Silahlı münaqişədə iştirak edən təfərlər fevralın 26-sı günorta saatlarınadək atəşkəs rejiminə qoşulacaqlarını bildirməlidir Suriyadak rejimin başçısı Bəşşar Əsəd atəşkəs haqda anlaşmanı qəbul edib. “Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu haqda Bəşşar Əsəd özü bildirib. Qeyd edək ki, ABŞ və Rusiya Suriyada atəşkəs rejiminin fevralın 27-də başlaması haqda razılığa gəlib. Silahlı münaqişədə iştirak edən tərəflər fevralın 26-sı günorta saatlarınadək atəşkəs rejiminə qoşulacaqlarını bildirməlidir. İŞİD və Ən-Nusra silahlı qruplaşmalarından başqa bütün tərəflərdən bu rejimə qoşulmaları haqda cavab gözlənilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?