ABŞ rəhbərliyi Suriyada Əsəd qüvvələrinin kütləvi qırğın silahı ilə hücuma hazırlaşdığını bəyan edib.
Ağ Evin sözçüsü Şon Spayser Suriyada kimyəvi silahlı hücumun həyata keçiriləcəyi barədə yazılı açıqlama verib:
"ABŞ Əsəd rejimi tərəfindən məsum uşaqlar daxil olmaqla mülki şəxslərin ölümünə səbəb ola biləcəyi gözlənilən bir kimyəvi silahlı hücumun hazırlıqlarının olduğunu müəyyənləşdirib. Bu hazırlıqlar 4 aprel 2017-ci ildəki kimyəvi silahlı hücumdan əvvəlkilərə bənzəməkdədir".
Açıqlamada "Əsəd bu hücumu həyata keçirəcəyi halda, özü və ordusu əvəzini ağır ödəyəcək" deyə qeyd olunur.
Qeyd edək ki, ABŞ Əsəd qüvvələrinin 4 apreldə İdlibin Han Şeyhun bölgəsində həyata keçirdiyi kimyəvi silah hücumuna cavab olaraq rejimə aid Şayrat hava limanını 7 apreldə "Toma qavk" raketləri ilə vurmuşdu./APA/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?