Qusar sakini TİA.AZ-a müraciət edib. Rayonun Bədirqala kəndindən olan Elnarə Əhmədxanova başına açılan müsibətlərdən söz açıb.
O, 2013-cü ildə rayonda fəaliyyət göstərən “OKİ” tibb mərkəzinə üz tutub. E.Əhmədxanova bədənində ağrılar olduğunu hiss edib və müayinə zamanı kista aşkarlanıb: “Həkimlər dedi ki, əməliyyat olunmalısan. Əməliyyat zamanı həkimlərin səhvi üzündən sol böyrəyimi deşdilər. Özləri bir çarə tapmadı deyə Bakıya Tusi klinikasına apardılar. Burada təkrar əməliyyat olundum. Həkim Samir Cavadov bildirdi ki, “səni kim bu hala salıb, belə səhv olar, böyrəyin zədəsi böyükdür”.
Şikayətçi qeyd edib ki, Tusi klinikasında müalicə aldıqdan sonra rayona qayıdıb və “OKİ” klinikasına gedib: “Klinikanın rəhbəri Malik həkim dedi ki, heç yerə şikayət etmə, 30 min manat dəymiş ziyanın təzminatını ödəyəcəyik, böyrəyini bərpa etdirərsən. Mən də razılaşdım. Ancaq heç bir təzminat ödənilməyib. Ona görə də ikinci böyrəyimi itirmək təhlükəsi ilə üzləşmişəm”.
Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfi dinləməyə hazırıq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?