GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » BAŞÇI QOBUSTANDA MİLYONLARI NECƏ TALAYIR?

BAŞÇI QOBUSTANDA MİLYONLARI NECƏ TALAYIR?

Tarix: 3-03-2016, 23:50 Bölmə :Ölkə Baxış: 0
BAŞÇI QOBUSTANDA MİLYONLARI NECƏ TALAYIR?

Qobustan icra başçısının dövlət vəsaitlərini qeyri-şəffaf xərcləməsi Hesablama Palatası tərəfindən rəsmi şəkildə təsdiqini tapdı.

İcra başçısı Adil Məmədov ifşa olundu.
Prezidentin konfransda rayon icra hakimiyyətlərinin bu günə kimi dotasiya ilə özünü saxladığını deməsi və bundan sonra öz daxili imkanları hesabına ayaqda dayanmalı olacağını söyləməsi göstərir ki, Qobustanın timsalında korrupsiyanın tüğyan edən bir çox regionlara daha dövlət büdcəsindən vəsait ayrılacağı gözlənilmir.
VİZUAL.az-ın xəbərinə görə, Adil Məmmədov Masallıda qeydiyyatdan keçmiş "Adil” MMC vasitəsi ilə Qobustandakı bütün dövlət qurum və müəssisələrinə, eləcə də bələdiyyə orqanlarına avadanlıq və ləvazimatların alınması üçün ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi həyata keçirilir.
Bu məqsədlə ayrılan vəsaitlər "Adil” MMC-nin bank hesabına köçürülür. Sonra isə həmin pullar nağdlaşdırılaraq, hesabdan çıxarılır. Bu zaman vəsaitlərin cəmi 70%-i tələb olunan inventarların alınmasına sərf olunur.
Qobustan RİH-nin rəhbərliyi tərəfindən törədildiyi iddia olunan maxinasiyalardan ikincisi Mehdi Hüseynzadə adına sovxozun ərazisi ilə bağlıdır. Mənbə bildirir ki, sovxozun balansında kənd təsərrüfatı ilə məşğul olmaq üçün yararlı olan 800 hektar ərazi var.
Lakin başçı Adil Məmmədov və sovxozun direktoru Zümrüd Şərifova öz aralarında razılığa gələrək həmin ərazini qeydiyyata alarkən, onun sahəsini cəmi 500 hektar göstəriblər. Qalan 300 hektar isə, Kənd Təsərrüfatı Nazirliyindən "gizlədilərək”, bu iki məmurun şəxsi mənafeyləri üçün istifadə olunmaqdadır.
Adil Məmmədovun maxinasiyalarından üçüncüsü kimi də "Polad-İnşaat” şirkətinin rayondakı fəaliyyəti ilə bağlı qanun pozuntuları diqqət mərkəzinə gətirilir. Türkiyəli iş adamı Polad Cəmilin rəhbərlik etdiyi bu şirkət hazırda Qobustan ərazisində yol çəkilişi işlərilə məşğuldur.
Bu məqsədlə də hazırda şirkət rayonun dörd müxtəlif ərazisindən: Cəngi, Ceyrankeçməz, Diri Baba türbəsinin arxası və Pirsaat çayının üzərindəki çınqıl karxanasından torpaq daşınması həyata keçirir.
Məlumdur ki, bu torpaq daşınmaları yerli bələdiyyələrlə müqavilələr bağlanmaqla, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyləri əsasında həyata keçirilməlidir.
Hər maşının tutumu isə 60-70 kub.metrdir. Beləliklə, gün ərzində daşınan torpağın ümumi qiyməti təxminən 8-10 min manat civarında olsa da, indiyədək yerli bələdiyyələrdən yalnız birinin hesabına, həm də cəmi 1 min manat pul ödənilib.
İddia olunur ki, "Polad-İnşaat” şirkətinin həyata keçirdiyi torpaq daşımalarına görə ödənilən pullar da məhz başçı tərəfindən mənimsənilir.
Qeyd edək ki, Hesablama Palatasının iclasında nəzarət tədbirinin nəticələri üzrə Kollegiya Qərarının layihəsi də müzakirə edilmiş və səsə qoyularaq qəbul edilib.
Müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədilə qərarın surəti RİH-ə göndərilib, auditin nəticələri üzrə Milli Məclisinə məlumat təqdim olunub.
Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.
APA-nın verdiyi xəbərə görə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilmiş iclasda dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı” bölməsindən, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Qobustan Rayon İcra Hakimiyyətinə (RİH) ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş nəzarət tədbirinin nəticələri müzakirə edilib İclasda yoxlama qrupunun məlumatı və fəaliyyət istiqaməti üzrə məsul auditorun təqdim etdiyi hesabat dinlənilib.
Auditor RİH tərəfindən dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından ayrılan vəsaitlərin istifadəsi zamanı xüsusi razılığa (lisenziyaya) malik olmayan podratçı təşkilatla satınalma müqaviləsi bağlanıldığını, bitum və yanacaq-sürtgü materiallarının qiymətlərinin artması ilə əlaqədar inşaat prosesində müqavilə məbləğinin müvafiq prosedur qaydalara riayət edilmədən artırıldığını, istismara qəbul edilən bir neçə obyektin müvafiq qaydada uçota alınmadığını və əsaslı vəsait qoyuluşu üzrə kreditor borcların balansda əks etdirilmədiyini diqqətə çatdırıb.
Qobustan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Qobustan şəhərinin küçələrinin işıqlandırılması üçün ayrılmış vəsaitin bəzi hallarda təyinatının dəyişdirildiyini bildirən auditor RİH tərəfindən malların (işlərin və xidmətlərin) satın alınması zamanı müvafiq qanunvericiliyin tələblərinə bir sıra hallarda riayət edilmədiyini, həmçinin məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə vəsaitin ayrı-ayrı müqavilələrə bölünərək satınalma metodu dəyişdirilməklə icra olunduğunu, həmçinin yolların əsaslı təmiri üzrə tenderə təqdim edilmiş qiymət cədvəlindəki iş vahidlərinin qiymətindən fərqli qiymətlər tətbiq edildiyini, yolların əsaslı təmiri işləri üzrə tərtib edilən qəbul aktlarında işlərin həyata keçirildiyi ünvanların tam göstərilmədiyini deyib.
Eyni zamanda, mal-material qiymətlilərinin uçota alınması, yanacaq və ehtiyat hissələrinin silinməsi prosesində nöqsanlara yol verildiyi, bəzi hallarda fiziki şəxsə ödənilən icarə haqqından ödəmə mənbəyindən vergi tutulmadığı, RİH və tabeliyindəki qurumlar tərəfindən maliyyə hesabatlarının qüvvədə olan müvafiq təlimatlara uyğun aparılmadığı qeyd edilib.
Auditor RİH-in müəyyən olunmuş nöqsanların bir hissəsinin audit zamanı aradan qaldırdığını bildirərək podratçı təşkilatlarla satınalma müqavilələrinin bağlanılması və büdcə vəsaiti hesabına malların (iş və xidmətlərin) satın alınması zamanı bu sahəni tənzimləyən normativ hüquqi aktların tələblərinə tam riayət olunmasına, başa çatmış obyektlərin vaxtında istismara qəbul edilərək müvafiq balans hesablarında düzgün uçota alınmasına nəzarətin gücləndirilməsini zəruri hesab edib.
Eyni zamanda büdcə vəsaitlərin təyinatının dəyişdirilməsinin normativ hüquqi aktların tələblərinə uyğun həyata keçirilməsi, mühasibat uçotunun təşkili və aparılması ilə bağlı fəaliyyətin gücləndirilməsi məqsədəmüvafiq hesab olunub.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ramiz Mehdiyevin 25 illik kadrı işdən çıxarılır? - İDDİA

    Ramiz Mehdiyevin 25 illik kadrı işdən çıxarılır? ...

    15-09-2020, 09:46

  • 
  • ŞOK fakt açıqlandı Qobustan rayonunda  maliyyə maxinasiyalarını həyata keçirən kimdir?

    ŞOK fakt açıqlandı Qobustan rayonunda maliyyə ...

    25-01-2016, 16:36

  • 
  • İki icra başçısı hədəfdə-YOXLAMA

    İki icra başçısı hədəfdə-YOXLAMA ...

    13-10-2014, 15:31

  • 
  • İki İcra Hakimiyyəti, bir komitədə yoxlama - Rəsmi

    İki İcra Hakimiyyəti, bir komitədə yoxlama - Rəsmi ...

    8-04-2015, 19:27

  • 
  • Sabunçu rayon icra başçısının oğlu silahlı “razborka”da: Adil Vəliyev minnətçi düşdü

    Sabunçu rayon icra başçısının oğlu silahlı ...

    18-05-2016, 18:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu