“Müdafiə Sənayesi Nazirliyi Müdafiə Nazirliyinə birləşdiriləcək”. Bu barədə Arqument.az saytı adını açıqlamadığı mənbəyə istinadla məlumat yayıb. Məlumatda bildirilir ki, Müdafiə Sənayesi Nazirliyinin səlahiyyətlərinin Müdafiə Nazirliyinə verilməsindən sonra bu nazirlik müstəqil qurum kimi ləğv olunacaq. “Bu qurumun səlahiyyətlərinin Müdafiə Nazirliyinə verilməsi təbiidir. Amma nazirliklər birləşdirildikdən sonra burada ixtisarların olacağı da istisna deyil. Böyük ehtimalla Müdafiə Sənayesi Nazirliyi Müdafiə Nazirliyinin tərkibində hansısa xidmət və ya şöbə kimi fəaliyyət göstərəcək”, – deyə məlumatda bildirilir. MSN MN-ə birləşdirilməsi hökumətin iqtisadi böhran şəraitində dövlət orqanlarının sayının azaldılamsı tədbirlərindən biri kimi dəyərləndirilir. Qeyd edək ki, Мüdаfiə Sənаyеsi Nаzirliyinin nəzdində “İqlim” Elmi-İstehsalat Müəssisəsi, “Avia-Aqreqat” zavodu, “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsi, “Dalğa” Elmi-İstehsalat Müəssisəsi, “Alov” zavodu, aviasiya və gəmilər üçün avadanlıqlar istehsal edən iri müəssisələr, həmçinin Bakı Radioquraşdırma zavodu, “Azon”, “Peyk” və EHM zavodları, “Neftqazavtomat” Elmi-İstehsalat Müəssisəsi, “Telemexanika” zavodu və Bakı “Cihazqayırma” zavodu, “Avtomatik xətlər” Elmi-İstehsalat Müəssisəsi fəaliyyət göstərir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?