GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Müdafiə sənayesi naziri postuna şanslı namizədlərin adı bilindi

Müdafiə sənayesi naziri postuna şanslı namizədlərin adı bilindi

Tarix: 6-07-2018, 12:00 Bölmə :Cəmiyyət Baxış: 608
Müdafiə sənayesi naziri postuna şanslı namizədlərin adı bilindi

Yeni nazir mərhum Yavər Camalovun dövründə müavini işləyənlərdən biri ola bilər

Müdafiə sənayesi naziri Yavər Camalovun vəfatından sonra onun tutduğu vəzifəyə kimin təyinat alacağı müzakirə mövzusuna çevrilib. Ölkənin müdafiəsi üçün əhəmiyyət kəsb edən bir sahənin uzun müddət rəhbərsiz qalmayacağı ehtimal olunur.

Yada salaq ki, Yavər Camalov 2006-cı ildə müdafiə sənayesi naziri postuna təyinat almışdı. O, bu təyinata qədər “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifəsini tutmuşdu. Yavər Camalovun vəfatından sonra nazir postu Yəhya Musayevə həvalə olunub. O, müvəqqəti nazir səlahiyyətlərini icra edir.

Ümumilikdə, nazirlikdə 2 müavin postu var. Digər müavin Tofiq Rəfiyevdir.

Mərhum Yavər Camalovun tutduğu posta potensial namizədlər də məhz müavinləridir. Quruma kənardan, bu sahəyə bələd olmayan kadrın gətiriləcəyi ehtimalı azdır.

Media üzərindən apardığımız araşdırmalar zamanı Tofiq Rəfiyevin bioqrafiyası haqda bu məlumatlara rast gəldik.

1942-ci ildə Bakı şəhərində anadan olan Rəfiyev 1965-ci ildə Azərbaycan Dövlət Universitetini, 1969-cu ildə SSRİ Elmlər Akademiyasının A.İoffe adına Leninqrad Fizika-Texniki İnstitutunun aspiranturasını bitirib. 1961-1966-cı illərdə Azərbaycan Dövlət Universitetində radiotexnik, baş laborant, laboratoriya müdiri işləyib. 1970-1972-ci illərdə Fizika İnstitutunda laborant, mühəndis işləyib.

1972-1976-cı illərdə SSRİ HSK-nın “Azon” zavodunda böyük mühəndis, konstruktor, aparıcı mühəndis işləyib. 1981-1992-cı illərdə SSRİ HSK-nın Elektron Hesablayıcı Maşınlar, Bakı Radio və “Alunit” zavodlarında istehsalat şöbəsinin rəisi, xüsusi konstruktor bürosunun rəis müavini, baş mühəndis vəzifələrində işləyib. 1992-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Müdafiə sənayesi idarəsində şöbə rəisi işləyib. 1992-2001-ci illərdə Azərbaycan ordusunda hərbi xidmətdə olub. 2001-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsində sədr köməkçisi, şöbə müdiri işləyib. 2006-cı ildə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyində şöbə müdiri işləyib. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2006-cı il tarixli Sərəncamı ilə müdafiə sənayesi nazirinin müavini təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2011-ci il tarixli Sərəncamı ilə “Əməkdar Dövlət Qulluqqcusu” fəxri adı verilib.

Yəhya Musayev də Rəfiyevlə eyni gündə nazir müavini postuna təyinat alıb. 1959-cu ildə Bakı şəhərində anadan olan Musayev 1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1979-1980-ci illərdə fəhlə işləyib. 1980-1982-ci illərdə “Azneftyoltikintitəmir” trestində mühəndis, iqtisadçı olub. 1982-1983-cü illərdə 26 Bakı komissarı adına Neftqazçıxarma İdarəsinin Tikinti Quraşdırma İdarəsində baş mühasib işləyib. 1983-1985-ci illərdə 26 Bakı komissarı adına Neftqazçıxarma İdarəsində baş mühasib vəzifəsində çalışıb. O, daha sonra 1985-1994-cü illərdə Ə.C.Əmirov adına Neftqazçıxarma İdarəsində baş mühasib işləyib. 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Quruda Neft və Qazçıxarma İstehsalat Birliyində baş mühasib olub. 2003-2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyində İqtisadiyyat-maliyyə və mühasibat uçotu idarəsinin rəisi işləyib.

2004-2006-cı illərdə Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyində baş direktorun müşaviri kimi fəaliyyətini davam etdirib. 2006-cı ildə müdafiə sənayesi nazirinin müavini təyin edilib.

Müdafiə sənayesi naziri postuna namizədlərdən biri kimi nazirliyin aparat rəhbəri olan Üzeyir İsmayılovun gətiriləcəyi xəbəri də yayılıb. Üzeyir İsmayılov Yavər Camalovun qardaşı Əlikram Camalovun kürəkənidir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazir Yavər Camalovun oğlu Türkiyədə öldü

    Nazir Yavər Camalovun oğlu Türkiyədə öldü ...

    16-09-2017, 12:07

  • 
  • Yavər Camalovun nazirliyi ləğv olunacaq

    Yavər Camalovun nazirliyi ləğv olunacaq ...

    23-02-2016, 16:19

  • 
  • Prezident müdafiə sənayesi nazirinin vəfatı ilə bağlı başsağlığı verib

    Prezident müdafiə sənayesi nazirinin vəfatı ilə ...

    25-06-2018, 10:27

  • 
  • “Dəmirbank” nazirin qardaşını məhkəməyə verdi

    “Dəmirbank” nazirin qardaşını məhkəməyə verdi ...

    3-09-2013, 13:23

  • 
  • Yavər Camalovun Moskva gizlinləri

    Yavər Camalovun Moskva gizlinləri ...

    13-06-2013, 14:39


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu