Futbol üzrə Türkiyə milli komandasının sabiq baş məşqçisi Mustafa Dənizli özünə yeni iş yeri tapıb. Təcrübəli mütəxəssis Türkiyənin I liqasında mübarizə aparan “Çaykur Rizəspor”un sükanı arxasına keçib. Dənizli bu vəzifədə Engin Korukırı əvəzləyib.
Qeyd edək ki, Mustafa Dənizli vaxtilə Türkiyənin 3 böyük klubu – “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş”ın da baş məşqçisi olub. 63 yaşlı mütəxəssis hər 3 komanda ilə çempionluq sevinci yaşayan yeganə baş məşqçidir. Onun son iş yeri İran “Persepolis”i olub.
Sorğu
Yeni dizaynımız necədir?