Azərbaycanlı müğənni Aytac Vidadiqızı Türkiyə Musiqi Birliyinin üzvü olub.
Milli.Az-a açıqlama verən sənətçi xoşbəxt olduğunu bildirib:
"Çox sevinirəm. Türkiyədə dəyərimi bilənlər var. Sənət hər yerdə sənətdir. Əsl sənətin dəyərini bilməyənlərə ar olsun. Şükür ki, mənim burada sevənlərim var. Amma məni hörmətlə qarşılamaları Türkiyəni mənə daha da doğmalaşdırdı. İnşallah, Allah mənim kimi hər kəsin yolunu açıq etsin".
Müğənni əlavə edib ki, bu yaxınlarda Türkiyədə bir sıra layihələr həyata keçirəcək.
Qeyd edək ki, ötən ay Aytac Vidadiqızı Türkiyədə "Bu şəhərdən get" adlı klip çəkdirib. Bundan başqa türkiyəli müğənni Linet həmyerlimizin "Qırmızı həyat" mahnısını ifa etmək üçün icazə alıb.
Sorğu
Yeni dizaynımız necədir?