Türkiyədə olan müğənni Nadir Qafarzadə də Tolikin ardından İlhamə Quliyevanın ölüm xəbərinə İnstaqram səhifəsində özünəməxsus reaksiya ilə diqqət çəkib.
Müğənni xalq artistinin ölümünə sevinənlərə bu ismarıcı verib:
"İndi bir çoxları bayram edərlər. Elə bilirlər ki, onlar ölməyəcəklər?! Hami öləcək, amma baxır kim necə? Bir neçə gün öncə bu şəkli paylaşanda ağzınıza gələni yazırdınız, məni qınayırdınız, niyə? Sualıma cavab verin. Oturub-duranda hamımız yaxşılıqdan, azərbaycanlı olduğumuzdan ağızdolusu danışıb fəxr etdiyinizi söyləyirsiniz. İlhamə xanımı təhqir edən insanları görəndə azərbaycanlı olduğumdan xəcalət çəkirdim. İndi yoxdur İlhamə xanım. Rahatlanın. Amma unutmayın, vaxt gələcək, siz də öləcəksiz, mən də öləcəyəm. İlhamə xanım mənimçün ölməyib, o hər zaman ürəyimdə yaşayacaq! Bu xəbəri İstanbulda, bu gün eşitdim. Dünya başıma fırlandı. Azərbaycan böyük sənətkarını itirdi. Onsuz da itirə-itirə gedirik. İndi çoxları yalandan guya pis olub, göz yaşı tökəcəklər. Ölün, yerə girin, utanın! Heç olmasa, ağlınızı başınıza yığın! İndi bu göz yaşları heç kimə lazım deyil. Vaxtında qiymət verib, qədrini biləydik kaş. Allah rəhmət eləsin!"
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?