"Hakimiyyətin bir qanadına, digər vəzifədəki şəxsin təyin olunması düzgün deyil”
"Hakimiyyətin bir qanadına, digər vəzifədəki şəxsin təyin olunması düzgün deyil. Onda belə çıxır ki, Milli Məclisin İntizam Komissiyasının tərkibinə bir nazir, bir prokurorluq əməkdaşı cəlb edilməlidir. Bu məhkəmələrin işinə müdaxilədir".
Bunu millət vəkili Qüdrət Həsənquliyev Ziyafət Əsgərovun Məhkəmə -Hüquq Şurasının üzvü təyin edilməsi məsələsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, Ziyafət Əsəgərov birinci müavin kimi Milli Məclisin işinin təşkili ilə məşğul olmalıdır: “Ali Məhkəmənin sədri bu işi yerinə yetirə bilər. Məhkəmə-Hüquq Şurasının da üzvləri hakimlərdən ibarət olmalıdır. Biz mütləq bu qanuna yenidən baxmalıyıq. Bu konstitusiya pozuntusudur”.
Millət vəkili Siyavuş Novruzov isə burada heç bir qanun pozuntusunun olmadığını bildirib.
Qısa müzakirələrdən sonra Z. Əsgərovun Məhkəmə- Hüquq Şurasının üzvlüyünə namizədliyi təsdiqlənib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?