Bu gün 28 May - Respublika Günü münasibətlilə Novxanı qəsəbəsində keçirilən təntənəli bayram tədbirindən dərhal sonra mülki geyimli şəxslər Müsavat Partiyası məclsinin üzvü, Arif Hacılının qardaşı Mustafa Hacıbəylini saxlayaraq, "Niva" markalı maşına oturdub və naməlum istiqamətə aparıblar.
"Yeni Müsavat"ın reportyoru Röya Rəfiyevanın hadisə yerindən verdiyi xəbərə görə, M.Hacıbəylinin saxlanmasının səbəbi bəlli olmayıb.
Bildirilir ki, M.Hacıbəyli mitinqdə çıxış etməyib, yalnız yürüşdə iştirak edib.
Sorğu
Yeni dizaynımız necədir?