Ramiz Yediyarovun 1 illik zülmü sakinləri rayondan didərgin salıb
DİA.AZ: - Hökumət hər dəfə hesabat verəndə regionların da yüksək templə inkişaf etdiyini dilə gətirir. Bildirilir ki, regionların sosial-iqtiadi inkişafı istiqamətində bir sıra proqramlar həyata keçirilir. Nəticədə xeyli sayda iş yerləri açılıb, sosial-iqtisadi vəziyyət ötən illərə nisbətən yaxşılaşıb və s. Hökumət nümayəndələri regionların inkişafından danışarkən tez-tez bir sıra ucqar rayonların qazla, işıqla təmin olunduğunu vurğulayırlar. Bir sözlə, hökumət nümayəndələrinin sözlərindən belə çıxır ki, bu gün Azərbaycanın hər yerində inkişaf gedir. Amma reallıq bunun əksini deyir. Təkcə Gədəbəy rayonunda məmur özbaşınalığının pik həddə çatmasının şahidi olmaq mümkündür. Əvvəlcə xatırladaq ki, bir müddət əvvəl Gədəbəydə qızıl yataqları aşkarlandı. Azərbaycan hakimiyyəti bu hadisəni ən böyük "uğurlarının" sırasına qatdı. Hökümət Gədəbəydə qızıl yataqlarının aşkarlanmasının tarixi hadisə kimi dəyərləndirdi . Amma bu tarixi hadisənin üstündən müəyyən müddət keçməsinə baxmayaraq məlum oldu ki, Gədəbəyin yerli sakinləri elə həmin qızıl yataqlarına görə ev-eşiklərindən didərgin düşüblər. Rayon sakinlərinin mülkiyyət hüquqları kobud şəkildə pozulub. Təkcə Arıqdam kəndində 700 ailədən 300-nün mülkiyyət hüquqlarına qəsd edilib və əhalinin mülkiyyətində olan yüzlərlə hektar torpaqlar zorla alınıb. Gədəbəyin bir çox kəndləri qaz, işıq üzünə həsrət qalıblar. Sakinlər yenə də əvvəlki kimi odundan istifadə edirlər. Bu günə qədər adıçəkilən rayonun bir çox kəndlərinin sakinləri düz-əməlli qazdan yararlana bilməyiblər. Sakinlərin sözlərinə görə, qaz gah ümumiyyətlə verilmir, gah da elə verilir ki, verilməsə daha yaxşıdır. Aylarla işıq verilməməsinə baxmayara, əhalidən enerjinin pulu artıqlaması ilə alınır. Bu da sakinlər arasında ciddi narazılıq yaradır. Əhali rayondakı məmurözbaşınalığında artıq cana doysa qorxudan səsini çıxara bilmir. Çünki dillənəni ya şərləyib həbs edirlər, ya da yurd-yuvasından didərgin salırlar. Amma Gədəbəyin problemləri təkcə bununla bitmir. Gədəbəy rayon sakinlərinin verdiyi məlumat görə rayonda ən böyük problem təhsil sahəsindədir. Bu gün rayonun əksər kəndəlrində məktəblərin olmaması və nəticədə kütləvi savadsızlığın baş alıb getməsi sakinləri narahat edir. Onların sözlərinə görə, rayonda gənclərin əksəriyyəti yazı-pozu bilmir. "Övladlarımız hərbi xidmətdən ailələrinə məktub yaza bilmirlər. Çünki hərf tanımırlar",- deyə sakinlər bildirir. Rayondakı məktəblərin əksəriyyətində isə ədəbiyyat, tarix, coğrafiya və digər fənlər idman müəllimləri tərəfindən tədris olunur. Nümunə olaraq bir çox kənd orta məktəblərini göstərmək olar. Bu məktəblərdə müəlimlərin heç ali savadı da yoxdur. Rayonun səhiyyəsahəsində vəziyyət ürəkaçan deyil. Gədəbəyin mərkəzi xəstəxanasında özbaşınalıq hökm sürür. Xəstəxanın invertarları ilə bərabər dövlətin ayırdığı dərmanlar apteklərdə satılır. Rayonun əsas problemlərindən biri də işsizlikdir. Bu gün Gədəbəy boşalır. Rayon camaatı kütləvi şəkildə paytaxta axışır. Rayonda təsərrüfatla məşğul olmaq istəyənlər də problemlərlə üzləşir. Əsas problem isə yerli hakimiyyət tərəfindən törədilir. Onu da bildirək ki, Gədəbəyin icra başçısı postunu tutan Ramiz Yediyarovun bu vəzifədə heç biri ili tamam olmayıb. Yəni 14 gündən sonar 1 ilini tamamlayacaq. Görəsən, bu adamdan 1 ilinin hesabatı istəniləcəkmi? Hansı hesabatı verəcək? Deyəcək ki, bir il ərzində Gədəbəyi dizi üstə çökdürə bilib? Yoxsa, gədəbəyli sahibkarın başına uçurduğu mülkündən danışacaq?..
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?