GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Qətldə ittiham olunan sabiq polisdən şok müraciət

Qətldə ittiham olunan sabiq polisdən şok müraciət

Tarix: 23-02-2016, 16:22 Bölmə :Ölkə Baxış: 0
Qətldə ittiham olunan sabiq polisdən şok müraciət

Ötən ilin iyulunda öldürülən Natavan Əliyevanın keçmiş həyat yoldaşı «Azadlıq»a nələr yazdı?

2015-ci ilin iyulunda qətlə yetirilən Natavan Əliyevanın keçmiş həyat yoldaşı Samir Əliyev redaksiyamıza müraciət edib. Müraciəti redaksiyamıza onun indiki həyat yoldaşı Zəminə Əliyeva təqdim edib. Qeyd edək ki, keçmiş polis işçisi olan Samir Əliyev Natavan Əliyevanın qətlində təqsirləndirilərək həbs olunub. O, redaksiyamıza müraciətində işgəncələrə məruz qaldığını, qətli onun üzərinə qoyulduğunu iddia edir. Samir Əliyevin müraciətində kifayət qədər ciddi ittihamlar var. Bəribaşdan bildiririk ki, bu müraciəti dərc etməklə istintaqa təsir göstərmək, Samir Əliyevin təqsiriszliyi barədə rəy yaratmaq niyyətimiz yoxdur. Biz də hüquq-mühafizə orqanları kimi istənilən cinayətin cəzasız qalmamasında maraqlıyıq.

Beləliklə, Samir Əliyev yazır:

“Döyməyin ki, iz qalmasın, amma danışana qədər belə halda saxlayın”

“08.07.2015 tarixdə Xətai Rayon Polis Idarəsinin əməkdaşları mənə zəng etdilər və dedilər ki, Respublika Xəstəxanasında meyit var, gedin baxın, bəlkə tanıdız. Artıq neçə gün idi ki, Xətai Rayon Polis Idarəsinin əməkdaşları ilə birgə mən və ailə üzvlərimiz itkin düşmüş dayım qızı Əliyeva Natəvanın axtarışında idik. Bu barədə məlumat alan kimi, avtomobilim yuyucuda olduğundan taksi ilə meyitxanaya getdim. Çatan kimi Xızı Rayon Polis Şöbəsinin əməkdaşları mənə yaxınlaşıb onlarla getməyimi tələb etdilər və məni tələsik öz avtomobillərinə oturdub apardılar. Mən avtomobilimin yuyucuda olduğunu dedim və xahiş etdim ki, gedək avtomobilimi götürüm. Xətai rayonu, Qaçaq Nəbi küçəsindəki yuyucuya getdik. Mən maşından düşmədim və yuyucudan maşını əməkdaşlara təhvil verilməsini xahiş etdim. Salman adlı, sonradan Cinayət Axtarış Bölməsinin rəisi olduğunu bildiyim polis əməkdaşı mənim avtomobilimi idarə etdi və biz birlikdə Xızı Rayon Polis Şöbəsinə gəldik. Əvvəlcə Yadigar adlı rəis müavini, sonra isə rəis Elmar Usubov, Cinayət Axtarış Bölməsinin rəisi Salman adlı şəxs, rayon prokuroru və müstəntiq məni şifahi sorğu-sual etdilər. Üzərimdə olan 1 ədəd ”Iphone” və 1 ədəd “Samsung Duos” markalı mobil telefonlarımı, “Tissot” markalı qol saatımı, pul qabımı və ümumilikdə 1550,00 AZN pulumu maddi sübut kimi götürdülər. Əlavə olaraq avtomobilimə də mənim iştirakım olmadan baxış keçirdilər və mənə qeyd edilənlərlə bağlı heç bir protokol təqdim etmədilər. Sorğuda iştirak edən rayon prokuroru və müstəntiq, Yadigar adlı rəis müavini son günədək mənimlə etik normalara uyğun rəftar etdilər. Lakin rəis Elmar Usubov və göstərişlərini yerinə yetirən Cinayət Axtarış Bölməsinin rəisi Salman şərəf və ləyaqətimi alçaltmaqla və fiziki zor tətbiq etməklə dindirmələr və sorğular keçirirdilər. Ayaqlarımın altına rezin dəyənəklərlə vurduqda söydüyümü görüb ağzımı, ayaqlarımı, əllərimi yapışqan lentlə bağlayaraq xidməti otaqda yerə uzatdılar. Saat 20:00 radələrindən təxminən 3 saatdan da çox o vəziyyətdə saxladılar və Elmar Usubov Salmana tapşırdı ki, döyməyin ki, iz qalmasın, amma danışana qədər belə halda saxlayın.

“Divarlara qanımla ”Mənə vəkil verin” sözlərini yazdım”

Gecə yarısı idi və artıq sutka dəyişmişdi. Məni Xızı Rayon Polis Şöbəsinin yaxınlığında yerləşən prokurorluq binasına gətirdilər. Tural adlı müstəntiq gecə yarısına qədər şahid qismində dindirərək ifadəmi aldı və təxminən 03:30 radələrində məni şöbəyə qaytardılar. Səhv etmirəmsə, 2-ci və ya 3-cü mərtəbədə dəhlizdə səhərə qədər saxladılar. Yanımda adını xatırlamadığım serjant da mənimlə bərabər dəhlizdəki kresloda oturduq. Növbədə olan Nurəddin və Aqil adlı əməkdaşlar mənə münasibətdə normal olsalar da, Salman səhərə kimi tez-tez otağından çıxıb yatdığım üçün qəfil təpik vurmaqla məni yatmağa qoymurdu və sonra otağına qayıdırdı. Səhər saat 09:00 radələrində mənə qarşı qeyri-insani rəftarı görüb vəkil tələb etdim və ailə üzvlərimlə telefonla danışmaq istədiyimi bildirdim. Əvəzində isə, Salmandan, daha sonra isə Elmar Usubovdan təhqirlər eşitdim. Məni nə əsasla saxladıqlarını soruşaraq pozulmuş hüquqlarımın bərpasını tələb etdikdə Salman yanımda mühafizə üçün dayanmış serjantın paqonunu yerə ataraq “al, bu da əsas” dedi və məni polisə müqavvimət göstərməkdə ittiham edərək məhkəmədə 6 sutka inzibati həbs qərarı verdilər. Məhkəmədə vəkil tələb etsəm də, əsassız həbs olunduğumu desəm də, eşidən olmadı. Məhkəmədən dərhal sonra məni prokurorluğa apardılar və Bakıdan gələn müstəntiq Aslan Ibrahimov məndən şahid qismində təkrar ifədə aldı. Sonra isə şöbəyə gətirildim və nahar fasiləsindən sonra məni Elmar Usubov və Aslan Ibrahimov şifahi sorğu-sual etdilər. Aslan Ibrahimov əvvəlcə mülayim danışsa da, Elmar Usubovun təhqir və qışqırıqlarına cavab vermədiyimi gördükdə o da təhqirlərə başladı, mənə işgəncə verməyi göstəriş verib otaqdan çıxdı. Məni 6 sutka həbsimi çəkmək üçün şöbənin müvəqqəti saxlama yerinə apardılar. Sol tərəfdən ən son kamerada saxlanıldım. Oranın Süleyman adlı serjantı mənə bir neçə saxlanma ilə bağlı sənədə qol çəkdirdi və mən ona inzibati həbs qərarından şikayət ərizəsi yazmaq üçün vəkil və ailəmə zəng hüquqlarımın təmin olunmasını tələb etdim. Saxlandığım 6 gün ərzində heç bir tələbim yerinə yetirilmədi. Hətta mənə ərizə yazmaq üçün kağız-qələm də vermirdilər. Kameradakı asılqanın dəmiri ilə qolumu kəsərək bütün divarlara qanımla “Mənə vəkil verin” sözlərini yazdım. Həmin yazıları mənim orada saxlandığım son gün xadiməyə sildirdilər. Inzibati həbsdə olduğum 6 gün ərzində demək olar ki, hər gün Aslan Ibrahimov və Elmar Usubov ora gələrək məni şifahi və yazılı sorğu-sual edirdilər.

“Şantaja keçib atamın üzünə durmağı tələb etdilər”

Avtomobilimdən götürülmüş yaddaş diskində şəxsi həyatıma və ailəmə aid video-foto görüntülərin olduğunu deyən Aslan Ibrahimov cinayətin mənim və ya atamın törətməsi barədə şübhələri olduğunu bildirərək ikimizdən birimizin bunu etiraf etməli olduğumuzu tələb edirdi.

Mən valideynlərimlə normal münasibətim olmadığını, 2-ci ailə həyatı qurmağımla əlaqədar küsülü olduğumuzu dedikdə atamdan şübhələnməyim barədə ifadə verməyimi tələb etdi. Mən isə törədilmiş cinayət barədə anlayışım olmadığını və “kim tərəfindən törədilməsini bilsəydim deyərdim” dedikdə üzümə tüpürərək başıma zərbə vurdu. 15.07.2015-ci il tarixdə 6 günlük inzibati həbs müddəti bitdi və məni rəis müavininin otağına apardılar. Lakin rəis müavini Yadigar otaqda yox idi. Elmar Usubov, Aslan Ibrahimov və özlərini MTN əməkdaşı kimi təqdim edən 3 nəfər əvvəllər görmədiyim şəxs məni sorğu – sual etdilər. Sonra adını bilmədiyim 3 nəfərdən biri başıma selofan torba keçirib “ya danışacaqsan, ya da öləcəksən” deyib torbanı başımdan keçirib boğazımda sıxdı. Təxminən 30-40 dəqiqəlik dindirmədən sonra, müvəqqəti saxlama yerinin əməkdaşı Süleyman otağa gəlib əleyhqaz gətirdi. Mənə MTN əməkdaşı kimi təqdim olunan 3 nəfərin ikisi qollarımdan tutub biri isə əleyhqazı başıma geyindirdi və məni bu cür işgəncə ilə sorğu-suala tutaraq işgəncə ilə boynuma etmədiyim cinayəti qoymaq üçün əllərindən gələni edirdilər. Məni MTN-in təcridxanasına aparacaqlarını deyərək hədələyirdilər. Sonra Aslan Ibrahimov əlində bir neçə A4 formatlı kağızda ağ-qara çap olunmuş şəkillər göstərdi və əlehqazı başımdan çıxartmağı tələb etdi. Aslan Ibrahimovun mənə göstərdiyi şəkillər, mənə məxsus yaddaş diskində olan şəxsi həyatıma və ailəmə aid, açıq-saçıq, çimərlik şəkilləri idi. Mən hər şeyi gözləsəm də, bunu gözləmirdim və əsəbimdən otaqda onların hamısını söydüm və bu cür şantaja görə cavab verəcəklərini dedim. Elmar Usubov isə mənə “hələ sən mənim kim olduğumu bilmirsən” deyib güldü. Əlehqazı isti havada mənə geyindirib işgəncələri davam etdikdən sonra məni elə həmin gün, yəni 15.07.2015-ci il tarixdə Süleyman adlı serjantın “Niva” maşını ilə Bakıya gətirdilər. Hətta Süleyman yolda mənə Elmar Usubovun daxili işlər nazirinin qohumu olduğunu deyərək, “o, hər şey edə bilər, ona heç kim heç nə etmir” ifadəsini də işlətdi. Bakıda 1 gün Nərimanov Rayon Polis Idarəsinin təcridxanasında saxlandım və 16.07.2015-ci il tarixdə məni “guya 2013-cü ildə aramızdakı münaqişə zamanı öldürmək istəmişəm, bu əməli 2 il sonra həyata keçirmişəm” kimi absurd fərziyyə ilə təqsirləndirərək Cinayət Məcəlləsinin 29, 120.1 və 120.1 maddəsi ilə barəmdə həbs qətimkan tədbiri seçdilər. Ortada mərhumun xüsusi amansızlıqla qətlə yetirilmiş meyiti olduğu halda mənim barəmdə bu cür tövsifin hansı maraqlar doğurduğu yəqin məlumdur. Aslan Ibrahimovun qərəzli mövqeyi və işin başqa müstəntiqə həvalə olunması barədə ərizələrlə müraciət etsəm də, əksinə mənə və ailə üzvlərimə qarşı represiv təzyiqlər davam edir.

“Müstəntiq bir nəsli bir-birinə düşmən edib”

7 aydır ki, 5 azyaşlı övladımla görüşmək və telefon danışığı aparmaq qadağan olunub. Ağır xəstə olan atamın müalicəyə ehtiyacı olduğu halda ölkədən çıxışına qadağa qoyulub. Əməkdar müəllimə olan anam barədə Təhsil Nazirliyinə, DIN-in müstəntiqi olan qardaşım barədə isə xidməti iş yerinə uydurma böhtan xarakterli məktublarla onların işgüzar nüfuzuna və cəmiyyətdəki mövqeyinə zərbə vurub. Aslan Ibrahimov 7 aylıq istintaq müddətində tam fəaliyyətsizlik göstərmiş, əksinə qohumlar arasında düşmənçilik və nifaq salaraq bir nəsli düşmən edib. Müxtəlif orqanlara dəfələrlə bu hallar barədə müraciət etsəm də, ərizələrim elə barəsində şikayət etdiyim Aslan Ibrahimova göndərilib. “Biz gör kimləri tutub içəri qoyuruq, sən kimdən kimə şikayət edirsən?” deyən müstəntiqə etiraz olaraq 26.01.2016-cı il tarixdən yeməkdən imtina etmişəm. Pozulmuş hüquqlarım bərpa olunmasa, Ermənistan istisna olmaqla, hətta ən geridə qalmış Afrika ölkəsi olsa da, bütün ölkələrdən sığınacaq istəyəcəm. “Insan hüquqları” barədə anlayışı olmayan Aslan Ibrahimov kimilər “həbs edim sonra boynuna qoyub sübud edərəm” prinsipi ilə əhali arasında dövlətçilik haqqında mənfi rəy yaradır. Bəlkə insan hüquqlarından danışmayaq və insan olduğumuzu danaraq Heyvanların mühafizəsi ilə bağlı təşkilatlara müraciət edək?!”

Yazıda adı hallanan şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Keçmiş polisdən baş prokurora daha bir müraciət

    Keçmiş polisdən baş prokurora daha bir müraciət ...

    25-02-2016, 16:30

  • 
  • Xızıda həkimi öldürərək yandıran keçmiş polis işçisi olub? - Natəvan Əliyevanın keçmiş əri saxlanıldı

    Xızıda həkimi öldürərək yandıran keçmiş polis ...

    10-07-2015, 12:58

  • 
  • Boşadığı arvadını öldürdü

    Boşadığı arvadını öldürdü ...

    24-01-2017, 11:59

  • 
  • Hamilə Natavan xəstəxanaya yerləşdirildi

    Hamilə Natavan xəstəxanaya yerləşdirildi ...

    3-05-2019, 20:12

  • 
  • Samir Əliyev istefa verdi!

    Samir Əliyev istefa verdi! ...

    17-10-2015, 21:30


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (38)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu