"Nefçti"nin baş məşqçisi Samir Əliyev istefa verib.
Bu barədə S.Əliyevin özü Premyer Liqanın 8-ci turunda "Qəbələ"yə məğlubiyyətdən sonra açıqlamasında deyib.
36 yaşlı mütəxəssis istefa qərarında qəti olduğunu vurğulayıb: "Məğlubiyyətə görə hər hansı bir bəhanə gətirmək istəmirəm. Problemlər fonunda komanda pis oynamadı. 75-ci dəqiqədən sonra öz qapımızda oturmağa məcbur olduq. Rəqib əvəzetmələrlə oyunu gücləndirdi. Bilirdik ki, rəqib standart vəziyyətlərdə yaxşı oynayır. Biz də qolu məhz starndart vəziyyətdən buraxdıq.
Hazırda mənim istədiyim iki eynigüclü heyət yoxdur. Gənclərimiz çoxdur, zədəlilərimiz var. Amma bütün məsuliyyət mənim boynumdadır. Ardıcıl iki məğlubiyyətdən sonra rəhbərliklə görüşüb, istefa ərizəmi yazacağam. Fikrim qətidir. “Neftçi” bu yerlərə layiq deyil, məğlubiyyətlərdə bütün məsuliyyət mənim boynumdadır".
Qeyd edək ki, "Neftçi" Premyer Liqanın geridə qalan 8 turundan sonra 9 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?