Fevralın 24-də Bakıda ağır yol qəzası baş verib. Qəzanı paytaxtın Nizami rayonu ərazisində, metronun Qara Qarayev stansiyası yaxınlığında 62 saylı xətt marşrutu üzrə hərəkət edən 90 HS 692 dövlət nömrə nişanlı marşrut avtobusu törədib. APA-nın məlumatına görə, avtobus “Nissan” markalı minik avtomobili ilə toqquşub, nəticədə avtobusda olan sərnişinlərdən Asif Yusif oğlu Nəsirov dünyasını dəyişib. Onun keçmiş polis olduğu deyilir.
Mənbə hadisə şahidlərinin sözlərinə istinadla bildirir ki, qəzaya avtobusun işıqforu qırmızı işıqda keçməsi səbəb olub.
Qəza nəticəsində 13 sərnişin yaralanıb.
Musavat.com-un yaydığı xəbərə görə isə “Deawoo” markalı avtobus Qara Qarayev prospektində yüksək sürətlə hərəkət edərkən idarəetməni itirib və yoldan çıxaraq səkidə dayanmış piyadanı vurub. Bundan sonra avtobus yolayrıcındakı işıqfora çırpılıb, daha sonra isə hərəkətdə olan “Nissan” markalı minik avtomobilini vurub.
Piyada hadisə yerindəcə keçinib.
Avtobusun sürücüsü hadisəni törətdikdən sonra qaçıb.
Qəzada xəsarət alanların kimliyi də açıqlanıb. Xəsarət alan 12 nəfər 3 saylı şəhər Klinik Xəstəxanasına gətirilib. Onlardan 8 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Həmin şəxslər aşağıdakılardır:
1994-cü il təvəllüdlü Mirzəzadə Nərmin (ata adı məlum deyil)
1960-cı il təvəllüdlü Səfərov İlqar Bulud oğlu
1983-cü il təvəllüdlü Seyidli Sənubər Mirqədim qızı
1985-ci il təvəllüdlü Qurbanov Zahir Zahid oğlu
1992-ci il təvəllüdlü Nəsirov Vüsal Asif oğlu
1965-ci il təvəllüdlü Zahidov Çingiz Abdul oğlu
1999-cu il təvəllüdlü Quliyev Yusif Xanoğlan
1986-cı il təvəllüdlü Mustafayev Ruslan Babaş
Xəstəxananın həkim-travmotoloqu Ədalət Abdullayev APA-ya bildirib ki, digər 4 nəfərin isə vəziyyəti orta-ağır qiymətləndirilir və onların müalicəsi davam etdirilir. Həmin şəxslər aşağıdakılardır:
1986-cı il təvəllüdlü Səmədov Emil Siyasət oğlu
1961-ci il təvəllüdlü Xəlilova Münəvvər Abdulla qızı
Sorğu
Yeni dizaynımız necədir?