınız yağlansın. Yaş vəziyyətdə qətiyyən daramaq olmaz, saçqıranlar yaranır. Saçınızı müxtəlif düzləşdirici alətlərlə yandırmayın, qoyun təbii halında qalsın. Saçınıza düşən şampundan istifadə edin. Tökülməyə və incəlməyə qarşı olsun. Yumadan əvvəl uyğun yağla boynunuzdan aşağıya kimi saçınızı yağlayın. Saç ucdan bəslənir. Buna görə də uzanma sürəti artır. 30 dəqiqə sonra yuyun. Davamlı dediklərimi etsəniz, nəticəni görərsiniz".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?