Mayın 14-də səhər saatlarında Respublika Perinatal Mərkəzində qeysər əməliyyatı zamanı 1986-cı il təvəllüdlü Fətəliyeva Maral Umudvar qızı doğulmamış uşaqla birlikdə vəfat edib. Qeysər əməliyyatını cərrah Şamilov Ruslan aparıb. İlkin məlumatlara görə, həkimlər dəqiq bir şey demirlər, yalnız onu bildiriblər ki, əməliyyat zamanı ananın ürəyi dayanıb. Ancaq qohumları bunu şübhəli hesab edirlər. Məlumatı qəzetimizə verən mərhumənin yaxınları şikayət etsələr də, hüquq-mühafizə orqanlarının hadisə yerinə gəlmədiyini bildirdilər. M.Fələliyevanın yaxınları ana və körpənin məhz həkim məsuliyyətsizliyi nəticəsində öldüyünü iddia edirlər. Ancaq müraciət edilməsinə baxmayaraq prokurorluq əməkdaşları isti-isti izlərlə hadisənin araşdırılmamasını həkimlərin mümkün təqsirinin ört-basdır edilməsi ilə əlaqələndirirlər. Mərhumənin qohumları həkimlərin qanunsuz hərəkətlərində btün instansiyalara şikayət edəcəklərini deyirlər. Xəstəxanadan əldə etdiyimiz məlumata görə, ana və körpənin ölümünə səbəb xəstəyə yanılış qan vurulması ilə əlaqələndirirlər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?