Kütləvi İnformasiya Vasitələrində Müdafiə Sənayesi Nazirliyinin nəzdində olan "Alov" zavodunda narazılıq yaranması barədə məlumatlar yayılıb.
Məlumatda bildirilir ki, zavodun işçiləri müəssisənin direktoru Kamal Əsgərovun özbaşnalığından bezərək etiraz aksiyası keçirməyə qərar veriblər.
Virtualaz.org bildirir ki, ANS PRESS bu barədə ətraflı məlumat almaq üçün Müdafiə Sənayesi Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən bildiriblər ki, yayılam məlumatlar həqiqətə uyğun deyil: “Hazırda zavodda hər şey qaydasındadır. Heç bir problem yoxdur. Kamal Əsgərov və işçilər arasında münasibət də normaldır”.
Qeyd edək ki, məlumatda bildirirdi ki, zavodda işləyən əməkdaşların etirazına səbəb direktorun işçilər arasında ayrı-seçkilik etməsidir: “Zavoda təhsili oldu-olmadı, işə yaradı-yaramadı zavod direktorunun yerliləri, qohumları işə götürülürlər. Onlar işləmədən dövlət büdcəsindən maaş alırlar.
Uzun müddət zavodda çalışan əməkdaşların nə dərəcəsi artırılır, nə də onlara əlavə mükafat verilir. Kamal Əsgərovun yaxın qohum-əqrəbası və yerliləri isə bütün imtiyazlardan istifadə edirlər. Hətta zavod direktorunun oğlu və gəlininin də adı işçi kimi yazılmasına baxmayaraq, onlar işləmirlər. Buna baxmayaraq, onlar vaxtlı-vaxtında maaşlarını və mükafatlarını alırlar. Zavodda maaşlar 3 aydır gecikdirmə ilə verilir".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?