Bəşər Əsəd Suriyada tökülən qanı dayandıra biləcək bir qərar verib.
Türkiyə mətbuatına istinadən məlumata görə, Əsəd 5 hökümət məmurunu müxalifətlə danışıqlar aparmaq üçün ayırıb.
Həmin qrupda baş nazir Vail əl Halki də yer alıb. Müxalifət isə indidən danışıqlara qatılacaq bəzi şəxslərin adının siyahıdan çıxarılmasını tələb edir. Bəşər Əsədin qrupda yer alan şəxslərin Rusiya tərəfi ilə razılaşdırdığı iddia edilir.
Avropa Birliyindəki adı açıqlanmayan diplomat isə açıqlamasında siyahının dəyişə biləcəyini bildirib. Qeyd edək ki, indiyədək Suriyada üsyançılarla hökumət qüvvələri arasında silahlı münaqişədə 80 min nəfərin öldürüldüyü bildirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?