Müğənni-bəstəkar Ceyhun Əliyev gənc həmkarlarını tənqid edib.
gundemxeber.az axşam.az-a istinadən bildirir ki, sənətçi onlara klassiklərin əsərlərini oxumağı məsləhət görüb:
"Gənc ifaçılar bəhanə etməsinlər ki, bu mahnıları bizdən istəmirlər, əvvəlki kimi sevilmir. Əməkdar və xalq artistləri klassik mahnıları yeni aranjmanda oxuyur və repertuarına rəng qatır, uğur qazanır. Gənclər də bu tendensiyaya qoşulmalıdır. Problem budur ki, bəzi ifaçılar janrına uyğun mahnı seçimində əziyyət çəkir. Nə yaxşı ki, "Ötən əsrin mahnıları" müsabiqəsi keçirildi. Mən də o müsabiqədə iştirak edib, nəsə öyrənmişəm. Məktəb keçən gənclərə pedaqoqları bunu mütləq aşılamalıdır".
C.Əliyev məktəblərdə musiqi dərslərinin zəif olmasından da şikayətlənib:
"Gənc müğənnilər, özüm daxil bunu övladlarına aşılamalıdır. Çox təəssüf ki, orta məktəblərdə musiqi dərslərinə elementar yanaşırlar. Yaxınlarımın övladlarında bunu görürəm. Demirəm uşağa not öyrədilməlidir. Bəstəkarlar, məşhur əsərləri haqqında dolğun məlumat verilməlidir. Bizim dövrümüzdə bir-iki mahnı öyrədirdilər, vəssalam. Musiqi nəzəriyyəsinin orta məktəblərdə güclü təbliğatının tərəfdarıyam. Uşaq bilsin ki, Üzeyir Hacıbəyov, Tofiq Quliyev musiqi aləminə nələri bəxş edib".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?