Türkiyənin mübarizəsi etnik qruplara yox, terrorçulara qarşıdır. Bu ölkədəki kürdlər mənim vətəndaşım, qardaşımdır.
gundemxeber.az axar.az-a istinadən bildirir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yerli məhəllə rəhbərləri ilə görüşündə deyib.
O, Suriya prezidenti Bəşər Əsədin vətəndaş müharibəsindən öncə kürdlərə qarşı mənfi münasibət sərgilədiyini xatırladıb:
"Türkiyənin mübarizəsi etnik qruplara yox, terrorçulara qarşıdır. Suriya rejimi vaxtı ikən ölkədəki kürdlərə şəxsiyyət vəsiqəsi belə vermirdi. O vaxt bunu Bəşər Əsədə də dedim. Lakin bir çox bəhanələr gətirdi. Lakin indi araları yaxşıdır, həmrəy olublar. İŞİD Kobaniyə (Suriyanın Türkiyə ilə sərhəd şəhəri - red.) hücum edən zaman 200 min kürd qardaşımıza qapımızı açdıq. Lakin bunu etməyə bilərdik. Hazırda onların bir qismi düşərgələrdə və şəhərlərimizdə həyatlarını davam etdirirlər. Bu ölkədəki kürdlər mənim vətəndaşım, qardaşımdır. Bizim onlarla heç bir problemimiz yoxdur".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?